Nəml Suresi, 40. Ayet: Kitabdan xəbəri olan (bir başqa) kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” (Süleyman) taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, (bilsin ki), həqiqətən, Rəbbim (onun şükrünə )möhtac deyildir, Səxavətlidir!”...
Nəml Suresi, 40. Ayet: O kəs ki, yanında kitabdan elm vardı, dedi: «Mən gələrəm sənin yanına onunla, ondan qabaq ki, sən gözünü yumub açasan». Amma elə ki, gördü onu öz yanında qərar tapmış, dedi: «Bu, Rəbbimin fəzlindəndir ki, məni imtahan etsin – ə, mən şükr edəcəyəm, yoxsa küfr edəcəyəm. Kim şükr edərsə, ancaq öz nəfsi üçün şükr etmişdir. Və kim küfr edərsə, həqiqətən, Rəbbim Qənidir, Kərimdir!» ...
Nəml Suresi, 40. Ayet: Kitabdan (Lövhi-Məhfuzdan, ya səmavi kitablardan) bir qədər elmi olan birisi dedi: «Mən onu sən göz qırpmadan öncə və ya sənin bir şeyə baxışın həmin şeyin surətini beyinə ötürməmişdən öncə, sənin yanına gətirərəm». Beləliklə, elə ki, onu öz yanında hazır durmuş gördü, dedi: «Bu (istəyin o saat yerinə yetirilməsi, ya belə bir şəxsin mənim ümmətimdə olması) Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)? Və kim şükr etsə, öz xeyrinə şükr edər ...