Məryəm Suresi, 58. Ayet: Bunlar Adəmi və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]....
Tövbə Suresi, 112. Ayet: Tövbə edənləri, (Allaha) qul olanları, həmd edənləri, oruc tutanları və ya səfər edənləri (Allah yolunda hicrət edənləri, döyüşmək və ya Allahın adını ucaltmaq, dinini qüvvətləndirmək, Allah yolunda xidmət və elm, təhsil almaq üçün yurdlarından çıxanları, yer üzündə ibrətlə gəzib təfəkkür edənləri), rüku və səcdə edənləri, maariflə əmr edənləri, münkəri (çirkin əməlləri) qadağan edənləri, Allahın hüdudlarını mühafizə edənləri və möminləri müjdələ!...
Yusif Suresi, 100. Ayet: Valideynlərini
taxt üstündə əyləşdirdi və xar oldular Onun üçün səcdəynən
Dedi: «Ay ata! Budur mənim röyamın təvilidir ki, bundan
qabaq görmüşdüm. Əlbəttə, Rəbbim onu haqq etdi və mənə
yaxşılıq etdi, onda ki, zindandan xaric etdi və gəldi sizinlə
çöldən, ondan sonra ki, şeytan mənimlə qardaşlarım arasında
ayrılıq saldı. Həqiqətən, Rəbbim istədiyi kəsə qarşı Lətifdir!
Həqiqətən, O Alimdir, Həkimdir!»...
Fəth Suresi, 25. Ayet: Onlar o kəslərdir ki, kafirdirlər və sədd çəkirlər sizə qadağan
olunmuş səcdə yerindən və kəsilməyə aparılan heyvanlardan ki,
yetişsin öz məhəlləsinə. Əgər kişi və qadın inananlardan, hansı
ki, siz onları tanımırdız, ola bilərdi ki, onları siz bilməz halda
aradan aparasınız və onlara görə bilməz halda günah edəsiniz.
Daxil edər Allah rəhmətinə kimi istər. Əgər siz bir-birinizdən
ayrı olsaydınız, həqiqətən, əzab edərdik onlardan o kəslər ki,
kafirdirlər, ələmli əzabla....