Nəhl Suresi, 70. Ayet: Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşkün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həq...
Ali-İmran Suresi, 75. Ayet: Əhli kitabdan var kim ki, əgər ona bir kisə
əmanət versən, qaytarar onu sənə. Və onlardan var kim ki, əgər
ona dinar əmanət versən, qaytarmazlar onu sənə, ancaq sən
onların başları üstündə dayanmasan. Bu, ona görədir ki,
deyirlər: «Yoxdur üzərimizdə ümmilərə görə bir yol!» Və
deyirlər Allahın üzərinə yalanı, bir halda ki, bilirlər....
Əraf Suresi, 189. Ayet: O - Odur ki, sizi vahid nəfsdən xəlq etdi və etdi ondan zövcünü onun, sakin olması üçün tərəfinə onun. Amma elə ki, onunla yaxınlıq etdi, o, yüngül yük yetirdi, onunla hərəkət etdi. Amma elə ki, o, ağırlaşdı, onlar ikisi Allahı – Rəblərini çağırdılar: «Əgər Sən bizə saleh olan versən, Sənə şükr edənlərdən olarıq. ...
Maidə Suresi, 116. Ayet: Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»...
Duha Suresi, 11. Ayet: Və Rəbbinin (sənə əta etdiyi) nemətindən söhbət aç! (De ki, sən özün Allahın varlıq aləminə olan ilk hədiyyəsisən, yaradılış qapısının fəth olunma vasitəsisən, ən kamil insaniyyətə, ən kamil ağıla, əzəmətli əxlaqa, peyğəmbərliyin xətm olunmasına, ən dolğun bir dinə, əbədilik Qur’ana, zat müqəddəsliyinə və canişinlərin ismətinə maliksən)....
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir....