Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Qəsəs Suresi, 48. Ayet:
Tərəfimizdən onlara haqq gəldiyi zaman: “Musaya verilənin (möcüzələrin) bənzəri ona da verilməli deyildimi?” - dedilər. Bəs daha əvvəl Musaya verilənləri inkar etməmişdilərmi? Onlar: “(Quran və
Tövrat)
bir-birinə dəstək olan iki sehrdir!” – dedilər. Həmçinin: “Biz hamısını inkar edirik!” - dedilər....
Əraf Suresi, 150. Ayet:
Musa qəzəbli və kədərli halda tayfasının yanına dönərkən onlara dedi: “Məndən sonra mənə nə pis xələf oldunuz! (Nə pis işlər gördünüz!) Rəbbinizin əmrini (əzabını) tezləşdirməkmi istədiniz?” (Musa) qəzəbindən (əlindəki
Tövrat)
lövhələrini yerə atdı, qardaşının başından (saç-saqqalından) yapışıb özünə tərəf çəkməyə başladı. (Harun) dedi: “Ey anam oğlu! Bu tayfa məni zəif bilib az qaldı ki, öldürə. Mənimlə belə rəftar etməklə düşmənləri sevindirmə! Məni zalımlarla bərabər tutma!”...
Bəqərə Suresi, 44. Ayet:
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab (
Tövrat)
oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz?...
Bəqərə Suresi, 53. Ayet:
(Yadınıza salın!) Biz Musaya kitab (
Tövrat)
və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz....
Bəqərə Suresi, 79. Ayet:
Vay o kəslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (
Tövrat)
yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: “Bu, Allah tərəfindəndir!” - deyirlər. Öz əlləri ilə (təhrif olunmuş kitab) yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına!...
Bəqərə Suresi, 87. Ayet:
(Ey İsrail övladı!) Biz Musaya kitab (
Tövrat)
verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu İsaya aşkar möcüzələr (dəlillər) bəxş etdik və onu müqəddəs ruhla (Cəbraillə və ya ismi-əzəmlə) qüvvətləndirdik. Hər dəfə sizə ürəyinizə yatmayan bir şey (əmr, buyuruq) gətirən peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz (Zəkəriyya və ya Yəhya kimi)....
Yunus Suresi, 94. Ayet:
(Ya Peyğəmbərim!) Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, (bu haqda) səndən əvvəl kitab (
Tövrat)
oxuyanlardan (Abdullah ibn Salam kimi kitab əhlindən) soruş. Haqq sənə, sözsüz ki, Rəbbindən gəlmişdir. Şübhə edənlərdən olma!...
Hud Suresi, 110. Ayet:
Biz Musaya kitab (
Tövrat)
verdik və onun (Quranın) barəsində də ixtilaf düşdü (yəhudilərin bəzisi isə inanmadı). Əgər Rəbbindən öncə bir söz (ilahi hökm, təqdir) olmasaydı (cəza qiyamətə saxlanılmasaydı), şübhəsiz ki, (hələ dünyada ikən) işləri bitmişdi. (Ya Rəsulum!) Həqiqətən, onlar (yəhudilər və ya Məkkə müşrikləri) onun (Quranın) barəsində də şəkk-şübhədədirlər!...
Əhqaf Suresi, 10. Ayet:
De: “Bir deyin görək, əgər (bu Quran) Allah dərgahından olsa, siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid (Quranın həqiqiliyinə) onun özü kimisi (
Tövrat)
ilə şəhadət verib iman gətirsə və siz (yenə ona qarşı) təkəbbür göstərsəniz (zalım olmazsınızmı)? Allah zalımları doğru yola müvəffəq etməz!”...
Əhqaf Suresi, 12. Ayet:
Ondan (Qurandan) əvvəl Musanın (İsrail oğullarına, möminlərə) rəhbər və mərhəmət olan kitabı (
Tövrat)
var idi. Bu (Quran özündən əvvəlki ilahi kitabları) ərəb dilində təsdiq edən, zalımları (Allahın əzabı ilə) qorxutmaq və yaxşı əməl sahiblərinə (Cənnətlə) müjdə vermək üçün olan bir Kitabdır!...
İsra Suresi, 2. Ayet:
Biz Musaya kitab (
Tövrat)
verdik və: “Məndən başqa heç bir vəkil tutmayın (və ya tanrı qəbul etməyin)” – deyə, onu İsrail oğullarına (haqq yolu göstərən) bir rəhbər təyin etdik....
Furqan Suresi, 35. Ayet:
Həqiqətən, Biz Musaya kitab (
Tövrat)
verdik və qardaşı Harunu da ona vəzir (köməkçi) etdik....
Səcdə Suresi, 23. Ayet:
Biz Musaya kitab (
Tövrat)
vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam merac gecəsi Musa ilə görüşüb danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik....
Mömin Suresi, 53. Ayet:
And olsun ki, Biz Musaya doğru yolu göstərən rəhbər (
Tövrat)
verdik və İsrail oğullarını kitaba varis etdik!...
Ənkəbut Suresi, 47. Ayet:
(Səndən əvvəlki peyğəmbərlərə necə kitab nazil etmişdiksə) Quranı da sənə belə nazil etdik. (Abdullah ibn Salam kimi) kitab (
Tövrat)
verdiyimiz şəxslər ona (Qurana) inanırlar. Bunlardan (Məkkə camaatından) da inananlar var. Bizim ayələrimizi yalnız kafirlər inkar edərlər!...
Əhqaf Suresi, 12. Ayet:
Ondan (Qurandan) əvvəl imam və rəhmət olaraq Hz. Musanın kitabı (
Tövrat)
vardır. Bu, Ərəb dili ilə (Hz. Musanın kitabını) təsdiq edən bir kitabdır. Zalımları xəbərdar etmək və muhsinləri müjdələmək üçündür....
Ənam Suresi, 154. Ayet:
Sonra (nemətin) yaxşılıq edən, onu (kitabı) yaxşı bilən və özündə və öz cəmiyyətində gözəl şəkildə həyata keçirən şəxsə tamamlanması, eləcə də bəlkə Rəbblərinin görüşünə (Ona qovuşacaqlarına) iman gətirsinlər deyə hər bir şeyi (onun şəriətinin əsas və qollarını) müfəssəl bəyan etmək və (onlara) hidayət və rəhmət amili olması üçün Musaya kitab (
Tövrat)
verdik....
İsra Suresi, 4. Ayet:
Biz İsrail övladlarına (
Tövrat)
kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız....
Səcdə Suresi, 23. Ayet:
Şübhəsiz Biz Musaya (səmavi) kitab (
Tövrat)
verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik....
Hud Suresi, 17. Ayet:
Rəbbinin qatından açıq bir dəlilə söykənən bir kəs yalnız dünyalıq istəyən kimsə kimi olarmı? Bu dəlili Rəbbindən bir şahid (Qur`an) və bir də ondan (Qur`andan) əvvəl bir öndər və bir rəhmət olaraq (endirilən) Musanın kitabı (
Tövrat)
dəstəkləyir. Bunlar ona (Qur`ana) inanırlar. Dəstələrdən kim onu inkar edərsə, cəhənnəm odu onun gedəcəyi yerdir. Ondan heç şübhən olmasın. Şübhəsiz, o, Rəbbin tərəfindən (bildirilən) həqiqətdir. Lakin insanların çoxu inanmazlar....
Bəqərə Suresi, 44. Ayet:
İnsanlara yaxşı işlər görməyi tövsiyə edirsiniz, özünüzü isə unudursunuzmu ? Siz ki, Kitab(
Tövrat)
oxuyursunuz. Bəs ağıllanmayacaqsınız ?...