Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 49. Ayet:
Onlardan elələri də var ki: “Mənə (döyüşə getməməyə) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir! (Həzrət Peyğəmbər
Təbük
döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə: “Ey Əbu Vəhb! Əsfər oğullarından kölə və xidmətçilərin olsun istəyirsənmi?” – deyə sual verdi. O da: “Ey Allahın Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya b...
Tövbə Suresi, 66. Ayet:
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”. (Rəvayətə görə, Həzrət Peyğəmbər
Təbük
səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər: “Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların nə üçün belə etdikləri soru...
Tövbə Suresi, 83. Ayet:
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki: “Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə (
Təbük
səfərində evdə) oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”...
Tövbə Suresi, 92. Ayet:
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində: “Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur. (Səhabələrdən çox kasıb olan bir qrup müsəlman
Təbük
səfərinə qatılmaq istəmiş, ancaq səfər üçün yemək, paltar və minik tapa bilməmişdilər. Bunları təmin etməsi üçün Həzrət Peyğəmbərə müraciət etdilər. Həzrət Peyğəmbər də onların ehtiyaclarını təmin edə bilmədik...
Tövbə Suresi, 103. Ayet:
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (
Təbük
səfərinə qatılmayan bir dəstə müsəlman xətalarını anlayıb peşman olmuşdular. Buna görə də özlərini məscidin dirəklərinə bağlayaraq and içdilər ki, Allah və Rəsulu iplərini açmadıqca onlar da açmayacaqlar. Həzrət Peyğəmbər Mədinəyə qayıtdığı zaman onların vəziyyətini öyrəndikdə: “Onlar barəsində...
Tövbə Suresi, 117. Ayet:
Müsəlmanlardan bir qrupun qəlbləri əyriliyə meyil etmək üzrə ikən Peyğəmbərin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir. (Həzrət Peyğəmbər
Təbük
səfərinə çıxarkən münafiqlər gəlib yalandan üzrlü olduqlarını bəyan etmiş, o da onlara izin vermişdi. Münafiqlərin bu hərəkətlərinə aldanan bəzi müsəlmanlar da tərəddüd keçirmiş, ancaq daha sonra peşman olub tövbə etmi...
Tövbə Suresi, 42. Ayet:
Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir....
Tövbə Suresi, 65. Ayet:
(Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!...
Tövbə Suresi, 74. Ayet:
(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yar...
Tövbə Suresi, 81. Ayet:
(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!...
Tövbə Suresi, 83. Ayet:
Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!”...
Tövbə Suresi, 90. Ayet:
Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir....
Tövbə Suresi, 118. Ayet:
Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!...
Tövbə Suresi, 38. Ayet:
(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə və rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə nə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir və mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir....
Tövbə Suresi, 42. Ayet:
Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar. Lakin bu məşəqqətli yol (Təbuk müharibəsinin döyüş meydanında hazır olmaq) onlara uzaq göründü. Tezliklə Allaha and içəcəklər ki: «Əgər qüdrət və bacarığımız olsaydı, sizinlə çıxardıq». Onlar özlərini (küfr və yalanları ilə) həlak edirlər və Allah onların yalançı olduqlarını bilir....
Tövbə Suresi, 81. Ayet:
(Təbuk döyüşünə aparılmayıb) yerdə qoyulanlar Allahın Peyğəmbərinin (hərəkət etməsinin) əksinə olaraq evdə oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməyi xoşlamadılar və (camaata) «istidə (döyüşə) getməyin!» dedilər. De: - əgər dərindən düşünürlərsə - «Cəhənnəm odu daha istidir»....
Tövbə Suresi, 83. Ayet:
Odur ki, əgər Allah səni (bu Təbuk müharibəsindən) (Mədinəyə) onlardan (döyüşdən qalmış) bir dəstəsinin yanına qaytarsa və onlar səndən (başqa bir döyüşə) çıxmaq üçün icazə istəsələr, de: «Əsla mənimlə çıxmayacaqsınız və əsla mənimlə birgə düşmənlə vuruşmayacaqsınız, çünki siz əvvəlcə döyüşdən qalmağa razı oldunuz, indi də qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) birgə (evdə) oturun»....
Tövbə Suresi, 94. Ayet:
Siz (Təbuk döyüşündən) onların yanına qayıdanda onlar (döyüşə getmədiklərinə görə) sizə bəhanə gətirərlər. De: «Heç bir bəhanə gətirməyin ki, sizə əsla inanmayacağıq. Həqiqətən Allah bizi sizin xəbərlərinizdən agah etmişdir. Sizin əməllərinizi (gələcəkdə tövbə edəcəyinizi, yoxsa öz küfrünüzdə qalacağınızı) tezliklə Allah və Onun Peyğəmbəri görəcəklər. Sonra gizlini və aşkarı bilənə tərəf qaytarılacaqsınız. Beləliklə O sizi etdiklərinizdən xəbərdar edəcəkdir....
Tövbə Suresi, 117. Ayet:
Əlbəttə, Allah Peyğəmbərə və çətinlik zamanı (Təbuk müharibəsi səfərində) ona tabe olan mühacir və ənsara, onlardan bir dəstəsinin qəlblərinin («nə üçün say və təchizat baxımından bərabər olmayan bir döyüşə başlamalıyıq?» deyə Peyğəmbərin əmrinə) dönük çıxmasının yaxın olmasından sonra nəzər yetirdi və onların tövbəsini qəbul etdi. Sonra Öz mərhəməti ilə onlara üz tutdu. Həqiqətən Allah onlara qarşı çox şəfqətli və mehribandır....
Tövbə Suresi, 118. Ayet:
Və həmçinin («Təbuk» qoşunu ilə aparılmayıb) yerdə qoyulan (və Peyğəmbərin – səlləllahu əleyhi və alihi və səlləm – əmri ilə camaatın əlaqələrini kəsdiyi) o üç nəfərə (rəhm etdi)! Nəhayət yer üzü bütün genişliyi ilə onlara daraldı, ürəkləri özlərindən təngə gəldi və bildilər ki, Allahdan (qaçmaq üçün) Onun Özündən başqa bir sığınacaq yoxdur. Sonra Allah Öz rəhməti ilə onlara üz tutdu ki, tövbə etsinlər və (Ona tərəf) qayıtsınlar. Həqiqətən Allah Özü tövbələri çox qəbul edən və mehribandır....