Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 46. Ayet:
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər. (Ayədəki “Əraf” cənnət və cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları və günahları bərabər olan kimsələr burada dayanar və Allahın məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnə...
Əraf Suresi, 166. Ayet:
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara: “Zəlil meymunlar olun!” - dedik. (Bəzi
təfsirçilər
ə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz və meymun şəklinə salmışdır. Digər bir qrup təfsirçiyə görə isə, onlar mənəvi və əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)...
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur: “Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya: “Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Bəqərə Suresi, 1. Ayet:
Əlif, Lam, Mim.(Bəzi surələrin başında yer alan belə hərflərə “Hürufi-müqəttəə” deyilir.
Təfsirçilər
tərəfindən bu hərflərə müxtəlif mənalar verilmişdir.)...
Bəqərə Suresi, 54. Ayet:
O vaxt Musa öz qövmünə belə demişdi: “Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki “özünüzü öldürün!” ifadəsi bəzi
təfsirçilər
ə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!” mənasına gəlir....
Hud Suresi, 78. Ayet:
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi: “Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi
təfsirçilər
ə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da: “Baxın, bunlar mənim qızl...
Hud Suresi, 114. Ayet:
Gündüzün iki başında və gecənin ilk vaxtlarında namaz qıl! Həqiqətən, yaxşı əməllər pis əməlləri yox edər. Bu, öyüd almaq istəyənlər üçün bir nəsihətdir. (
Təfsirçilər
ə görə, gündüzün iki başındakı namazlar sübh, günorta və ilkindi namazı, gecənin yaxın vaxtlarındakı namazlar isə axşam və yatsı namazlarıdır.)...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsin...
Ali-İmran Suresi, 92. Ayet:
Sevdiyiniz şeylərdən (Allah yolunda) infaq etməyincə yaxşılığa (cənnətə) nail ola bilməzsiniz. Şübhəsiz ki, Allah infaq etdiyiniz hər bir şeyi bilir. (“Yaxşılıq” olaraq tərcümə etdiyimiz “birr” kəlməsini
təfsirçilər
“cənnət, xeyrin və yaxşılığın zirvə nöqtəsi, Allahın rəhməti və rizası” olaraq təfsir etmişlər.)...
Ali-İmran Suresi, 104. Ayet:
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (
Təfsirçilər
bu ayəni əsas alaraq müsəlmanların içində yaxşılığı əmr edib pis işləri qadağan edən ictimai bir təşkilatın olmasının fərzi-kifayə olduğunu bildirmişlər.)...
Nəml Suresi, 88. Ayet:
Sən dağları görüb onların sabit durduğunu zənn edərsən. Halbuki, onlar buludların keçdiyi kimi keçərlər. Bu, hər şeyi mükəmməl edən Allahın sənətidir. Həqiqətən, O, sizin etdiklərinizdən xəbərdardır. (Bəzi
təfsirçilər
ə görə, bu ayə dünyanın hərəkət etdiyinə işarə edir. Yəni, ayədəki “dağların buludlar kimi keçməsi” ifadəsi yer kürəsinin hərəkətdə olduğuna dəlalət edir.)...
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik: “Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (
Təfsirçilər
in əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 42. Ayet:
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı. (
Təfsirçilər
ə görə, Yusif peyğəmbər Allahı qoyub başqasından yardım istədiyi üçün beş illik həbsdən sonra yeddi il daha həbsdə qalmışdır. Beləcə, cəmi on iki il zindan həyatı yaşamışdır. Çünki peyğəmbərlərə yaraşan ən gözəl davranış yalnız Allahdan yardım istəmək və başqasına əl açmamaqdır.)...
Rəd Suresi, 41. Ayet:
Onlar görmədilərmi ki, Biz yer üzünə gəlib onu kənarlarından əskildirik? Allah (istədiyi kimi) hökm edər. Heç kim Onun hökmünü dəf edə bilməz. O, sürətli haqq-hesab çəkəndir. (Yer üzünün kənarlarından əksildilməsi məsələsini klassik
təfsirçilər
belə izah etmişlər ki, müsəlmanların, kafirlərin torpaqlarını fəth etmələri və müsəlmanların sayının çoxalması nəticəsində yer üzü artıq kafirlərə dar gəlməyə başlamışdır. Ancaq müasir
təfsirçilər
in bir qismi bu ifadənin, yer kürəsində baş verən eroziya p...
İbrahim Suresi, 25. Ayet:
O (ağac), Rəbbinin izni ilə hər zaman bar verər. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alalar. (Yuxarıdakı ayələrdə Allah-Təala gözəl sözü gözəl ağaca bənzətmişdir. Çünki gözəl sözün meyvəsi gözəl əməl, gözəl ağacın meyvəsi də faydalı meyvədir.
Təfsirçilər
ə görə, buradakı gözəl söz ilə kəlmeyi-tövhid nəzərdə tutulmuşdur. Allahın razı olacağı hər bir gözəl əməl də bu sözün meyvəsidir.)...
İbrahim Suresi, 48. Ayet:
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaqdır. Onlar tək və hər şeyə qalib olan Allahın hüzurunda duracaqlar. (Yerin və göylərin başqa yer və göylərlə əvəz olunması barəsində
təfsirçilər
müxtəlif fikirlər irəli sürmüşlər. Bir rəvayətə görə yer üzü cəhənnəmə, göylər isə cənnətə çevriləcəkdir. İbn Abbasdan gələn başqa bir rəvayətə görə isə, yer və göylər olduğu kimi qalacaq, ancaq xüsusiyyətləri dəyişəcəkdir.)...
İsra Suresi, 57. Ayet:
Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır. (
Təfsirçilər
in əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zə...
İsra Suresi, 60. Ayet:
Bir zaman sənə: “Həqiqətən, sənin Rəbbin (elmi və qüdrəti ilə) insanları əhatə etmişdir”, - demişdik. Sənə göstərdiyimiz o mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, ancaq bu onların azğınlığını daha da artırır. (
Təfsirçilər
in əksəriyyətinə görə, bu ayədəki “mənzərə” deyə tərcümə edilən “الرؤيا / rüya” kəlməsi Həzrət Peyğəmbərin Merac gecəsi gördüyü mənzərələrdir. “Lənətlənən ağac” isə, cəhənnəmdəki Zəqqum ağacıdır.)...
İsra Suresi, 78. Ayet:
Günorta vaxtından gecənin qaranlığına qədər (müəyyən vaxtlarda) namaz qıl! Bir də sübh namazını (qıl)! Şübhəsiz ki, sübh namazı (mələklər tərəfindən) müşahidə olunur. (
Təfsirçilər
ə görə, bu ayə beş vaxt namaza işarə edir. Belə ki, günortadan sonrakı namazlar günorta və ilkindi namazları, günəşin batmasından sonrakı namazlar da axşam və yatsı namazlarıdır. Sübh namazı isə xüsusi olaraq qeyd edilmişdir.)...
Kəhf Suresi, 9. Ayet:
Yoxsa Kəhf və Rəqim əhlini möcüzələrimizin ən qəribəsimi zənn etdin?! (
Təfsirçilər
ə görə, “Kəhf” dağda yerləşən geniş bir mağara deməkdir. Kafir hökmdarın zülmündən qaçıb bu mağaraya sığınan möminlərə də Əshabi-kəhf deyilmişdir. “Rəqim” kəlməsinə gəldikdə, ona bu mağaranın yerləşdiyi dərə, yaxud bu mağaraya sığınan möminlərin adlarının yazıldığı kitabə kimi mənalar verilmişdir. Ancaq Səhihi-Buxaridə keçən və İbn Abbasdan nəql olunan rəvayətə görə, Rəqim Əshabi-kəhfdən başqa üç nəfərlik bir qrup...
Kəhf Suresi, 20. Ayet:
Əgər onlar sizi ələ keçirsələr, ya sizi daşqalaq edib öldürəcək, ya da dinlərinə geri qaytaracaqlar. O zaman əsla nicat tapa bilməyəcəksiniz!” (
Təfsirçilər
ə görə, şəhərə göndərilən şəxs əlindəki pulu xərcləmək üçün çıxardığı zaman şəhər əhalisi pulun üstündə qədim hökmdar Dekyanosun şəklini gürüb onun bir xəzinə tapdığını zənn etmiş və onu hökmdarın hüzuruna aparmışdılar. Mağaradakı adamlar yuxuda ikən aradan uzun illər keçmiş və yeni hökmdar da tövhid dinini mənimsəmişdi. Həmin şəxs hökmdara ba...
Kəhf Suresi, 60. Ayet:
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (Təfsirlərdə Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi
təfsirçilər
ə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)...
Məryəm Suresi, 16. Ayet:
Kitabda (Quranda) Məryəmi də yad et! Bir zaman o, ailəsindən ayrılaraq şərq tərəfdə bir yerə çəkilmişdi. (
Təfsirçilər
ə görə, Həzrət Məryəm Məscidi-Əqsanın, yaxud evinin şərq tərəfində inzivaya çəkilmişdi.)...
Məryəm Suresi, 34. Ayet:
O, barəsində şübhə etdikləri haqq söz olan Məryəm oğlu İsadır. (
Təfsirçilər
ə görə, yuxarıdakı ayədə ifadə edilən Həzrət İsanın “haqq söz” olması Allahın “Kun (ol)!” sözü ilə yaranması deməkdir.)...
Məryəm Suresi, 37. Ayet:
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına! (
Təfsirçilər
ixtilafa düşən firqələrin yəhudilər və xristianlar, yaxud öz aralarında ayrılığa düşən xristian məzhəbləri olduğunu qeyd etmişlər.)...
Möminun Suresi, 32. Ayet:
Onlara da öz içlərindən: “Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. Yenə də Allahdan çəkinmirsinizmi?” - deyən bir peyğəmbər göndərdik. (Yuxarıdakı ayədə özünün və qövmünün adı çəkilməyən peyğəmbər bəzi
təfsirçilər
ə görə, Hud, yaxud Saleh peyğəmbərdir.)...
Nur Suresi, 22. Ayet:
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir. (Həzrət Aişəyə iftira atanlardan biri də məhz Həzrət Əbu Bəkrin himayəsindəki Mistah adlı bir şəxs idi. Bu hadisədən sonra Həzrət Əbu Bəkr bir daha ona maddi yardım etməyəcəyinə dair and içdi.
Təfsirçilər
ə görə, yuxarıda...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (
Təfsirçilər
ə görə, Qurani-Kərimin Həzrət Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Səcdə Suresi, 5. Ayet:
O, göydən yerə qədər hər bir işi idarə edir. Sonra (bütün işlər) sizin hesablamanıza görə min il qədər olan bir gündə Ona doğru yüksələr. (Bəzi
təfsirçilər
ə görə, Allah dərgahındakı bir günün, insanların hesabladığı müəyyən bir müddətə bərabərliyi yoxdur. Yuxarıdakı ayədə, Allah dərgahındakı bir günün insanların hesabladığı min il kimi olduğu ifadə edildiyi halda, “Məaric” surəsində Allah dərgahındakı bir günün, insanların nəzdindəki əlli min il kimi olduğu bildirilir. Yəni, “gün” ifadəsi ilə mü...
Səcdə Suresi, 9. Ayet:
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və ürəklər yaratdı. Nə qədər də az şükür edirsiniz! (Bir qisim
təfsirçilər
ə görə, “Allahın Öz ruhundan üfürməsi” yaratdığı ruhu insana verməsi kimi başa düşülməlidir.)...
Saffat Suresi, 4. Ayet:
Həqiqətən, sizin ilahınız təkdir! (Bəzi
təfsirçilər
bu ayələrdə qeyd olunan “səf-səf düzülən, bağıraraq qovan və zikri oxuyanlar”ın mələklər olduğunu ifadə etmişlər.)...
Zümər Suresi, 6. Ayet:
O sizi tək bir candan (Adəmdən) xəlq etdi. Sonra ondan zövcəsini (Həvvanı) yaratdı. Sizin üçün heyvanlardan səkkiz cift meydana gətirdi. O sizi analarınızın bətnində üç qaranlıq içində şəkildən şəklə salaraq yaradır. Bu, Rəbbiniz olan Allahdır. Hakimiyyət Onundur. Ondan başqa heç bir ilah yoxdur. Bəs necə olub (haqdan) döndərilirsiniz?! (Bu ayədə keçən “səkkiz cift” ifadəsi ilə erkək və dişi olmaqla dəvə, inək, qoyun və keçi nəzərdə tutulmuşdur. Ayədəki “üç qaranlıq” ifadəsi bəzi
təfsirçilər
tər...
Zümər Suresi, 40. Ayet:
Rüsvayedici əzab kimə gələcək və daimi əzab kimə nazil olacaq”. (
Təfsirçilər
ə görə, müşriklərin rüsvayedici əzaba düçar olmaları Bədr döyüşündəki məğlubiyyətləridir. Daimi əzab isə cəhənnəm əzabıdır.)...
Mömin Suresi, 11. Ayet:
Onlar: “Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə də diriltdin. Biz də öz günahlarımızı etiraf etdik. Elə isə (cəhənnəmdən) çıxmaq üçün bir yol varmı?” - deyəcəklər. (
Təfsirçilər
bu ayədə qeyd edilən iki dəfə öldürmə və iki dəfə diriltməni belə izah etmişlər: “Birinci ölüm insanın dünyaya gəlməmişdən əvvəlki halı, ikinci ölüm isə dünyadan köçməsidir. Birinci diriltmə insanın dünyaya gəlməsi, ikinci diriltmə isə axirətdə yenidən dirilməsidir”.)...
Mömin Suresi, 46. Ayet:
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!” (Bu ayə
təfsirçilər
tərəfindən qəbir əzabının gerçək olduğuna dəlil göstərilmişdir.)...
Zuxruf Suresi, 61. Ayet:
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur. (Bəzi
təfsirçilər
ə görə, bu ayədə Həzrət İsanın qiyamət üçün bir əlamət olduğu ifadə edilərək axırzamanda onun təkrar dünyaya qayıdacağına işarə edilmişdir.)...
Zuxruf Suresi, 74. Ayet:
Şübhəsiz, günahkarlar cəhənnəm əzabında əbədi qalacaqlar. (
Təfsirçilər
in əksəriyyətinə görə, bu ayədəki “günahkarlar” Allahı inkar edən, yaxud Ona şərik qoşan kimsələrdir.)...
Zariyat Suresi, 47. Ayet:
Biz göyü əllərimizlə (qüdrətimizlə) yaratdıq və onu genişləndiririk. (Bəzi müasir
təfsirçilər
bu ayədəki “Biz onu genişləndiririk” ifadəsinin kainatdakı planetlərin və qalaktikaların getdikcə bir-birindən uzaqlaşmasına işarə etdiyini bildirmişlər.)...
Mücadilə Suresi, 13. Ayet:
(Peyğəmbərlə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır. (
Təfsirçilər
ə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)...
Ənkəbut Suresi, 35. Ayet:
Şübhəsiz, düşünənlər üçün o məmləkətdən açıq-aydın ibrət nişanəsi saxlamışıq. (
Təfsirçilər
bu ibrət nişanəsini məhv edilən qövmün başına gələnlərlə bağlı hekayətlər, xarabaya çevrilmiş yurdlarından qalan izlər, göydən yağdırılmış daşlar və s. kimi izah etmişlər.)...
Taha Suresi, 130. Ayet:
Onların söylədiklərinə səbir et! Günəş doğmadan və batmadan əvvəl Rəbbini həmd ilə təsbeh et (şəninə təriflər de)! Gecənin bir vaxtında və gündüzün iki tərəfində (Rəbbini) təsbeh et ki, razı qalasan! (
Təfsirçilər
bu ayədəki “həmd ilə təsbeh et” ifadəsindən məqsədin “namaz” olduğunu ifadə etmişlər. Çünki namaz ən böyük və ən kamil zikrdir. Günəşin doğmasından əvvəlki təsbeh sübh namazı, gecənin bir vaxtındakı təsbeh də axşam və yatsı namazlarıdır. Gündüzün iki tərəfindəki namazlar isə günorta və...
Əhzab Suresi, 56. Ayet:
Həqiqətən, Allah və mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və onu səmimi-qəlbdən salamlayın! (
Təfsirçilər
ə görə, Allahın salavat göndərməsi mərhəmət etməsi və Rəsulunun şanını ucaltmasıdır. Mələklərin salavat göndərməsi Həzrət Peyğəmbərin şanını ucaltmaları və möminlər üçün istiğfar etmələridir. Möminlərin salavat göndərməsi isə Həzrət Peyğəmbər üçün dua etmələri mənasına gəlir.)...
Əhzab Suresi, 72. Ayet:
Həqiqətən, Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Ancaq onlar bunu yüklənməkdən imtina etdilər və ondan (məsuliyyətindən) qorxdular. İnsan onu yükləndi. Həqiqətən, o, çox zalım və çox cahildir. (İnsana yüklənən əmanət
təfsirçilər
tərəfindən “düşünmə qabiliyyəti” kimi izah edilmişdir. Allah-Təala bu əmanəti insana verərək ona məsuliyyətlər yükləyir və beləcə, onu sınaqdan keçirir.)...
Ənbiya Suresi, 7. Ayet:
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun! (
Təfsirçilər
ə görə, bu ayədəki “zikr əhli” ifadəsi ilə Tövrat və İncil haqqında doğru və kifayət qədər biliyə sahib olan əhli-kitab alimləri nəzərdə tutulur.)...
Ənbiya Suresi, 71. Ayet:
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq. (Allah Həzrət İbrahimi, zövcəsi Saranı və qardaşı oğlu Lutu bütpərəstlərin əlindən xilas etmiş və başqa bir məmləkətə qovuşdurmuşdu.
Təfsirçilər
ə görə, bu məmləkət Şam və Fələstin torpaqlarıdır.)...
Ənbiya Suresi, 83. Ayet:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (
Təfsirçilər
in qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən çıxmışdı. Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün...
Ənbiya Suresi, 105. Ayet:
Şübhəsiz ki, Zikrdən sonra Zəburda da: “Yer üzünə saleh qullarım varis olacaqdır!” - deyə yazmışdıq. (
Təfsirçilər
in bir qismi yuxarıdakı ayədə qeyd edilən “Zikr” kəlməsi ilə “Tövrat”ın, bir qismi isə “Lövhi-məhfuz”un nəzərdə tutulduğunu ifadə etmişlər.)...
Ənam Suresi, 83. Ayet:
Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Yuxarıdakı ayədə “dəlil” kimi tərcümə edilən “hüccət” sözünü
təfsirçilər
“Həzrət İbrahimə verilən təfəkkür qabiliyyəti, qavrayış və müqayisə etmə gücü” kimi izah etmişlər. Eyni zamanda ona verilmiş möcüzələr də buna şamil edilə bilər.)...
Ənam Suresi, 105. Ayet:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi
təfsirçilər
tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə (s.ə.s) iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin (s.ə.s) bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala...
Kəhf Suresi, 25. Ayet:
Onlar mağarada üç yüz il qaldılar, doqquz da arttırdılar. [Buna görə mağara əhli mağarada üç yüz doqquz il qaldılar. Bəzi
təfsirçilər
ə görə isə, şəmsi-miladi təqvimi ilə hesablanmış 300 il qəməri təqvimi ilə 309 ilə bərabərdir]....