Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 137. Ayet:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (
Təfsirlərdə
, yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının Fələstin və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu bölgələrə hakim olmuşdular.)...
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (
Təfsirlərdə
yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (
Təfsirlərdə
qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.): “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Ali-İmran Suresi, 180. Ayet:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi
təfsirlərdə
belə izah edilmişdir: “Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)...
Ali-İmran Suresi, 183. Ayet:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (
Təfsirlərdə
nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcü...
Əhqaf Suresi, 10. Ayet:
De: “Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Sala...
Əhqaf Suresi, 29. Ayet:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəl...
Nəml Suresi, 82. Ayet:
Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün bir məxluq (Dabbətülərz) çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. (
Təfsirlərdə
“Dabbətülərz” adı verilən bu məxluqun canlı bir varlıq olduğu qeyd edilir. Dini mənbələrdə Dabbətülərzin bir tək canlı, yoxsa yer üzünə yayılmış müxtəlif canlılar olduğu barəsində fərqli-fərqli izahlar gətirilmişdir.)...
Yusif Suresi, 21. Ayet:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (
Təfsirlərdə
qeyd edilən rəvayətlərə görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini...
Yusif Suresi, 69. Ayet:
Onlar Yusifin hüzuruna daxil olduqları zaman Yusif qardaşını (Bünyamini) qucaqlayaraq belə dedi: “Həqiqətən, mən sənin qardaşınam. Onların etdiklərinə görə kədərlənmə!” (
Təfsirlərdə
qeyd olunan rəvayətlərə görə, Həzrət Yusif qardaşlarına qonaqlıq vermiş və onları iki-iki oturtmuşdu. Bünyamin tək qalınca ağlayaraq: “Əgər qardaşım Yusif sağ olsaydı, o da mənimlə oturardı”, - demişdi. Həzrət Yusif də onu öz yanına oturtmuş, yeməkdən sonra isə qardaşlarını iki-iki otaqlarda qonaq etmişdi. Yenə Bünya...
Yusif Suresi, 100. Ayet:
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir. (Ata-ana və qardaşlarının səcdə etməsi
təfsirlərdə
...
Nəhl Suresi, 101. Ayet:
Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, sərt davranmaqla bağlı bir ayə nazil olduğu zaman kafirlər: “Mühəmməd bu gün əmr etdiyini sabahısı gün qadağan edərək öz səhabələrini ələ salır”, - dedilər. Yuxarıdakı ayə onların bu iradlarına cavab olaraq nazil olmuşdur. Bu ayənin də işarə etdiyi kimi Quranda bir ayənin dig...
Nəhl Suresi, 126. Ayet:
Cəza verəcəyiniz təqdirdə, sizə verilən cəzanın misli ilə cəza verin! Əgər səbir etsəniz, əlbəttə, bu, səbir edənlər üçün daha xeyirlidir. (
Təfsirlərdə
qeyd olunan rəvayətə görə, Həzrət Peyğəmbər Ühüd döyüşündə müşriklər tərəfindən əmisi Həzrət Həmzənin burnu və qulaqlarının kəsilmiş, ciyərinin çıxarılmış olduğunu görən zaman: “Allaha and olsun ki, əgər Allah mənə zəfər bəxş edərsə, sənin yerinə yetmiş nəfəri belə edəcəyəm!” - deyə and içmişdi. Buna görə də yuxarıdakı ayə nazil oldu. Həzrət Pey...
İsra Suresi, 5. Ayet:
Bu ikisindən birincisinin vaxtı gəldiyi zaman üstünüzə güclü bəndələrimizi göndərdik. Onlar evlərin arasında gəzib (sizi) axtarırdılar. Bu, yerinə yetirilməli olan bir vəd idi. (
Təfsirlərdə
sözü gedən güclü bəndələrin Ninevalı Səncarib, Babilli Büxtünnəsr və ya Calutun orduları olduğu və onların, Tövratı və Məscidi-əqsanı yandırdıqları, həmçinin İsrail oğullarının alimlərini öldürüb yetmiş min yəhudini əsir götürdükləri qeyd olunur. Yəhudilərin belə cəzalandırılmalarına səbəb kimi, onların Zəkər...
İsra Suresi, 7. Ayet:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş olarsınız, pislik etsəniz də, özünüzə pislik etmiş olarsınız.İkinci fitnənin vaxtı gəldiyi zaman üzünüzü qara etmələri, daha əvvəl girdikləri kimi Məscidə (Süleyman məbədinə) girmələri və ələ keçirdikləri hər şeyi büsbütün məhv etmələri üçün (üstünüzə düşmən göndərdik). (
Təfsirlərdə
İsrail oğullarının ikinci müsibətə məruz qalmalarının səbəbi olaraq Yəhya peyğəmbəri öldürmələri və yaxud İsa peyğəmbəri öldürməyə cəhd etmələri göstərilir.)...
Kəhf Suresi, 60. Ayet:
Bir zaman Musa gənc yoldaşına belə demişdi: “İki dənizin qovuşduğu yerə çatana qədər yol gedəcəyəm, yaxud uzun müddət yoluma davam edəcəyəm”. (
Təfsirlərdə
Musa peyğəmbərin yanıdakı gənc oğlanın Yuşa ibn Nun olduğu və Musa peyğəmbərə xidmət edib ondan elm öyrəndiyi rəvayət olunur. Bu iki dənizin hansı dənizlər olduğu dəqiq bilinmir. Bəzi təfsirçilərə görə, bu iki dənizdən biri zahiri elmlərin dənizi olan Həzrət Musa, digəri isə batini elmlərin dənizi olan Xızır əleyhissalamdır.)...
Kəhf Suresi, 86. Ayet:
Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik. (
Təfsirlərdə
qeyd olunduğuna görə, Zülqərneyn qərbdə Sakit okeanına, yaxud Qara dənizə qədər getmiş və orada günəşin dəniz üfqündə batmasını seyr etmişdi. Bu zaman günəş dumanla örtülü dəniz üfqündə, sanki palçıqlı bir su gölməçəsinə batırmış kimi görünürdü. Sahildə qarş...
Furqan Suresi, 40. Ayet:
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər. (
Təfsirlərdə
qeyd edildiyinə görə, bu ayədə Məkkəli müşriklərin ticarət məqsədilə getdikləri Şam səfərləri əsnasında küfrləri səbəbilə daş yağmuruna məruz qalaraq məhv edilmiş Lut qövmünün xarabalıqlarını gördükləri halda bundan ibrət götürmədiklərinə işarə edilir.)...
Şüəra Suresi, 20. Ayet:
Musa dedi: “Mən o işi edərkən nadanlardan idim. (Burada Həzrət Musanın bir Misirlini öldürməsinə işarə edilir.
Təfsirlərdə
Həzrət Musanın öldürmə məqsədi güdmədən bir nəfəri vurduğu və bunun nəticəsində həmin adamın öldüyü qeyd olunur.)...
Loğman Suresi, 10. Ayet:
O, göyləri görə biləcəyiniz dirəklər olmadan yaratdı. Sizi yırğalamasın deyə yerə uca dağlar yerləşdirdi və onun hər tərəfinə növbənöv canlılar yaydı. Biz göydən su endirib onunla orada hər növ gözəl bitkidən bitirdik. (Müasir bəzi
təfsirlərdə
göylərin dirəksiz yaradılması “cazibə qüvvəsi” kimi izah edilmişdir.)...
Səba Suresi, 6. Ayet:
Elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Quranın) haqq olduğunu və onun yenilməz qüvvət sahibi, şükrə layiq olan Allahın yoluna yönəltdiyini görürlər. (
Təfsirlərdə
, elm verilmiş kimsələrin səhabələr, yaxud kitab əhlindən müsəlman olan kimsələr olduğu qeyd edilir.)...
Səba Suresi, 51. Ayet:
Kaş onları qorxduqları zaman görəydin! Artıq (Bizdən) qurtuluş yoxdur. Onlar yaxın bir yerdə yaxalandılar. (
Təfsirlərdə
kafirlərin qorxduqları zaman “ölüm anı”, “qəbirdən dirilib qalxma zamanı” və ya “Bədr döyüşünün olduğu vaxt” kimi izah edilmişdir. Yaxın bir yerdə yaxalanmaları da, “torpaqdan məzara”, “məhşər yerindən cəhənnəmə”, yaxud “Bədr döyüşündən sonra Bədr quyularının yanına aparılmaları” kimi izah edilmişdir.)...
Saffat Suresi, 141. Ayet:
(Gəmidəkilərlə) püşk atmışdı və uduzmuşdu. (
Təfsirlərdə
qeyd olunan rəvayətə görə, Yunis peyğəmbərin mindiyi gəminin yükü həddindən çox olduğu üçün gəmidəkilər öz aralarından bir nəfəri dənizə atmaq qərarına gəlmişdilər. Buna görə də aralarında püşk atmış və püşk Yunis peyğəmbərə çıxdığı üçün onu dənizə atmışdılar.)...
Saffat Suresi, 147. Ayet:
Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. (
Təfsirlərdə
Həzrət Yunisin Mosuldakı Ninova şəhərinin xalqına peyğəmbər göndərildiyi qeyd olunur.)...
Mömin Suresi, 15. Ayet:
Dərəcələri yüksəldən və ərşin sahibi olan Allah (insanları) qovuşma (axirət) günü ilə qorxutmaq üçün Öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir. (
Təfsirlərdə
“dərəcələri yüksəldən” ifadəsinə “göyləri bir-birinin üstünə qurub ucaldan”, “dünyada qullarına uca məqamlar verən”, “cənnətdəki məqamlarını yüksəldən”, “möminlərin savab dərəcələrini ucaldan” kimi mənalar verilmişdir.)...
Zuxruf Suresi, 57. Ayet:
Məryəm oğlu İsa misal çəkildiyi zaman sənin qövmün buna sevinərək gülmüşdü. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, Həzrət İsa və anası Həzrət Məryəmlə bağlı məsələnin müzakirə edildiyi bir məclisdə müşriklərdən biri: “Əgər sitayiş edilən İsa, Məryəm, Üzeyir və mələklər cəhənnəmdədirsə, biz onlarla birlikdə olmağa razıyıq”, - demişdi. Oradakı müşriklər də onun bu sözlərinə gülmüş və beləcə, Həzrət Peyğəmbərə istehza etmişdilər. Yuxarıdakı ayə onların bu təkəbbürlü hallarına işarə edir.)...
Hucurat Suresi, 4. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. (
Təfsirlərdə
qeyd olunan bir rəvayətə görə, Üveynə ibn Hisn və Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı Həzrət Peyğəmbərin yanına gəlmişdilər. Həzrət Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını bildirir.)...
Tur Suresi, 1. Ayet:
And olsun dağa! (
Təfsirlərdə
qeyd olunduğuna görə, bu dağ Həzrət Musanın Allahla danışdığı Mədyəndəki dağdır.)...
Qəsəs Suresi, 76. Ayet:
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz. (
Təfsirlərdə
qeyd olunduğuna görə, Həzrət Musanın əmisi oğlu olan Qarun İsrail oğulları arasında Tövratı ən yaxşı bilənlərdən biri hesab olunurdu və ticarətdə də çox mahir idi. O, elmi və sərvəti ilə qürrələnirdi. Əvvəlcə Həzrət Musaya ...
Cümə Suresi, 11. Ayet:
Onlar bir alış-veriş, yaxud əyləncə gördükləri zaman ona tərəf qaçar və səni ayaq üstə qoyub gedərlər. De: “Allah dərgahındakılar əyləncədən və alış-verişdən daha yaxşıdır. Allah ruzi verənlərin ən yaxşısıdır!” (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, Mədinədə qıtlıq yaşanan bir dövrdə Həzrət Peyğəmbər cümə xütbəsi verərkən oranın yaxınlığından ərzaq yüklü bir karvan keçirdi. Karvanın gəldiyini xəbər vermək məqsədilə çalınan dəf səsi eşidiləndə hamı karvana tərəf qaçmağa başladı. Yalnız on ik...
Ənbiya Suresi, 58. Ayet:
Beləcə, (bütlərdən) böyük olanı istisna olmaqla, digərlərini parça-parça etdi ki, bəlkə, ona müraciət edələr. (
Təfsirlərdə
qeyd edilən rəvayətə görə, bir bayram günü Həzrət İbrahim bütləri balta ilə qırıb tökdükdən sonra baltanı qırmadığı böyük bütün boynuna asdı. Bayram şənliyindən qayıdan xalq bütlərin qırıldığını gördü.)...
Ənbiya Suresi, 78. Ayet:
Davudu və Süleymanı da (yad et)! Bir zaman onlar bir əkin sahəsi barəsində hökm verirdilər. Belə ki, bəzi adamların qoyunları gecə vaxtı başıboş bir halda ora girib ziyan vermişdi. Biz onların hökmünə şahid idik. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, əkin sahəsinin sahibi ilə qoyun sürüsünün sahibləri arasındakı mübahisədə Həzrət Davud və Həzrət Süleyman bir-birindən fərqli hökm vermişdilər. Həzrət Davud ziyan vurulmuş əkin sahəsinin dəyərinin, qoyunların qiymətinə bərabər olduğunu bildirə...
Mutəffifin Suresi, 8. Ayet:
Sən haradan biləsən ki, Siccin nədir? (
Təfsirlərdə
“Siccin” haqqında “kafirlərin əməllərinin yazıldığı kitab”, “çox dar bir zindan”, “cəhənnəmdəki bir quyu”, “insanların və cinlərin əməllərinin yazıldığı əməl dəftəri” kimi müxtəlif izahlar verilmişdir.)...
Bürüc Suresi, 5. Ayet:
(O xəndək ki,) yanacaqla alovlandırılmışdı. (
Təfsirlərdə
, bu ayədə qeyd olunan “xəndək əhli” ifadəsi haqqında belə bir rəvayət nəql olunur; Yəməndə yəhudi əsilli Zünuvas adlı bir hökmdar və onun adamları yəhudiliyi qəbul etməyən Nəcran xristianlarını xəndəyin içində qalanmış oda atıb yandırmış və özləri də onların yanmasını seyr etmişdilər.)...
Ələq Suresi, 19. Ayet:
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş! (
Təfsirlərdə
qeyd olunduğuna görə, bu ayələr Həzrət Peyğəmbər namaz qılarkən ona əziyyət verən Əbu Cəhl haqqında nazil olmuşdur.)...
Təkəsur Suresi, 2. Ayet:
Hətta qəbirləri də ziyarət etdiniz. (
Təfsirlərdə
qeyd edilən rəvayətə görə, müşriklər oğullarının, qohumlarının və mal-mülklərinin çoxluğu ilə qürrələnir və bu xüsusda bir-birləri ilə yarışırdılar. Hətta bu mübahisələr o həddə çatmışdı ki, onlar diriləri ilə kifayətlənməyib ölülərinin çoxluğu ilə öyünməyə başlamış və bu məqsədlə qəbiristanlığın yolunu tutmuşdular.)...
Cin Suresi, 15. Ayet:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (
Təfsirlərdə
qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə bildirilmişdir.)...