Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 76. Ayet:
Onlar iman gətirənlərlə qarşılaşdıqları zaman: “İman gətirdik”, - deyirdilər.
Xəlvətdə
olduqlarında isə bir-birlərinə belə deyirdilər: “Allahın sizə bildirdiyini onlara xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”...
Ali-İmran Suresi, 119. Ayet:
Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman: “Biz iman etmişik”, - deyərlər. Ancaq
xəlvətdə
olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De: “Ölün acığınızdan!” Şübhəsiz ki, Allah ürəklərdə olanları biləndir....
Bəqərə Suresi, 76. Ayet:
(Bu münafiqlər) iman gətirənlərlə görüşdükləri zaman: “İman gətirdik”,- deyirlər.
Xəlvətdə
olduqları vaxtda isə biri digərinə: “Allahın (Tövratda) sizə bildirdiyi şeyi (müsəlmanlara) xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? (Bunu) dərk etmirsinizmi ?” – söyləyirlər....
Ali-İmran Suresi, 119. Ayet:
Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir,
xəlvətdə
olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir....
Bəqərə Suresi, 76. Ayet:
Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!”– deyir, bir-birləri ilə
xəlvətdə
qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə (qarşı) dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?”– deyirlər....
Nisa Suresi, 108. Ayet:
Onlar (öz günahlarını )insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar (Allahın) razı qalmadığı sözləri gecələr
xəlvətdə
söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir....
Ənam Suresi, 120. Ayet:
Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və
xəlvətdə
edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar....
Ənbiya Suresi, 49. Ayet:
O kəslər (üçün) ki, gözlərin görmədiyi Rəbblərindən [və ya:
xəlvətdə
olanda da Rəbblərindən] qorxur və Qiyamətdən də vahimədədirlər....
Nəml Suresi, 25. Ayet:
«Göylərdə və yerdə pünhan olanları aşkara çıxaran (otları torpaqdan, dənləri bitkidən, meyvələri ağacdan, sürünənləri yerdən, heyvanları nütfədən, suları buluddan, elmləri beyindən, mələkləri nurdan, şeytanları oddan və ümumiyyətlə bütün mövcudları «yoxluq» adlı gizli bir «evdən» çıxaran) və gizlətdiyiniz şeyləri (qəlbdən keçənlərin) və aşkar etdiklərinizi (
xəlvətdə
və aşkarda etdiyiniz əməlləri) bilən Allaha səcdə etməsinlər deyə (Şeytan belə etmişdir)»....
Nisa Suresi, 81. Ayet:
Onlar: "İtaət edirik!" - deyirlər. Sənin yanından çıxandan sonra isə onların bir dəstəsi
xəlvətdə
sənin dediklərinin əksini edirlər. Allah onların
xəlvətdə
etdikləri şeyləri yazır. Onlardan üz çevir və Allaha təvəkkül et! Allah bir vəkil olaraq kifayətdir....
Nisa Suresi, 108. Ayet:
Onlar (xəyanətlərini) insanlardan gizlədər də, Allahdan gizləməzlər (Ondan haya etməzlər). Halbuki (Allahın) razı qalmadığı sözləri gecə
xəlvətdə
uydurduqları vaxt belə Allah onların yanında olur. Allah onların nə etdiklərindən xəbərdardır....
Təhrim Suresi, 3. Ayet:
O zaman peyğəmbər öz zövcələrindən birinə
xəlvətdə
bir şey danışdı. O da bunu (başqasına) bildirdikdə və Allah bunu [sirrin yayıldığını] peyğəmbər üçün aşkar edəndə, peyğəmbər bir qismini bildirdi, bir qismindən isə yayındı. O, bunun barəsində zövcəsinə xəbər verəndə zövcəsi dedi: “Bunu sənə kim xəbər verdi?“ O dedi: “Mənə hər şeyi bilən, hər şeydən xəbərdar olan Allah bildirdi.”...
Ali-İmran Suresi, 119. Ayet:
Siz o kimsələrsiniz ki, onları sevirsiniz, halbuki onlar sizi sevmirlər, siz kitabın hamısına inanırsınız, onlarsa sizinlə görüşdükləri zaman: "İman gətirdik" deyirlər, [bir-birləri ilə]
xəlvətdə
qaldıqları zaman isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De ki: "Kininizlə ölün/gəbərin!" Şübhəsiz ki, Allah sinələrin içini/könülləri ən yaxşı biləndir....