Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 141. Ayet:
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin.
Yığım
günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz....
Ənam Suresi, 141. Ayet:
Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin,
yığım
günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz!...
Ənam Suresi, 141. Ayet:
Talvar üzərində olan və talvarsız (öz gövdəsi üzərində duran) bağları, dadları müxtəlif olan xurma və dənli bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Bar verdiyi zaman onların meyvəsindən yeyin,
yığım
günü zəkatını verin, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir....
Ənam Suresi, 142. Ayet:
O – Odur ki, inşa etdi sizin üçün bağlar və bostanlar və dadları müxtəlif olan xurma və əkin məhsulları və bir – birinə bənzəyən və bənzəməyən zeytun və nar. Onda ki, yetişər məhsulundan yeyin və
yığım
vaxtı haqqını verin və israf etməyin. Həqiqətən, O israf edənləri sevməz! ...
Ənam Suresi, 141. Ayet:
O, çardaqlı və ya çardaqsız olaraq bağları, məhsulları, növbənöv xurmalıqları və əkinləri, zeytunu və narı (hər biri) bir-birinə bənzər və (hər biri) bir-birindən fərqli şəkildə yaradandır. Bunlar bar verdikdə meyvələrindən yeyin.
Yığım
günü də haqqını (öşürünü) verin, lakin israf etməyin. Çünki O, israf edənləri sevməz....
Ənam Suresi, 141. Ayet:
Dayaq üzərində və öz gövdəsi üzərində duran bağlan, dadları müxtəlif olan xurma və bitkiləri, bir-birinə bənzəyən və bənzəməyən zeytunu və narı yaradan Odur. Onlar məhsul verəndə meyvələrdən yeyin və
yığım
vaxtı haqqını [zəkat və sədəqə] verin, ancaq israfa varmayın. Həqiqətən, Allah israfa varanları sevmir!...
Ənam Suresi, 141. Ayet:
Və Allah asma və asma olmayan bağları, xurmaları, müxtəlif məhsullar verən əkinləri, zeytunları və narları, bir-birinə bənzəyən və bənzəməyən şəkildə əmələ gətirəndir. Meyvə verdikdə meyvəsindən yeyin, məhsul
yığım
ı günü də onun haqqını verin və israf etməyin. Şübhəsiz ki, Allah, israf edənləri sevməz....