Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Tövbə Suresi, 91. Ayet: Allah və Peyğəmbəri üçün (insanlara) öyüd-nəsihət verəcəkləri təqdirdə, acizlərə, xəstələrə, (döyüşə minik, yaxud silah almaq üçün) xərcləməyə bir şey tapa bilməyənlərə (döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə heç bir qınaq yoxdur. Allah bağışlayandır, rəhm edəndir. (Xəstə, aciz və kasıb olan müsəlmanlar döyüşə getməyib evlərində qaldıqları təqdirdə, fitnə çıxarmaz, döyüşə gedənlərin ailələrinə yardım edər və digər gözəl işlər görərlərsə, onlar üçün hər hansı bir günah yox...
Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz....
Nisa Suresi, 92. Ayet: Bir möminin başqa bir mömini öldürməsi, səhvən olmadıqca, caiz deyil. Kim səhvən bir mömini öldürərsə, bir mömini azad etsin, ailəsi onu bağışlamasa, mərhumun ailəsinə təzminat ödəsin. Əgər öldürülən mömin; Əgər o, sizin düşməniniz olan bir tayfadandırsa, mömin bir rəqibi azad etsin. Əgər o, sizinlə əhd bağladığınız bir tayfadandırsa, onun ailəsinə təzminat verilməli və mömin rəqibi azad edilməlidir. Bunları tapa bilməyən kəs iki ay dalbadal siam dili ilə məşğul olmalıdır ki, Allah onun tövbəsin...