Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 23. Ayet:
Yusifin qaldığı evdəki qadın (
Züleyxa
) onu tovlamaq istədi və qapıları bağlayıb: “Haydı gəl!” - dedi. Yusif isə: “Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” - dedi....
Yusif Suresi, 24. Ayet:
Həqiqətən, (
Züleyxa
) ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini (xəbərdarlığını) görməsəydi, (Yusif də) ona meyil salacaqdı. Biz pisliyi və əxlaqsızlığı ondan uzaqlaşdırmaq üçün belə etdik. Şübhəsiz ki, o, Bizim ixlaslı bəndələrimizdəndir....
Yusif Suresi, 25. Ayet:
İkisi də qapıya tərəf qaçdılar. (
Züleyxa
) onun köynəyini arxadan cırdı. Qapının ağzında (
Züleyxa
nın) əri ilə rastlaşdılar. (
Züleyxa
) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”...
Yusif Suresi, 26. Ayet:
Yusif dedi: “O məni tovlayıb yoldan çıxartmaq istədi!” (
Züleyxa
nın) qohumlarından biri belə şahidlik etdi: “Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (
Züleyxa
) doğru deyir, o isə yalançılardandır....
Yusif Suresi, 27. Ayet:
Əgər onun köynəyi arxadan cırılıbsa, (
Züleyxa
) yalan deyir, Yusif isə doğru danışanlardandır”....
Yusif Suresi, 28. Ayet:
(
Züleyxa
nın əri) Yusifin köynəyinin arxadan cırıldığını gördüyü zaman (
Züleyxa
ya) dedi: “Şübhəsiz ki, bu siz qadınların hiylələrindəndir. Həqiqətən, sizin hiyləniz böyükdür!...
Yusif Suresi, 29. Ayet:
Yusif, bundan (bunları söyləməkdən) əl çək! (Ey
Züleyxa
!) Sən də günahının əfvini dilə! Sən həqiqətən, günahkarlardan oldun”....
Yusif Suresi, 31. Ayet:
(
Züleyxa
) onların hiyləsini (dedi-qodularını) eşitdiyi zaman onlara xəbər göndərdi (evində qonaqlığa dəvət etdi). Onlar üçün yastıqlar hazırladı və onlardan hər birinə bir bıçaq verdi. (Qadınlar meyvələri soyarkən
Züleyxa
Yusifə:) “Onların qarşısına çıx!” - dedi. Onlar Yusifi gördükləri zaman onu ucaltdılar (onun nə qədər yaraşıqlı olduğunu etiraf etdilər). (Çaşqınlıqla) öz əllərini kəsdilər və: “Aman Allah! Bu insan deyil. Bu ancaq uca bir mələkdir!” - dedilər....
Yusif Suresi, 32. Ayet:
(
Züleyxa
) dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”....
Yusif Suresi, 51. Ayet:
(Kral o qadınlara) dedi: “Yusifi yoldan çıxartmaq istəməkdə məqsədiniz nə idi?!” Onlar: “Allah eləməsin! Biz onun haqqında pis bir şey bilmirik!” - dedilər. Vəzirin zövcəsi (
Züleyxa
) dedi: “İndi həqiqət ortaya çıxdı. Mən onu tovlayıb yoldan çıxartmaq istəmişdim. O isə, həqiqətən, doğru danışanlardandır”....
Yusif Suresi, 23. Ayet:
Evində olduğu qadın (
Züleyxa
Yusifi) tovlayıb yoldan çıxartmaq (onunla yaxınlıq etmək) istədi və qapıları bağlayaraq: “Di gəlsənə!” – dedi. (Yusif isə: ) “Mən (sənin bu hərəkətindən) Allaha sığınıram. Axı o (sənin ərin) mənim ağamdır. O mənə yaxşı baxır (və ya Allah mənim ixtiyar sahibimdir, mənə mərhəmət ehsan buyurmuşdur). Həqiqətən, (ağasına xəyanət etməklə, onun əhli-əyalına pis gözlə baxmaq və zina etməklə özlərinə) zülm edənlər nicat tapmazlar!” – deyə cavab verdi....
Yusif Suresi, 25. Ayet:
(Yusif canını qurtarmaq,
Züleyxa
da onu yaxalayıb kamına çatmaq məqsədilə) hər ikisi qapıya tərəf cumdu. (
Züleyxa
) onun köynəyini arxadan cırdı. Onlar qapının ağzında (qadının) ağası (əri) ilə rastlaşdılar. (
Züleyxa
) dedi: “Sənin ailənə pislik (övrətinlə zina) etmək istəyənin cəzası yalnız zindana salınmaq, ya da şiddətli bir əzaba düçar edilməkdir!”...
Yusif Suresi, 26. Ayet:
(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq (mənimlə yaxınlıq etmək) istədi!” Bir şahid (
Züleyxa
nın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır....
Yusif Suresi, 31. Ayet:
(
Züleyxa
qadınların) gizli dedi-qodularını (məkrini) eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi, onlar üçün gözəl (mütəkkələrlə, xalılarla döşənmiş bir otaqda ləziz təamlardan ibarət) bir məclis düzəltdi. Onların hər birinə (meyvə kəsib soymaq üçün) bir bıçaq verdi, sonra (Yusifə): “Onların qarşısına çıx!” – deyə əmr etdi. (Qadınlar Yusifi) gördükdə (gözəlliyinə heyran olub) onu həddindən artıq təriflədilər və (özlərini itirib əllərindəki turuncun qabığını soymaq əvəzinə) əllərini kəsdi...
Yusif Suresi, 32. Ayet:
(
Züleyxa
qadınların özlərinə gəldikdən sonra kəsilmiş əllərinin ağrısından ah-vay etdiklərini və bu hərəkətlərindən xəcalət çəkdiklərini görüb onlara) belə dedi: “Bu, (könlümü ona vermədiyimə görə) məni qınadığınız (oğlandır). Mən onun olmaq istədim, o isə imtina etdi. (Bir daha deyirəm) əgər əmrimi yerinə yetirməsə, sözsüz ki, zindana atılacaq və zillətə düşənlərdən olacaq!”...
Yusif Suresi, 50. Ayet:
(Bunları eşidən) hökmdar: “Onu mənim yanıma gətirin!” – dedi. (Onun göndərdiyi) elçi (Yusifin) yanına gəldikdə o: “Ağanın yanına qayıdıb soruş ki, (
Züleyxa
nın məclisində) əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən, Rəbbim onların məkrini biləndir!”...
Yusif Suresi, 51. Ayet:
(Padşah həmin qadınları çağırtdırıb) soruşdu: “Yusifi tovlayıb yoldan çıxartmaq istəməkdə məqsədiniz (qəsdiniz) nə idi? (Qadınlar: ) “Allah eləməsin! Biz onun barəsində pis bir şey bilmirik!” – deyə cavab verdilər. Vəzirin övrəti (
Züleyxa
) dedi: “Artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxartmaq istəyən mən idim. O, şübhəsiz, doğrudanışanlardandır!”...