Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz....
Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı dosta, yolçuya, əlinizin altındakılara yaxşılıq edin. Şübhəsiz, Allah kibrlənən və qürrələnən kimsələri sevməz....
Maidə Suresi, 116. Ayet: Və o vaxt Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! İnsanlara ‘Məni və anamı, Allahın altındakılardan iki tanrı qəbul edin’ deyə sənmi dedin?" İsa dedi: "Sən paksan, mənim üçün həqiqət olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən onu demiş olsam, Sən bunu mütləq bilərdin. Sən, mənim daxilimdə/qəlbimdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmərəm. Şübhəsiz ki, məhz Sən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənsən! ...
İsra Suresi, 97. Ayet: Və Allah kimə bələdçi olsa, bax o, doğru yolu tapar. Kimi də yoldan azdırsa, artıq onun üçün Allahın altındakılardan heç bir köməkçi, himayəçi, yol göstərən yaxın kimsə tapa bilməzsən. Və Biz, onları qiyamət günü, kor, lal və kar bir halda üzü üstə bir yerə yığacağıq. Onların gedəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm səngiyəndə, onların odunu artırarıq. ...
Kəhf Suresi, 26. Ayet: De ki: "Allah, kitabə əhlinin nə qədər qaldıqlarını ən yaxşı biləndir." Göylərin və yerin görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi yalnız Ona məxsusdur. O, necə də gözəl görür, necə də yaxşı eşidir! Onlar üçün, Onun altındakılardan bir kömək edən, yol göstərən, himayə edən yaxın bir adam yoxdur. Allah, Öz hökmranlığına heç kəsi şərik etməz....
Ənkəbut Suresi, 42. Ayet: Şübhəsiz ki, Allah, onların, Özünün altındakılardan nəyə yalvardıqlarını bilir. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....