Fəth Suresi, 4. Ayet: Möminlərin imanı üstünə iman artırmaq üçün onların ürəklərinə (Öz dərgahından) arxayınlıq (rahatlıq və mənəvi möhkəmlik) göndərən Odur. Göylərdəki və yerdəki ordular (mələklər, cinlər, insanlar, heyvanlar, ildırım, qasırğa, fırtına, sel, zəlzələ, ayın tutulması, günəşin batması və i. a.) Allahın ixtiyarındadır (Allah istədiyindən onlar vasitəsilə intiqam alar) Allah (hər şeyi) biləndir, hikmət sahibidir!...
Tövbə Suresi, 40. Ayet: Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilirsiniz ki,) inkar edənlər onu iki nəfərdən biri olaraq (Məkkədən) çıxardıqları zaman ona məhz Allah yardım etmişdi. Onlar mağarada olduqları vaxt o, öz yoldaşına: “Məyus olma, çünki Allah bizimlədir”, – deyirdi. Allah da ona bir arxayınlıq duyğusu və hüzur endirmiş, sizin görmədiyiniz ordularla onu dəstəkləmiş, beləliklə, inkar edənlərin sözünü alçaltmışdı. Allahın sözü isə ən ucadır. Allah mütləq güc sahibidir, hökm və hikmət sahibidir....