Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 282. Ayet:
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini ...
Nisa Suresi, 60. Ayet:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir. (Tağut kəliməsi Quranda, “büt, şeytan, zəlalətdə olan kimsə və s.” mənalarda işlədilmişdir. Yuxarıdakı ayənin nüzul səbəbi ilə əlaqəli olaraq bildirilir ki, münafiqlərdən biri mübahisə etdiyi şəxsə, aralarında hökm verməsi üçün Həzrət Peyğəmbərin (s.ə...
Ənfal Suresi, 12. Ayet:
O zaman Rəbbin mələklərə: “Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanlara verdiyi mənəvi dəstəyi açıqlamaqdadır. Kafirlərin qəlblərinə qorxu salmaq, psixoloji baxımdan onlara təsir göstərmək və əhval-ruhiyyələrini pozmaq üçün Uca Allah mələklərə belə səslənmişdir. Eyni zamanda bu
ayə,
mələklərin müharibədə həqiqətən iştirak ...
İsra Suresi, 28. Ayet:
Əgər Rəbbindən umduğun bir mərhəmət (ruzi) üçün onların üzünə baxa bilmirsənsə, heç olmasa onlara yumşaq bir söz söylə! (Rəvayətə görə, Bilal, Süheyl, Məhca və Həbbab kimi yoxsul səhabələr Həzrət Peyğəmbərin yardımı ilə dolanırdılar. Həzrət Peyğəmbər, onlara veriləcək bir şeyi olmadığı zaman xəcalətindən onlara deyəcək bir söz tapmırdı və üzünü başqa tərəfə çevirirdi. Yuxarıdakı
ayə,
belə hallarda heç olmasa xoş və ümid verən sözlərlə onları razı salmağı tövsiyə edir.)...
İsra Suresi, 106. Ayet:
İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-
ayə,
surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik....
İnsan Suresi, 23. Ayet:
(Ya Peyğəmbər!) Həqiqətən, Biz Quranı sənə tədriclə (ayə-
ayə,
surə-surə) nazil etdik....