Əraf Suresi, 176. Ayet: İstəsəydik, o ayələrlə onu, əlbəttə, ucaldardıq. Lakin o, dünyaya bağlanıb qaldı, öz həvasına uydu. Onun halı elə bir köpəyə bənzəyir ki, üstünə getsən də, dilini çıxarıb ləhləyər, öz başına buraxsan da dilini çıxarıb ləhləyər. Bu, ayələrimizi yalan sayan qövmün halıdır. İndi onlara bu qissələri danış ki, düşünsünlər....
Yunus Suresi, 24. Ayet: Dünya həyatının misalı, Bizim göydən endirdiyimiz su kimidir. Göydən endirdiyimiz su ilə insanların və heyvanların yediyi bitkilər bir-birinə qarışmışdır. Sonunda, yer üzü zinət əşyalarını taxıb bəzəndiyi, sahibləri də özlərinin buna müqtədir olduqlarına inandıqları bir vaxtda, bəzən gecə bəzən də gündüz vaxtı, ona əmrimiz gəlib çatmışdır və qəflətən, sanki dünən orada heç bir şənlik yox imiş kimi, onu, kökündən biçmişdir. Biz, ayələrimizi, düşünən bir qövm üçün belə ətraflı izah edirik....