Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İsra Suresi, 97. Ayet:
Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov
azaldıqca
onların alovunu artıracağıq....
İsra Suresi, 97. Ayet:
Allahın doğru yola saldığı kəs doğru yoldadır. Allahın yoldan çıxartdığı kəs üçünsə (Allahdan) başqa dostlar tapa bilməzsən. Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik. Onların düşəcəkləri yer Cəhənnəmdir. Cəhənnəm odu
azaldıqca
onların (bədənlərinin) alovunu artıracağıq!...
İsra Suresi, 97. Ayet:
Allah kimi hidayət etsə, artıq o hidayətə ərmişdir və kimi dəlalətdə buraxsa, o təqdirdə onlar üçün Ondan (Allahdan) başqa dost tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə (sürünərək) həşr edərik. Onların məvisi (qalacaqları yer) cəhənnəmdir. Biz, onlar üçün alov hər dəfə
azaldıqca
(alovu) artırarıq....
İsra Suresi, 97. Ayet:
Allah kimi doğru yola yönəldirsə, o, doğru yoldadır. Kimi azdırırsa, onlara Ondan başqa dostlar tapa bilməzsən. Qiyamət günü Biz onları kor, lal və kar olduqları halda üzü üstə bir yerə toplayacağıq. Onların sığınacaqları yer Cəhənnəmdir. (Onun alovu)
azaldıqca
onlar üçün alovu artıracağıq....
İsra Suresi, 97. Ayet:
Allah kimə hidayət edərsə, artıq o doğru yolun yolçusudur. Kimi də zəlalətə düçar edərsə, belələri üçün Ondan başqa dostlar tapa bilməzsən. Onları qiyamət günü kor, lal və kar olaraq üzü üstə həşr edəcəyik. Gedəcəkləri yer cəhənnəmdir. Cəhənnəmin odu
azaldıqca
alovu onlara bir az da artırarıq....
İsra Suresi, 97. Ayet:
Allah kimə düz yol göstərərsə, o, düz yolla gedər, kimi azdırarsa, sən onlar üçün Ondan başqa himayəçilər tapa bilməzsən. Qiyamət günü Biz onları üzüstə düşmüş kor, lal və kar olmuş halda bir yerə toplayacağıq. Onların yeri cəhənnəmdir. Alovu
azaldıqca
Biz onlar üçün onu artıracağıq....