Kəhf Suresi, 17. Ayet: Sən baxsaydın görərdin ki, (qızmar) günəş doğduqda onların mağarasından sağa meyl edir, batarkən onların sol tərəfindən sovuşur, onlar isə mağaranın geniş və sərin bir yerindədirlər. Bu, Allahın dəlillərindəndir. Axı Allah kimə yol göstərərsə, o, düz yolda olar, kimi azdırarsa, sən onun üçün bir himayəçi, yol göstərən tapa bilməzsən....
İbrahim Suresi, 4. Ayet: Və Biz onlara, [Allahın əmrlərini] açıqca meydana qoysun deyə, hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik. Artıq, Allah dilədiyini/diləyəni azdırar, dilədiyini/diləyəni də doğru yola yönəldər. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....