Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 137. Ayet:
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (Təfsirlərdə, yuxarıdakı ayədə keçən şərq və qərb torpaqlarının Fələstin və Şam bölgəsi olduğu bildirilir. Çünki tarix kitablarında da qeyd edilir ki, bir zamanlar İsrail oğulları bu
bölgələrə
hakim olmuşdular.)...
Zümər Suresi, 5. Ayet:
Göyləri və yeri haqq olaraq (və uca və ağılın qəbul etdiyi məqsəd üçün) yaratmışdır. Həmişə gecəni (fəsil, gün, iqlim və
bölgələrə
münasib şəkildə tədricən) gündüzə və gündüzü gecəyə bürüyür. Günəş və ayı (öz iradəsi altında bəndələrinin xeyrinə) ram etmişdir. Onların hər biri (özünün düz və ya dairəvi seyrində) müəyyən müddətədək (Qiaymətin qopacağı günə kimi) hərəkətdədir. Bil ki, yenilməz qüdrət sahibi və çox bağışlayan Odur!...