Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 198. Ayet:
Əgər onları (
bütləri)
doğru yola çağırsanız, eşitməzlər. Onların sənə baxdığını görərsən, halbuki onlar görmürlər....
Rəd Suresi, 16. Ayet:
De: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənləri (
bütləri)
dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular və onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”....
Rəd Suresi, 33. Ayet:
Hər kəsin qazandığına nəzarət edən Allah (bütlər kimi olarmı)?! Yenə də onlar (
bütləri)
Allaha şərik qoşdular. De: “Onlara bir ad verin! Yoxsa Allaha yer üzündə bilmədiyi bir şeyimi xəbər verirsiniz, yaxud boş sözlərmi (söyləyirsiniz)? Əksinə, kafirlərə hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Allah kimi zəlalətə salmışsa, ona doğru yolu göstərən olmaz....
Fatir Suresi, 14. Ayet:
Əgər onları (
bütləri)
çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz....
Ənam Suresi, 1. Ayet:
Həmd göyləri və yeri yaradan, zülmətləri və nuru xəlq edən Allaha məxsusdur! (Bu qədər dəlillərdən) sonra kafirlər, (yenə də
bütləri)
Rəbbinə tay tuturlar....
Ənam Suresi, 81. Ayet:
Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (
bütləri)
Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?...
Ənam Suresi, 150. Ayet:
De: “Həqiqətən, Allah bunu haram etmişdir”, - deyərək şahidlik edən şahidlərinizi gətirin!” Əgər onlar şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə! Ayələrimizi yalan sayanların və axirətə inanmayanların arzularına uyma! Onlar (
bütləri)
Rəbbinə tay tuturlar....
Əraf Suresi, 193. Ayet:
Siz onları (müşrikləri və ya
bütləri)
doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. İstər onları dəvət edin, istər susun – birdir (onlar üçün heç bir əhəmiyyəti yoxdur)....
Bəqərə Suresi, 256. Ayet:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya
bütləri)
inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir!...
Furqan Suresi, 3. Ayet:
(Müşriklər isə) Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və (öləndən sonra qiyamət günü) yenidən diriltməyə gücləri çatmayanları (
bütləri)
özlərinə tanrılar qəbul etdilər....
Furqan Suresi, 17. Ayet:
(Allah müşrikləri) və onların Allahdan qeyri ibadət etdiklərini (
bütləri)
məhşərə toplayacağı gün (qiyamət günü) belə buyuracaqdır: “Mənim bu bəndələrimi (haqq yoldan) siz (bütlər) çıxartdınız, yoxsa onlar özləri yoldan çıxdılar?”...
Şüəra Suresi, 98. Ayet:
Çünki biz sizi (siz
bütləri)
aləmlərin Rəbbi ilə bərabər tuturduq....
Zümər Suresi, 3. Ayet:
Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (
bütləri)
özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!...
Zümər Suresi, 43. Ayet:
Yoxsa onlar (müşriklər) Allahdan qeyrilərini (
bütləri)
şəfaətçi etdilər? (Ya Peyğəmbər!) De: “Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!”...
Mömin Suresi, 84. Ayet:
Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, (Rəbbimizə) qoşduğumuz şərikləri (
bütləri)
isə inkar etdik!”...
Ənbiya Suresi, 58. Ayet:
(Onlar gedən kimi İbrahim
bütləri)
parça-parça edib yalnız onların böyüyünü saxladı ki, bəlkə, qayıdıb ona baş çəkdilər. (Qoy anlasınlar ki, bu dilsiz-ağılsız bütlər nəinki başqalarını, hətta özlərini belə qorumağa qadir deyillər. Buna görə də onlara ibadət etmək ən böyük günahdır)....
Ənam Suresi, 1. Ayet:
Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd (şükür və tərif) olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (
bütləri)
öz Rəbbinə tay tuturlar....
Ənam Suresi, 150. Ayet:
De: “Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!” Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (
bütləri)
öz Rəbbinə tay tutarlar....
Ənam Suresi, 1. Ayet:
Həmd səmaları və yeri yaradan, zülməti və nuru var edən Allaha məxsusdur. Sonra da kafirlər Rəblərinə (başqa şeyləri,
bütləri)
tay tuturlar....
Nəhl Suresi, 74. Ayet:
Artıq onları (
bütləri)
Allaha bənzətməyin! Şübhəsiz ki, Allah bilir, siz isə bilməzsiniz....
Şüəra Suresi, 98. Ayet:
Aləmlərin Rəbbi ilə sizi (
bütləri)
bir tuturduq....
Səba Suresi, 27. Ayet:
De ki: ‘Ortaqlığa daxil etdiyiniz şərikləri (Allaha şirk qoşduğunuz
bütləri)
mənə göstərin. Ola bilməz, xeyr (onlar Allaha şərik ola bilməzlər). O Allah ki, Əzizdir, Hakimdir....
İbrahim Suresi, 30. Ayet:
Onlar (insanları) Allah yolundan sapdırmaq üçün (
bütləri)
Ona tay tutdular. De: “(Hələlik) əylənin! Şübhəsiz ki, dönüşünüz Odadır”....
Məryəm Suresi, 48. Ayet:
Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz (
bütləri)
tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”....
Fussilət Suresi, 9. Ayet:
De: “Doğrudanmı siz yeri iki gündə yaradanı inkar edir və (
bütləri)
Ona tay tutursunuz? Axı O, aləmlərin Rəbbidir....
Ənam Suresi, 1. Ayet:
Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! (Bu dəlillərdən )sonra kafir olanlar hələ də (
bütləri)
öz Rəbbinə tay tuturlar....
Ənam Suresi, 81. Ayet:
Siz, Allahın sizə, haqqında heç bir dəlil nazil etmədiyi şeyləri (
bütləri)
Ona şərik qoşmaqdan qorxmursunuzsa, mən sizin şərik qoşduqlarınızdan necə qorxa bilərəm? Əgər bilirsinizsə, (deyin görüm) iki dəstədən hansı əmin-amanlıqda olmağa daha haqlıdır?”...
Nisa Suresi, 117. Ayet:
Onlar Allahdan başqa yalnız qızları (qəbilələrin ögey qızları hesab edilən
bütləri)
çağırır və (əslində) yalnız azğın və itaətsiz Şeytanı səsləyirlər....
Yunus Suresi, 66. Ayet:
Bilin ki, göylərdə olan hər bir kəsin (və hər bir şeyin) və yerdə olan hər bir kəsin (və hər bir şeyin) həqiqi sahibi Allahdır. Allahdan başqa şərikləri (
bütləri)
çağıran kəslər nəyə tabe olurlar? Onlar zənn və gümandan başqa bir şeyə tabe olmurlar və onlar yalnız ehtimal edir və yalan söyləyirlər....
Həcc Suresi, 12. Ayet:
O, Allahın yerinə ona nə zərər vuran və nə də xeyir yetirən şeyi (
bütləri)
çağırır. Budur həmin uzun-uzadı azğınlıq!...
Əraf Suresi, 138. Ayet:
İsrail oğullarını dənizdən keçirdik. Özlərinə aid bütlərə sitayiş edən bir qövmə rast gəldilər. İsrail oğulları: “Ey Musa! Onların özlərinə aid ilahları (
bütləri)
olduğu kimi sən də bizə aid bir büt düzəlt”, – dedilər. Musa belə dedi: “Şübhəsiz, siz cahillik edən bir qövmsünüz”....
Ənbiya Suresi, 58. Ayet:
(İbrahim) onları (
bütləri)
parça-parça edib aralarından yalnız bir böyüyünü saxladı ki, bəlkə qayıdıb ona baş çəkərlər....
Ənam Suresi, 1. Ayet:
Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra isə kafirlər (
bütləri)
özlərinin Rəbbinə tay tutdular....
Əhqaf Suresi, 5. Ayet:
Allahı qoyub qiyamət gününə qədər səsinə səs verməyəcək (
bütləri)
çağırandan daha çox yolu azmış kim ola bilər? Halbuki onlar [bütlər] isə onların çağırışından xəbər tutan deyildirlər....