Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 195. Ayet:
Yoxsa onların (
bütlərin)
yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De: “Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin!...
Maidə Suresi, 3. Ayet:
Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, (daş, ağac və s. ilə) vurulmuş, (yuxarıdan yuvarlanaraq) yıxılıb ölmüş, buynuzlanıb ölmüş və vəhşi heyvanların parçalayıb yediyi heyvanlar sizə haram edildi. Canı çıxmadan kəsdikləriniz isə istisnadır. Dikinə qoyulmuş daşların (
bütlərin)
qarşısında kəsilmiş heyvanlar və fal oxları ilə qismətinizi axtarmağınız da (haram edilmişdir). Bunlar günah işlərdir. Bu gün kafirlər sizin dininizdən (dininizi yıxmaqdan) ümidlərini kəsdilər....
Yasin Suresi, 23. Ayet:
Mən heç Ondan başqa ilahlar qəbul edərəmmi? Əgər Rəhman olan Allah mənə zərər vermək istəsə, onların (
bütlərin)
şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər....
Yasin Suresi, 75. Ayet:
(Bu
bütlərin)
onlara yardım etməyə gücləri çatmaz. Halbuki onlar özləri bütlər üçün hazır durmuş əsgərlərdir....
Hud Suresi, 109. Ayet:
Elə isə bunların (bütpərəstlərin) tapındıqlarının (
bütlərin)
batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!...
Mömin Suresi, 43. Ayet:
Şübhəsiz ki, sizin məni (sitayiş etməyə) çağırdıqlarınızın (dilsiz-ağılsız
bütlərin)
nə dünyada, nə də axirətdə (bir kəsi) çağırmaq qabiliyyəti (ibadət olunmağa haqqı) yoxdur. Bizim axır dönüşümüz isə Allahadır. (Rəbbinə şərik qoşmaqla, küfr etməklə) həddi aşanlar, sözsüz ki, cəhənnəmlikdirlər!...
Kəhf Suresi, 52. Ayet:
O gün (Allah müşriklərə): “İddia etdiyiniz şəriklərimi çağırın!”– deyəcək. (Müşriklər )onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz (müşriklərlə )(
bütlərin)
arasına həlak edici bir yarğan salarıq....
Ənbiya Suresi, 58. Ayet:
Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (
bütlərin)
hamısını parça-parça etdi....
Həcc Suresi, 73. Ayet:
Ey insanlar! (Sizin özünüz və bütləriniz barəsində) bir məsəl çəkilib, ona qulaq asın: Həqiqətən Allahın yerinə çağırdıqlarınız əsla, hətta bunun üçün bir yerə yığılsalar belə, bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şey götürsə, onu ondan geri ala bilməzlər. İstəyənlə (müşriklərlə), (hacət) istənilənin (
bütlərin)
hər ikisi acizdirlər. (Yaxud da istəyəndən məqsəd milçəklər, istəniləndən məqsəd isə götürülüb aparılmış şeydir, ya da istəyən bütlər istənilən isə milçəklərdir.)...