Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 103. Ayet:
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. (Cahiliyyə dövründə ərəblər arasında heyvanlarla bağlı batil bir inanc vardı. Belə ki, onlar müəyyən səbəblərdən bəzi heyvanları ya bütlərə qurban edir, ya da sərbəst buraxırdılar. Məsələn beş dəfə doğan və beşinci balası dişi olan dəvəyə “bəhirə” deyir, qulağına iz qoyur, südü sağılmadan bütlər üçün saxlayırdılar. Bütlər üçü...
İbrahim Suresi, 36. Ayet:
Ey Rəbbim! Həqiqətən, (bütlər) insanlardan bir çoxunu azdırdı. Ona görə də kim mənə tabe olarsa, şübhəsiz ki, o məndəndir. Kim mənə qarşı çıxarsa, əlbəttə, Sən bağışlayansan, rəhmlisən! (Əvvəllər İbrahim peyğəmbər
bütpərəstlərin
Allah tərəfindən bağışlanmayacaqlarını bilmədiyi üçün onların bağışlanmalarını arzulamışdı. Onların Allah tərəfindən əfv edilməyəcəyini bildikdən sonra isə artıq onlar üçün dua etmədi.)...
Nəhl Suresi, 56. Ayet:
Onlar özlərinə verdiyimiz ruzidən (mahiyyətini) bilmədikləri şeylərə (bütlərə) pay ayırırlar. Allaha and olsun ki, iftira yaxdığınız şeylərə görə mütləq sorğu-sual olunacaqsınız! (İslamdan əvvəl bəzi bütpərəst ərəblər əkinlərin və heyvanların bir qismini Allah və bütlər arasında bölüşdürərək: “Bu Allahın, bu da bütlərimizin payıdır!” - deyirdilər. Yuxarıdakı ayədə
bütpərəstlərin
bu hərəkətlərinə işarə edilir.)...
Ənbiya Suresi, 71. Ayet:
Biz onu və Lutu xilas edib aləmlər üçün bərəkətləndirdiyimiz yerə çatdırdıq. (Allah Həzrət İbrahimi, zövcəsi Saranı və qardaşı oğlu Lutu
bütpərəstlərin
əlindən xilas etmiş və başqa bir məmləkətə qovuşdurmuşdu. Təfsirçilərə görə, bu məmləkət Şam və Fələstin torpaqlarıdır.)...
Bəqərə Suresi, 166. Ayet:
O zaman tabe olunmuşlar (
bütpərəstlərin
rəisləri) tabe olanlardan (bütpərəstlərdən) uzaqlaşacaq, (onların hamısı qiyamətdəki) əzabı görəcək və aralarındakı rabitə qırılacaqdır....
Hud Suresi, 109. Ayet:
Elə isə bunların (
bütpərəstlərin
) tapındıqlarının (bütlərin) batil olmasına şübhə etmə. Onlar ancaq atalarının əvvəlcə ibadət etdikləri kimi (kor-koranə) ibadət edirlər. Biz onların qismətini əskiltmədən (tamam-kamal) verəcəyik!...
Əhqaf Suresi, 5. Ayet:
Allahı qoyub qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar (bu bütlər) onların (
bütpərəstlərin
) ibadətindən xəbərsizdirlər!...
Əraf Suresi, 191. Ayet:
Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr
bütpərəstlərin
şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir.)...
Tövbə Suresi, 30. Ayet:
Yəhudilər dedilər: «(Yəhudi millətinə zillətdən sonra həyat bəxş etmiş və Tövratı yaymış) Üzeyir Allahın oğludur». Və xaçpərəstlər dedilər: «Məsih Allahın oğludur». Bu onların dilləri ilə dedikləri (həqiqəti və dəlili olmayan) bir sözdür. Onlardan qabaq kafir olmuş kəslərin (Allah üçün ata, oğul, ana və arvad fərz edən qədim
bütpərəstlərin
) sözlərinə oxşayır. Allah öldürsün onları! Necə və hara döndərilirlər?...
Məryəm Suresi, 88. Ayet:
(Xaçpərəst və
bütpərəstlərin
bəziləri) dedilər: Rəhman olan Allah (atanın zatının cövhərindən ayrılmış və Onun bütün sifətləri ilə vəsf edilən vacibəl-vücud) övlad götürmüşdür....
Təğabun Suresi, 7. Ayet:
(Məkkə
bütpərəstlərin
dən) kafir olan kəslər əsla dirildilməyəcəklərini güman edirlər. De: «Xeyr, Rəbbimə and olsun ki, dirildiləcəksiniz, sonra da sizə etdikləriniz əməllər xəbər veriləcəkdir və bu (diriltmə) Allah üçün asandır»....