Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rəd Suresi, 31. Ayet:
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman gətirməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman gətirənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə kafirlərə bəla üz verməyə davam edəcək, yaxud (o
bəla)
evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!...
Yunus Suresi, 12. Ayet:
İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq,
bəla)
üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi....