Ali-İmran Suresi, 49. Ayet: və rəsul olaraq
tərəfinə Israil oğullarının ki: «Mən, əlbəttə, gəlmişəm sizə
ayətlərlə Rəbbinizdən! Mən xəlq edərəm sizə gildən quşun
bənzərini və üfürərəm ona və o, quş olar izni ilə Allahın.
Mən sağaldaram koru və cüzamlını və dirildərəm ölünü, izni
ilə Allahın. Və xəbər verərəm sizə, nə ki, yeyirsiniz və nə ki,
saxlayırsınız evlərinizdə. Həqiqətən, bunda ayətlər var sizin
üçün, əgər oldunuz inananlar!...
Maidə Suresi, 110. Ayet: (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş ...
Həşr Suresi, 23. Ayet: O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eybdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eybdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tovhidini bəyan edəndir. Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəz...
Nur Suresi, 35. Ayet: Allah, göyləri və yer üzünü; kainatı işıqlandıran tək Zatdır, başqasının işıqlandırması mümkün deyil. Onun nurunun; Quranın misalı, içində çıraq olan bir çıraqdan kimidir; o çıraq bir şüşənin içindədir; o şüşə, sanki inciyə bənzər bir ulduz kimidir ki, nə şərqə, nə də qərbdə olan [dünyanın hər yerində olan] bərəkətli bir zeytun ağacındandır. -O ağacın yağı, az qala ona od toxunmasa belə, işıq saçır.- Nur üstündə nurdur. Allah, diləyən kimsəni nuruna yönəldər. Allah insanlar üçün misallar çəkir v...