Əraf Suresi, 176. Ayet: İstəsəydik, o ayələrlə onu, əlbəttə, ucaldardıq. Lakin o, dünyaya bağlanıb qaldı, öz həvasına uydu. Onun halı elə bir köpəyə bənzəyir ki, üstünə getsən də, dilini çıxarıb ləhləyər, öz başına buraxsan da dilini çıxarıb ləhləyər. Bu, ayələrimizi yalan sayan qövmün halıdır. İndi onlara bu qissələri danış ki, düşünsünlər....
Hədid Suresi, 20. Ayet: Bilin ki, dünya həyatı bir oyun və əyləncə, bəzək-düzək və bir-birinizlə öyünməkdən, mal-dövləti, övladlan artırmaq istəyindən ibarətdir. (Bu da) elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitkilər əkinçiləri heyran edir, sonra isə onlar solur və onları solmuş görürsən, sonra isə onlar çör-çöp olurlar. Axirətdə isə şiddətli bir əzab, Allahın bağışlanması və rizası vardır. Dünya həyatı ancaq aldadıcı, ötəri bir şeydir....