Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 36. Ayet:
Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir. Onlardan dördü haram aylardır. Doğru din budur. Ona görə də o aylarda (Allahın qadağalarına qarşı çıxaraq) özünüzə zülm etməyin! Müşriklər sizə qarşı hamılıqla vuruşduqları kimi, siz də onlara qarşı hamılıqla vuruşun və bilin ki, Allah müttəqilərlə
bərabərdir!
(Yuxarıdakı ayədə işarə edilən haram aylar zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarıdır.)...
Tövbə Suresi, 123. Ayet:
Ey iman gətirənlər! Yaxınlığınızda olan kafirlərə qarşı döyüşün və qoy onlar (döyüş əsnasında) sizdən bir sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə
bərabərdir!
(Yuxarıdakı ayədə, müharibə şəraitində kafirlərdən ibarət düşmən qüvvəsinə qarşı vuruşarkən müsəlmanların mətin olmaları tələb olunur.)...
Ənfal Suresi, 66. Ayet:
İndi Allah sizin yükünüzü yüngülləşdirdi. O, sizdə bir zəiflik olduğunu bilirdi. Əgər sizdən yüz nəfər səbirli şəxs olsa, onlar iki yüz nəfəri, əgər sizdən min nəfər olsa, (onlardan) iki min nəfəri Allahın izni ilə məğlub edərlər. Allah səbir edənlərlə
bərabərdir!
(İlk zamanlar müsəlmanların sayı az olduğuna görə bir müsəlman on kafirə qarşı vuruşmaq məcburiyyətində qalırdı. Müsəlmanların sayı artdığı zaman Allah-Təala onların yükünü azaltdı və bir möminin iki kafirə qarşı vuruşmasını əmr etdi.)...