Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Möminun Suresi, 100. Ayet:
Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər davam edən
bərzəx
aləmi (qəbir həyatı) vardır....
Möminun Suresi, 100. Ayet:
Bəlkə, (indiyə qədər) zay etdiyim ömrüm müqabilində yaxşı bir iş görüm! (Yaxud, bu günə qədər tərk etdiyim imana qayıdıb saleh bir əməl edim!) Xeyr, bu onun dediyi boş (faydasız) bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (öldükdən sonra qiyamətədək qalacaqları
bərzəx
aləmi) vardır....
Ənam Suresi, 98. Ayet:
Sizi bir tək nəfsdən (Adəmdən) yaradan və beləcə (sizin üçün) qərar yeri (fizik vücudumuz üçün yer üzü: dünya), bir də əmanət yeri (
bərzəx
aləmi) dizayn edən Odur. İdrak edən bir qövm üçün ayələri ayrı-ayrı detalları ilə açıqladıq....
Möminun Suresi, 100. Ayet:
‘Beləcə tərk etdiyim saleh əməlləri (nəfsi islahedici əməli) işləyərəm.’ Xeyr, şübhəsiz ki, onun söylədiyi yalnız boş bir sözdür. Bəas ediləcəkləri günə qədər onların arxasında
bərzəx
aləmi vardır....
Möminun Suresi, 100. Ayet:
Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər
bərzəx
vardır....
Möminun Suresi, 100. Ayet:
ola ki, saleh əməl edim, nədən ki, tərk etdim». Belə deyil! Həqiqətən, bu, kəlmədir ki, o, danışır və arxalarında
bərzəx
var qaldırılacaqları günə qədər....
Furqan Suresi, 53. Ayet:
Və O – Odur ki, iki dəryanı qovuşdurdu. Biri şirindir, içməlidir və o biri duzludur, acıdır. O etdi aralarında
bərzəx
və dağılmaz məhəccər. ...
Bəqərə Suresi, 154. Ayet:
Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları
Bərzəx
aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz....
Nisa Suresi, 18. Ayet:
Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri
Bərzəx
aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır....
Nisa Suresi, 56. Ayet:
Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi
Bərzəx
aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir....
Nisa Suresi, 138. Ayet:
Münafiqləri (
Bərzəx
aləmində və Qiyamətdə) onlar üçün ağrılı bir əzab olacağı ilə müjdələ....
Ənam Suresi, 93. Ayet:
Kim Allaha yalan nisbət verən kəsdən, yaxud ona heç bir vəhy edilmədiyi halda «mənə vəhy olunmuşdur» deyən şəxsdən və «mən də tezliklə Allahın nazil etdiyi kimi nazil edəcəyəm!» deyən kəsdən daha zalım ola bilər? Kaş zalımları ölüm burulğanında olduqları zaman görəydin ki, mələklər də əllərini (onlara tərəf) açıblar (və onların üstünə qışqırırlar) ki: «canlarınızı bədəndən özünüz çıxarın, (yaxud) canlarınızı bizim çəngimizdən qurtarın! (
Bərzəx
aləminə daxil olmaq günü olan) bu gün Allah barəsind...
Ənam Suresi, 94. Ayet:
(Müşriklər
Bərzəx
aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz və sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə və) özünüz(ün ibadətiniz)də şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir»....
Ənam Suresi, 134. Ayet:
Şübhəsiz, sizə vəd edilən şey (
Bərzəx
, Qiyamət, Cənnət və Cəhənnəm) gələcəkdir. Siz Allahı əsla aciz edə bilməzsiniz (Onunla mübarizə aparmaq və ya Ondan qaçmaq qüdrətiniz yoxdur)....
Əraf Suresi, 19. Ayet:
Ey Adəm, sən və zövcən bu Cənnətdə (yer üzündə onlar üçün yaradılmış bağda, ya
Bərzəx
aləminin Cənnətində, ya Qiyamətdən sonrakı əsl Cənnətdə) məskunlaş, istədiyiniz yerdən yeyin (bəhrələnin) və bu ağaca yaxınlaşmayın ki, zalımlardan olarsınız»....
Əraf Suresi, 24. Ayet:
Buyurdu: «Hamılıqla, bir-birinizə (əbədi) düşmən olan halda (bu məkandan yerə) enin və sizin üçün yer üzündə müəyyən müddətədək sığınacaq və dolanacaq olacaqdır (və ondan sonra
Bərzəx
aləminə, daha sonra isə Qiyamətə köçürüləcəksiniz)»....
Tövbə Suresi, 101. Ayet:
Sizin ətrafınızdakı (şəhərinizin ətrafında olan) bədəvi ərəblərdən bir dəstə münafiqdirlər. Mədinə əhlindən də nifaqa adət etmiş kəslər vardır. Sən onları tanımırsan, Biz onları tanıyırıq. Tezliklə onlara iki dəfə əzab verəcəyik (dünya əzabı, ölüm və
Bərzəx
əzabı), sonra isə (Qiyamətdə) daha böyük əzaba tərəf döndəriləcəklər....
Yunus Suresi, 45. Ayet:
Və (yada sal) o gün(ü) ki, (Allah) onları (dünyada, ya
Bərzəx
aləmində) sanki günün bir saatı qədər qalmamışlar kimi bir-birlərinə tanışlıq verdikləri halda (Qiyamət meydanında) toplayacaqdır. (Həmin gün) Allaha qovuşacaqlarını təkzib edənlər mütləq ziyana uğrayıblar və (onlar) hidayətə qovuşanlardan deyildirlər....
Hud Suresi, 4. Ayet:
Qayıdışınız (əvvəlcə
Bərzəx
ə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir....
İbrahim Suresi, 51. Ayet:
Allahın hər bir kəsi (küfr və itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə və əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı və cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta
Bərzəx
ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir)....
Nəhl Suresi, 32. Ayet:
O kəslər ki, mələklər, canlarını onlar (küfr və itaətsizlik çirkinliyindən) pak olan halda alarkən (onlara) «salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə (hələlik
Bərzəx
aləmindəki Cənnətə, Qiyamətdən sonra isə əbədi Cənnətə) daxil olun» deyərlər....
İsra Suresi, 52. Ayet:
O gün ki, sizi (sizin
Bərzəx
ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkli alması və
Bərzəx
ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və
Bərzəx
aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və
Bərzəx
in hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az gö...
İsra Suresi, 99. Ayet:
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə
Bərzəx
ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək
Bərzəx
də) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar....
Kəhf Suresi, 99. Ayet:
Və o (səddin aşacağı, dünyanın axırının yaxınlaşacağı və surun birinci dəfə çalınmasının əlamətlərinin görünəcəyi) gün onları (Yə’cuc ilə Mə’cucu və ya dünyadakı bütün insanları özbaşına) buraxarıq ki, bir-birlərinə (qarışaraq dəniz kimi) dalğalansınlar (və bəşəriyyətə hərc-mərclik hakim olsun). Və (Qiyamət yetişəndə) sur (ikinci dəfə) çalınar. Beləliklə onların hamısını təəccüblü bir şəkildə toplayarıq (cəsədlərinin zərrəciklərini torpağın içindən yığıb canlandırar,
Bərzəx
ruhlarını onların bəd...
Taha Suresi, 103. Ayet:
Onlar öz aralarında gizlincə danışarlar ki: (Dünyada və ya
Bərzəx
aləmində sanki) on gündən artıq qalmamısınız.»...
Taha Suresi, 104. Ayet:
Biz onların (Məhşər səhnəsinə gətirildikdən sonra ömürlərini və ya
Bərzəx
aləmini əbədiliklə müqayisə edərək) dediklərini daha yaxşı bilirik. O zaman onların həqiqətə ən yaxın olanı deyər: «Bir gündən artıq qalmamısınız.» (Çünki azlıq və qısalıq baxımından bir gün on gündən daha düzgün və ədalətlidir.)...
Ənbiya Suresi, 40. Ayet:
Xeyir, (
Bərzəx
odu ölüm vasitəsi ilə) onlara qəfildən yetişəcək və onları elə mat qoyacaq ki, onu nə dəf edə biləcəklər, nə də onlara möhlət veriləcəkdir....
Möminun Suresi, 16. Ayet:
Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və
Bərzəx
aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız....
Möminun Suresi, 40. Ayet:
Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və
Bərzəx
aləmində) mütləq peşman olacaqlar.»...
Möminun Suresi, 100. Ayet:
bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər
Bərzəx
(aləmi) vardır....
Möminun Suresi, 112. Ayet:
(Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya
Bərzəx
aləmində neçə il qalmısınız?)...
Möminun Suresi, 113. Ayet:
Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və
Bərzəx
ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»...
Furqan Suresi, 22. Ayet:
Mələkləri (ölüm mələklərini və ya
Bərzəx
aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam (təhlükəsiz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»...
Furqan Suresi, 42. Ayet:
«Doğrudan da əgər biz onlara (bütlərimizə ibadətdə) səbr etməsəydik az qalmışdı ki, o bizi tanrılarımızdan azdırsın.» Əzabı (qəbr, Qiyamət və yaxud da
Bərzəx
əzabını) görəndə kimin daha azğın olduğunu biləcəklər....
Şüəra Suresi, 6. Ayet:
Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri
Bərzəx
də, ya Qiyamətdə başa düşəcəklər)....
Şüəra Suresi, 201. Ayet:
(Ölüm,
Bərzəx
ya Qiyamətin) ağrılı əzabını görməyincə ona iman gətirməyəcəklər....
Ənkəbut Suresi, 5. Ayet:
Hər kəs Allahla görüşəcəyinə (
Bərzəx
, Qiyamət günü və Cənnətdə Onun hüzuruna daxil olmağa) ümid edirsə, onda (çox çalışsın, çünki) şübhəsiz, Allah (tərəfindən müəyyən olunmuş) müddət (mütləq) gələcəkdir. O, (hər şeyi) eşidən və biləndir....
Ənkəbut Suresi, 57. Ayet:
Hər bir canlı ölümü dadacaqdır. Sonra isə Bizim hüzurumuza (Bizim
Bərzəx
aləmimizə, Bizim Qiyamət səhnəmizə, Bizim Cənnətimizə və Cəhənnəmimizə) qaytarılacaqsınız!...
Rum Suresi, 56. Ayet:
Elm və iman verilmiş kəslər (peyğəmbərlər, övliyalar və mələklər) isə deyərlər: «Siz, şübhəsiz, Allahın kitabına (Lövhi-Məhfuz və Qur’ani-Məcidə) əsasən (o aləmdə) dirilmə gününə qədər qaldınız. Budur dirilmə və Qiyamət günü. Lakin siz (
Bərzəx
aləmini keçirəcəyinizi) bilmirdiniz (və Qiyamətin haqq olduğuna inanmırdınız)....
Yasin Suresi, 26. Ayet:
(Axırda onu öldürdülər və ona) deyildi: «Cənnətə (Cənnət
Bərzəx
inə) daxil ol!» O dedi: «Kaş qövmüm biləydi ki,...
Zümər Suresi, 42. Ayet:
Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (
Bərzəx
aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır....
Zümər Suresi, 68. Ayet:
Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və
Bərzəx
aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)....
Mömin Suresi, 11. Ayet:
Onlar deyərlər: «Ey Rəbbimiz! (Dünya həyatından və tovhid çağırışının gerçəkləşməsindən sonra) bizi iki dəfə öldürüb iki dəfə diriltdin (dünyada öldürüb
Bərzəx
də diriltdin və
Bərzəx
də öldürüb Qiyamətdə diriltdin), beləliklə biz öz günahlarımızı (birinci dirilməyi, həmçinin ikinci ölüm və dirilməyi inkar etməyimizi) etiraf etdik. Belə isə (buradan) çıxmaq üçün bir yol varmı?»...
Mömin Suresi, 15. Ayet:
O Allahı ki, kamalının dərəcələri uca, yaratdıqlarının dərəcələrini yüksəldən və (göylərin üstündə yerləşib hökmranlıq məkanı və dünya işlərinin idarəçiliyi fərmanlarının verilməsi mərkəzi olan) ərşin sahibidir. O, Ruhu (Ruh mələyini) Öz əmri ilə bəndələrindən istədiyinə (peyğəmbərlərə) göndərir ki, (insanları) qovuşma günü ilə (
Bərzəx
ruhlarının Məhşər bədənlərinə, bütün dirilənlərin Allaha, insan, mələk, cin və şeytanların bir-birlərinə və Allah qarşısında cavabdehlik daşıyan hər bir kəsin öz ...
Mömin Suresi, 46. Ayet:
Fironçuların (
Bərzəx
aləmində) hər səhər-axşam məruz qaldıqları həmin od! Qiyamət qopduğu gün isə «fironçuları ən şiddətli əzaba daxil edin» (deyiləcəkdir)....
Fussilət Suresi, 47. Ayet:
Qiyamətin (baş verəcəyi zamanın) elmi yalnız Ona qayıdır. O bilmədən meyvələr qabıqlarından çıxmır, heç bir dişi hamilə qalmır və (hamiləlik) yükünü yerə qoymur. (Allah) müşrikləri «haradadır Mənim şəriklərim?» deyə çağıracağı gün onlar deyəcəklər: «Biz (ölüm və
Bərzəx
aləmini görməklə və həqiqətlərin aydın olması ilə) Sənə elan etdik ki, bizdən (Sənin şərikinin olmasına) əsla bir şahid yoxdur....
Şura Suresi, 7. Ayet:
Və beləcə biz sənə ərəbcə bir Qur’an vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (
Bərzəx
ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda....
Duxan Suresi, 56. Ayet:
Onlar (dünyadan
Bərzəx
aləminə keçmək vasitəsi olan) birinci ölümdən (və
Bərzəx
aləmindən Qiyamətə keçmək vasitəsi olan ikinci ölümdən) başqa orada ölümü dadmayacaqlar. (Allah) onları (həmişəlik olaraq) Cəhənnəm əzabından qoruyur....
Casiyə Suresi, 14. Ayet:
İman gətirənlərə de ki, Allahın (məğlubiyyət və ölüm,
Bərzəx
və Qiyamət kimi) günlərinə iman və ümidi olmayanları bağışlasınlar (və ilahi hakimiyyət gerçəkləşənə kimi onlara toxunmasınlar) ki, (Allah mübarizə aparan) dəstəni əldə etdiklərinin müqabilində (Özü) cəzalandırsın....
Əhqaf Suresi, 35. Ayet:
Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya
Bərzəx
aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!...
Məhəmməd Suresi, 5. Ayet:
Tezliklə onları (
Bərzəx
və axirətin kəramətli dərəcələrinə) yönəldəcək və (o dünyada) onların vəziyyət və işlərini yaxşılaşdıracaq....
Qaf Suresi, 42. Ayet:
(
Bərzəx
aləmində olan bütün ruhların) haqq olan (və Lövhi-Məhfuzda təsbit edilmiş) həmin bağırtını eşidəcəkləri gün! (Həmin) o gün (hamının qəbirlərdən) çıxma günüdür....
Qəmər Suresi, 38. Ayet:
Əlbəttə, dan yeri söküləndə onlara davamlı (ölüm və
Bərzəx
əzabına, oradan da qiyamət və Cəhənnəm əzabına birləşik) əzab (daş yağışı) gəldi....
Təhrim Suresi, 10. Ayet:
Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: «
Bərzəx
in oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»...
Nuh Suresi, 18. Ayet:
«Sonra sizi(n cisminizi yenə) onun (yerin) köksünə qaytaracaq və yenidən xas bir tərzdə çıxaracaqdır. (Qiyamət günü onun parçalanmış zərrələrini (hissəciklərini) yığaraq dünyadakı şəklə salacaq və
Bərzəx
ruhunu ona daxil edəcəkdir)»....
Nuh Suresi, 25. Ayet:
(Bəli,) günahları üzündən onlar suda batdılar və birbaşa (
Bərzəx
aləmindəki yandırıcı) oda daxil edildilər, özləri üçün Allahdan başqa heç bir köməkçi və yardımçı tapmadılar....
Qiyamə Suresi, 30. Ayet:
O gün (ölüm günü) sövq və hərəkət sənin Rəbbinə tərəfdir (
Bərzəx
dəki görüş, Qiyamət, məhkəməsindən tutmuş Cənnətə, ya Cəhənnəmə kimi)....
Mürsəlat Suresi, 1. Ayet:
And olsun bir – birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin
Bərzəx
ruhlarına)....
Naziat Suresi, 3. Ayet:
(And olsun) insanların ruhlarını aldıqdan sonra sürətlə
Bərzəx
Cənnətinə, ya Cəhənnəminə aparan mələklərə,...
Naziat Suresi, 25. Ayet:
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz
Bərzəx
odunda yandırılması isə onun axirət əzabıdır.)....
Naziat Suresi, 46. Ayet:
Onlar Qiyaməti gördükləri gün (belə güman edəcəklər ki, dünyada, yaxud bütün
Bərzəx
aləmi boyunca) elə bil yalnız bir axşam, yaxud bir səhərdən artıq qalmamışlar. (Axirət aləminin əbədiyyətinin müqabilində nəzərlərinə belə gələcəkdir)....
Təkvir Suresi, 7. Ayet:
(
Bərzəx
) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz zövcələrinə) qovuşacağı zaman,...
İnşiqaq Suresi, 19. Ayet:
Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra
Bərzəx
ə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz)....
Tariq Suresi, 4. Ayet:
(Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və
Bərzəx
də və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!...
Təkəsur Suresi, 3. Ayet:
Belə deyildir. (Sizin güman etdiyiniz kimi deyildir. Siz güman edirsiniz ki, yalnız dünya üçün çalışmaq lazımdır), tezliklə (
Bərzəx
aləminə daxil olduğunuz zaman) biləcəksiniz....
Möminun Suresi, 100. Ayet:
tərk etdiyim dünyada saleh bir iş görüm”, – deyər. Xeyr! Bu, sadəcə onun söylədiyi (əbəs) bir sözdür. Onların arxasında yenidən diriləcəkləri günə qədər (davam edən, geri qayıtmalarına əngəl olan) bir pərdə (
bərzəx
) var....