Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 237. Ayet:
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır.
Bağışlamağınız
(mehrdən imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür....
Bəqərə Suresi, 280. Ayet:
Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi
bağışlamağınız
sizin üçün daha xeyirlidir....
Bəqərə Suresi, 237. Ayet:
Kəbin haqlarını təyin etmiş olduğunuz qadınları yaxınlıq etmədən əvvəl boşayarsınızsa, təyin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz! Bununla belə, onlar (qadınlar) bunu (ərlərinə), yaxud əlində nikah müqaviləsi olanlar (ərlər) kəbin haqqının hamısını qadınlara bağışlaya bilərlər. (Ey kişilər!) Sizin
bağışlamağınız
(güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir....
Bəqərə Suresi, 280. Ayet:
Əgər sizə borclu olan şəxs çətin vəziyyətdə olarsa, ona vəziyyəti yaxşılaşıncaya qədər möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcu) ona sədəqə olaraq
bağışlamağınız
daha yaxşıdır!...
Bəqərə Suresi, 237. Ayet:
Onlar üçün bir mehir təyin etdinizsə və əgər onlara toxunmadan əvvəl boşasanız, o zaman onlar üçün (fərz olaraq) təyin edilən mehirin yarısını vermək sizə fərz qılınmışdır.(Qadınların) bunu bağışlaması (vaz keçməsi) və ya nikah əhdi əlində olanın (kişinin) bağışlaması (digər yarısını da qadına bağışlaması) istisnadır. Sizin
bağışlamağınız
(digər yarısını da verməniz) təqvaya daha yaxındır. Aranızdakı fəziləti unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi çox yaxşı görəndir....
Bəqərə Suresi, 280. Ayet:
Əgər (borclu) çətin vəziyyətdədirsə (ödəyə bilməyəcəksə), o təqdirdə vəziyyəti yaxşılaşana qədər gözlənilməlidir. (Alacağınızı) sədəqə olaraq
bağışlamağınız
sizin üçün daha xeyirlidir. Kaş ki, bilsəydiniz....
Bəqərə Suresi, 237. Ayet:
Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz. Qadınların (bunu) (ərlərinə) bağışlaması və ya əlində nikah müqaviləsi olanın bunu (qadına) bağışlaması isə istisnadır. Sizin
bağışlamağınız
təqvaya daha yaxındır. Bir-birinizə güzəşt etməyi unutmayın. Allah sizin nə etdiklərinizi görür....
Bəqərə Suresi, 237. Ayet:
Və əgər onları, onlara toxunmadan boşasanız və mehrini də müəyyən etmiş olsanız, o zaman borc, müəyyən etdiyiniz o məbləğin yarısı qədərdir. Ancaq qadınlar və yaxud nikah əqdini əlində tutan kəs/vəkili bağışlasa, o istisnadır. Və
bağışlamağınız
, Allahın mühafizəsi altına daxil olmaq üçün daha yaxındır. Aranızdakı artıqlığı da unutmayın. Şübhəsiz ki, Allah etdiklərinizi ən yaxşı görəndir....