Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara (həmkar, məclis yoldaşı, səfər yoldaşı və başqalarına), yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən Allah təkəbbürlü və lovğa şəxsi sevmir....
Nur Suresi, 31. Ayet: Mömin qadınlara da de ki, gözlərini haramdan çevirsinlər, ismətlərini qorusunlar. (Üz və əl kimi) görünən qismlər istisna olmaqla zinət (yer)lərini göstərməsinlər. Baş örtülərini yaxalarının üzərinə qədər salsınlar. Zinətlərini ərlərindən, yaxud atalarından, yaxud ərlərinin atalarından, yaxud oğullarından, yaxud ögey oğullarından, yaxud qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud müsəlman qadınlardan, yaxud sahib olduqları kölələrdən, yaxud kişiliyini ...