Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 103. Ayet:
Allah nə bəhirəni, nə saibəni, nə vəsiləni, nə də hamini (şəriətə uyğun) etmişdir. Lakin kafirlər Allaha yalandan iftira atırlar. Onların əksəriyyəti düşünüb dərk etmirlər. (Cahiliyyə dövründə ərəblər arasında heyvanlarla bağlı batil bir inanc vardı. Belə ki, onlar müəyyən səbəblərdən bəzi heyvanları ya bütlərə qurban edir, ya da sərbəst buraxırdılar. Məsələn beş dəfə doğan və beşinci balası dişi olan dəvəyə “bəhirə” deyir, qulağına iz qoyur, südü sağılmadan bütlər üçün saxlayırdılar. Bütlər üçü...
Fatir Suresi, 11. Ayet:
Allah sizi (əvvəlcə) torpaqdan, sonra da nütfədən yaratdı. Sonra sizi (kişi və qadın olmaqla) cüt-cüt etdi. Onun xəbəri olmadan heç bir dişi nə hamilə qalar, nə də
balasını
dünyaya gətirər. Bir canlıya ömür verilməsi də, ömrünün qısaldılması da məhz kitabda (lövhi-məhfuzda) mövcuddur. Həqiqətən, bu, Allah üçün asandır....
Ənam Suresi, 143. Ayet:
(Erkək və dişi olmaqla) səkkiz cift (yaratmışdır); qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!” (O dövrdə ərəblər bəzən heyvanların erkəyini, bəzən dişisini, bəzən də
balasını
haram hesab edirdilər. Yuxarıdakı ayədə Allah onların bu əməllərini pisləyir. )...
Qəsəs Suresi, 10. Ayet:
(Oğlunun Fironun əlinə düşdüyünü bildikdən sonra) Musanın anasının ürəyi bomboş (sevimli
balasını
n fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın vədinə) inananlardan olsun deyə, ürəyinə səbr (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: “Bu uşaq mənimdir!” – deyəcəkdi)....
Həcc Suresi, 2. Ayet:
O günü siz onu [zəlzələni] görəndə hər süd verən (ana) əmizdirdiyini [
balasını
] unudacaq, hər hamilə (qadın) boynundakını salacaq, insanlar sərxoş olmadıqları halda onları (qorxudan) sərxoş kimi görəcəksən. Lakin bütün bunlar Allahın şiddətli əzabındandır!...