Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Məhəmməd Suresi, 21. Ayet:
Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. (Cihad
barəsindəki)
iş qətiləşdikdə Allaha (verdikləri sözə) sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı....
Bəqərə Suresi, 40. Ayet:
Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi xatırlayın, (Tövratda axirüzzəman peyğəmbər
barəsindəki)
buyurduğumu yerinə yetirin ki, Mən də sizinlə (sizi Cənnətə varid etmək barəsində) olan əhdə vəfa edim. Yalnız Məndən qorxun!...
Ali-İmran Suresi, 118. Ayet:
Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət
barəsindəki)
ayələri artıq sizə izah etdik....
Nəhl Suresi, 1. Ayet:
Allahın (möminlərin zəfər çalacağı, müşriklərin və kafirlərin məhv olacağı
barəsindəki)
əmri mütləq gələcəkdir. Buna görə də onu tələm-tələsik (vaxtından əvvəl) istəməyin. Allah Ona şərik qoşulan bütlərdən pak və ucadır. (Allah hər şeyin fövqündədir. Onun heç bir şəriki yoxdur!)...
İsra Suresi, 108. Ayet:
Və: “Rəbbimiz pakdır, müqəddəsdir! Rəbbimizin (möminlərə mükafat, kafirlərə əzab veriləcəyi
barəsindəki)
əmri mütləq yerinə yetəcəkdir!” – deyərlər....
Şüəra Suresi, 6. Ayet:
Onlar (Quranı) yalan hesab etdilər. Onların istehza etdiklərinin (Quranın müşriklərə veriləcək əzab
barəsindəki)
xəbərləri gəlib onlara çatacaqdır. (Qiyamət günü, yaxud Bədr döyüşündə büsbütün məyus olacaqlar)....
Fatir Suresi, 5. Ayet:
Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət
barəsindəki)
vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!...
Ənam Suresi, 5. Ayet:
Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri
barəsindəki)
xəbərləri onlara gəlib çatacaq!...
Bəqərə Suresi, 118. Ayet:
(Müşrik və kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə nə üçün danışmır və ya bizə (sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri (nadanlıq və inadkarlıqda) bir-birinə bənzəyir. Şübhəsiz, Biz (tovhid və Öz dinimiz
barəsindəki)
aydın dəlilləri inam əhli üçün bəyan etmişik....
Ənfal Suresi, 38. Ayet:
Kafirlərə de: «Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (
barəsindəki)
yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik).»...
Hud Suresi, 94. Ayet:
Və Bizim (onların əzabı
barəsindəki)
əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər....
Hud Suresi, 101. Ayet:
Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı
barəsindəki)
əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar....
Rəd Suresi, 25. Ayet:
Allahın (tovhid və dinin qəbul edilməsi
barəsindəki)
əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır....
Kəhf Suresi, 98. Ayet:
(Zülqərneyn) dedi: «Bu (əməl) mənim Rəbbim tərəfindən (Onun vədi yetişənə kimi) bir rəhmətdir. Beləliklə, Rəbbimin (səddin viran olması və ya Qiyamətin qopması
barəsindəki)
vədi yetişəndə (Allah) onu alt-üst edəcəkdir. Mənim Rəbbimin vədi həmişə haqq və sabitdir.»...
Mömin Suresi, 55. Ayet:
Buna görə də səbr et ki, Allahın (sənin qalib gələcəyin və dininin yayılacağı
barəsindəki)
vədi mütləq haqdır. Günahının bağışlanmasını dilə və Rəbbini vəsf etməklə yanaşı Onu səhər-axşam pak sifətlərlə mədh et!...
Mömin Suresi, 77. Ayet:
Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları
barəsindəki)
vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən)....
Mömin Suresi, 83. Ayet:
Beləliklə peyğəmbərləri onlara aydın dəlillər gətirən zaman onlar özlərində olan (xarab əqidəyə və dünya işləri
barəsindəki)
elmə ürək qızdırdılar (və peyğəmbərlərin təlimlərini tərk etdilər). (Nəhayət) istehza etdikləri şey onlara yetişdi və onları bürüdü....
Zuxruf Suresi, 19. Ayet:
Rəhman Allahın bəndələri olan mələkləri qızlar sandılar. Məgər onların yaradılışında iştirak edib (onların qız olmalarını) görüblər? Tezliklə onların (mələklər
barəsindəki)
şahidlikləri yazılacaq və sorğu-sual ediləcəklər....
Casiyə Suresi, 25. Ayet:
Bizim (məad
barəsindəki)
aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur....
Qaf Suresi, 14. Ayet:
(Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək
barəsindəki)
qəti vədim (onlar barəsində) təsbit oldu....
Nəcm Suresi, 26. Ayet:
Göylərdə neçə-neçə mələklər (var) ki, onların (bu dünyanın yaradılış işləri və o dünyanın günahkarları
barəsindəki)
şəfaət və vasitəçilikləri heç bir fayda verməz. (Bu) yalnız Allah (şəfaət etməsini və ya şəfaət olunmasını) istədiyi və razılıq verdiyi kəsə izn verdikdən sonra (mümkündür)....
Hədid Suresi, 14. Ayet:
Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz
barəsindəki)
əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı.»...