Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəhl Suresi, 92. Ayet:
Bir tayfa digər tayfadan (sayca və güc
baxımından)
daha çox olduğu üçün andlarınızı aranızda bir fitnə vasitəsinə çevirərək, ipliyi möhkəm əyirdikdən sonra açıb sökən qadın kimi olmayın! Allah bununla yalnız sizi imtahan edir. Şübhəsiz ki, O, ixtilafda olduğunuz məsələləri qiyamət günü sizə bəyan edəcəkdir....
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə özlərindən daha yaxındır. Peyğəmbərin zövcələri də onların analarıdır. Qohum olanlar Allahın Kitabına görə (vərəsəlik
baxımından)
bir-birlərinə digər möminlərdən və mühacirlərdən daha yaxındırlar. Ancaq dostlarınıza vəsiyyət edə bilərsiniz. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır. (Daha əvvəl möminlər bir ailə kimi bir-birlərinin varisi olduqları halda bu ayə ilə vərəsəlikdə qohumlara üstünlük verilmişdir.)...
Hud Suresi, 78. Ayet:
Tayfası (qonaq gəldiyini bilən) tələsik (Lutun) yanına gəldi. Onlar (Lutun yanına gəlməzdən və mələkləri görməzdən) əvvəl də pis işlər görürdülər. (Lut onlara) dedi: “Ey qövmüm! Bunlar (balalarım və ya ümmətimin qadınları) mənim qızlarımdır (onlardan şəriətə müvafiq surətdə istifadə edin). Onlar (nikah
baxımından)
sizin üçün daha təmizdirlər. Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən...
Ali-İmran Suresi, 97. Ayet:
Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır (təhlükədən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq
baxımından)
gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!...
Nisa Suresi, 28. Ayet:
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək
baxımından)
zəif yaradılmışdır....
Ənfal Suresi, 75. Ayet:
Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, varislik
baxımından)
bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi biləndir! (Məkkənin fəthinə qədər mühacirlər və ənsar qohumluq əlaqələrindən asılı olmayaraq bir-birinin varisi hesab edilirdilər. Məkkənin fəthindən sonra bu hökm ləğv olunub varislik hüququ ...
Nur Suresi, 27. Ayet:
Ey iman gətirənlər! Başqalarının evlərinə (sizin olmayan evlərə) sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin. Bu, (ədəb-ərkan
baxımından)
sizin üçün daha yaxşıdır. Bəlkə, (Allahın bu əmrinin hikmətini) düşünüb anlayasınız (və həmişə yadda saxlayıb ona əməl edəsiniz)....
Nur Suresi, 30. Ayet:
(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik
baxımından)
daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!...
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə bilməz). Qohumlar (bir-birinə vərəsə olmaq
baxımından)
Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində si...
Ali-İmran Suresi, 123. Ayet:
And olsun ki, Bədir döyüşündə siz (say və silah
baxımından)
daha zəif bir halda ikən, Allah sizə kömək etdi. Artıq Allaha qarşı təqva sahibi olun. Ola bilsin ki, beləcə siz şükür edərsiniz!...
Nəhl Suresi, 111. Ayet:
O gün bütün nəfslər gəlir. Hər kəs (həyat filmini görərək, itirdiyi və qazandığı dərəcələr
baxımından)
öz nəfsi ilə mübarizə edər və hər kəsə etdikləri əməlləri ödənər. Onlara zülm edilməz....
Bəqərə Suresi, 19. Ayet:
Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət
baxımından)
əhatə etmişdir....
Bəqərə Suresi, 25. Ayet:
İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər (və ya bağlar) vardır. Həmin bağlardan onlara ruzi olaraq bir meyvə verilən zaman deyərlər: «Bu, əvvəldən (dünyada) bizim ruzimiz olmuş şeydir.» Və onların yanına bütün meyvələr (gözəllik və lətafət
baxımından)
bir-birinə oxşar gətirilər. Orada onlar üçün (aybaşı, xəstəlik və pis xasiyyətdən) pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar....
Bəqərə Suresi, 115. Ayet:
Şərq və qərb (yer kürəsi, eləcə də şərq və qərbi olan bütün planetlər) Allaha məxsusdur. Odur ki, (bütün dua və ibadətlərdə) hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır. Şübhəsiz Allah (vücud, qüdrət və rəhmət
baxımından)
geniş və biləndir....
Bəqərə Suresi, 136. Ayet:
(Ey möminlər) deyin: «Biz Allaha və bizə nazil olana, İbrahim, İsmail, İshaq, Yəqub və Əsbata (Yəqubun nəvələrinə) nazil olana, Musa və İsaya, eləcə də peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman gətirdik. Onların arasında (haqq olmaları və Allah tərəfindən seçilib göndərilmələri
baxımından)
heç bir fərq qoymuruq və biz Onun müqabilində təslim olanlarıq.»...
Bəqərə Suresi, 228. Ayet:
Talaq verilmiş qadınlar (aybaşıdan) üç paklıq müddətinə kimi gözləməlidirlər («iddə» saxlamalıdırlar, yəni üç dəfə aybaşı qanı görüb ondan təmizlənənə qədər gözləməlidirlər). Əgər Allaha və axirət gününə imanları varsa, Allahın onların bətnlərində yaratdığını (aybaşı qanını və ya övladı) gizlətmələri caiz deyildir (məsələn, üçüncü dəfə aybaşı olmasına baxmayaraq birinci ərinə qayıtmaq üçün onu inkar etməsi, yaxud üçüncü dəfə aybaşı olmamasına baxmayaraq əvvəlki ərinə qayıtmamaq üçün üç dəfə ayba...
Bəqərə Suresi, 247. Ayet:
Peyğəmbərləri onlara dedi: «Həqiqətən, Allah Talutu sizə hökmdar göndərdi.» Dedilər: «Hökmdarlığa biz ondan daha layiq olduğumuz və ona çoxlu var-dövlət verilmədiyi halda o bizə necə hökmranlıq edə bilər?!» (Peyğəmbərləri) dedi: «Şübhəsiz, Allah onu sizin üzəriniz(d)ə (hökmranlıq etmək üçün) seçib və ona artıq elm və cismani güc verib. Allah Öz hökmdarlıq və şahlığını istədiyi şəxsə verir. Allah (vücud, qüdrət və rəhmət
baxımından)
geniş və biləndir.»...
Bəqərə Suresi, 265. Ayet:
Mallarını Allahın razılığını qazanmaq və ruhlarını (iman və əməl
baxımından)
möhkəmləndirmək üçün xərcləyənlər yüksəklikdə yerləşən və leysanın yağması nəticəsində iki qat meyvə vermiş bağ kimidir. Ora leysan yağmasa da narın yağış yağıb (və o, otsuz qalmayıb). Allah əməllərinizi görəndir....
Bəqərə Suresi, 275. Ayet:
Sələm yeyən kəslərin (insanlar arasındakı) duruş və rəftarları şeytanın toxunaraq dəli etdiyi (davranışının tarazlığını pozduğu) kəsin rəftarı kimidir. Bu onların «şübhəsiz, alış-veriş də sələm kimidir» demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmi isə haram etmişdir. Buna görə də kimə Rəbbi tərəfindən bir nəsihət gəlsə və o (sələm yeməkdən) çəkinsə, keçənlər onundur (onun sələm hökmünün nazil olmasından qabaq götürdüyü qazanc özününküdür) və işi (axirət cəzası
baxımından)
Allaha ...
Bəqərə Suresi, 282. Ayet:
Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizə borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır. Katib onu Allahın ona öyrətdiyi kimi yazmaqdan əsla imtina etməməlidir. O yazmalı və boynunda haqq olan şəxs (borclu) imla etməli, Rəbbi olan Allahdan qorxmalı və haqqdan heç nəyi azaltmamalıdır. Əgər boynunda haqq olan şəxs səfeh ya (yaş
baxımından)
zəif olsa, ya (dilində olan qüsur səbəbindən) imla etməyə qadir olmasa, ...
Nisa Suresi, 6. Ayet:
Yetimləri evlənmək həddinə (hər bir insanın və heyvanın ruhi və cismi təkamülünün ilk mərhələsi olan cinsi yetkinlik həddinə) çatana qədər sınayın. Beləliklə, əgər onlarda (fikir və ağıl
baxımından)
bir inkişaf görsəniz, onların mallarını özlərinə qaytarın. Onu (onların mallarını) böyüyəcəklərinə (və mallarını sizdən geri almalarından qorxduğunuza) görə israfla və tələm-tələsik yeməyin. (Yetimlərin qəyyumlarından) ehtiyacı olmayan kəs (yetimin malına əl vurmaqdan) çəkinsin. Yoxsul olan isə (yeti...
Nisa Suresi, 34. Ayet:
Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə
baxımından)
digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması m...
Nisa Suresi, 97. Ayet:
Həqiqətən mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən (onlara) deyəcəklər: «(Din
baxımından)
nə (vəziyyət)də idiniz?». Deyəcəklər: «Biz yer üzündə (iman və əməl cəhətdən) zəif (vəziyyətdə saxlanılmış halda) idik». Mələklər deyəcəklər: «Məgər Allahın yeri geniş deyildi ki, orada (küfr mühitindən İslam mühitinə) hicrət edəydiniz?!» Odur ki, onların yerləri Cəhənnəmdir və ora çox pis bir dönüş yeridir....
Nisa Suresi, 108. Ayet:
Camaatdan gizlədirlər, Allahdan isə gizlətmirlər (həmin işin Allahdan gizli olmamasından qorxmurlar), halbuki Allah Onun razı olmadığı söz barəsində gecə araşdırma aparıb çarə fikirləşdikləri zaman (Peyğəmbərə(s) müsəlmanın xeyrinə hökm etməsini deməyi planlaşdırarkən) onlarla birgə idi. Allah həmişə onların etdiklərini (elm və qüdrət
baxımından)
əhatə etmişdir....
Nisa Suresi, 125. Ayet:
Kimin dini yaxşı əməl sahibi olub (şəriət
baxımından)
haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur....
Nisa Suresi, 126. Ayet:
(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması və nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə və istəyi ilə olduğu üçün) göylərdə və yerdə olanlar (onların özləri də daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət və elm
baxımından)
hər şeyi əhatə etmişdir....
Nisa Suresi, 150. Ayet:
Əlbəttə Allaha və Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları və onlara etiqad bəslənilməsi
baxımından)
ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən və onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər –...
Maidə Suresi, 54. Ayet:
Ey iman gətirənlər, sizdən kim öz dinindən dönsə (Allaha bir ziyan vurmaz), Allah tezliklə Özünün sevdiyi və Onu sevən bir dəstəni gətirər. (Onlar) möminlərin qarşısında ram və təvazökar, kafirlərin qarşısında isə qüdrətli və qalibdirlər, Allah yolunda cihad edir və heç bir tənə vuranın tənəsindən qorxmurlar. Bu (iman, məhəbbət və şücaət) Allahın lütfüdür ki, onu istədiyinə verir. Allah (vücud, qüdrət və rəhmət
baxımından)
geniş və biləndir....
Ənam Suresi, 38. Ayet:
Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi
baxımından)
sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar....
Ənam Suresi, 67. Ayet:
(Allahın verdiyi) hər bir xəbərin (cəza və ya mükafatlandırma vədinin zaman və məkan
baxımından)
gerçəkləşməsi üçün qərara alınmış bir vaxt vardır və tezliklə biləcəksiniz....
Ənam Suresi, 132. Ayet:
Hər bir (insan və cin, mömin və kafir, saleh və günahkar) kəs üçün etdiyi əməllərdən (əməlin özü, ruhun kamilliyi və axirət mənzilləri
baxımından)
dərəcələr vardır. Sənin Rəbbin onların etdiklərindən qafil deyildir....
Əraf Suresi, 95. Ayet:
Sonra o pislik və çətinliyin yerinə yaxşılıq və xoşluq gətirdik, nəhayət (mal və övlad
baxımından)
artdılar və (yenə də ayılmayaraq) «bizim atalarımıza da narahatlıq və rahatlıq üz vermişdi (bu, təbii bir işdir, pərdə arxasında bir səbəbkar yoxdur)» dedilər. Belə olduqda, özləri də bilmədən, qəflətən onları yaxaladıq....
Əraf Suresi, 180. Ayet:
(Mənalarının gözəlliyi və məfhumlarının ucalığı
baxımından)
ən gözəl adlar Allaha məxsusdur. Buna görə də Onu həmin adlarla çağırın və Onun adları barəsində doğru yoldan çıxanları (o adları bütlərə qoyanları, yaxud Allaha layiq olmayan şəkildə təfsir edənləri) boşlayın. Onlar tezliklə əməlləri ilə cəzalandırılacaqlar (danışıqlarının və əməllərinin əyani təzahürü onların cəzaları olacaqdır)....
Ənfal Suresi, 47. Ayet:
Öz evlərindən nemətdən sərxoş halda və özlərini camaata göstərmək üçün çıxan və (insanları) Allahın yolundan saxlayan kəslər (Əbu Cəhlin Bədrə tərəf gedən qoşunu) kimi olmayın. Allah (qüdrət və elm
baxımından)
onların etdiklərini əhatə etmişdir....
Ənfal Suresi, 67. Ayet:
(İlahi hökümətin qurulması və onun qalması
baxımından)
heç bir peyğəmbərə hökümətini yer üzündə qüvvətləndirib möhkəmləndirənə qədər (döyüş) əsirlərinin olması yaraşmaz və haqqı yoxdur (əksinə, düşmən döyüş əsnasında öldürülməlidir). Siz dünya malını (əsirləri satmaq və ya fidyə ilə azad etmək) istəyirsiniz, Allah isə axirəti istəyir. Allah yenilməz qüdrətli və hikmət sahibidir....
Ənfal Suresi, 75. Ayet:
Sonradan iman gətirən, hicrət edən və sizinlə birlikdə cihad edən kəslər (dostluq və dini qardaşlıq əlaqələri
baxımından)
sizdəndirlər. Allahın kitabında (Lövhi-Məhfuzda və bu kitabda yazılmış varislik hökmündə) qohumlar bir-birlərinə (başqalarından) daha haqlıdırlar (beləliklə, hicrətin əvvəlində mühacirlərlə ənsar arasında çıxarılmış varislik hökmü nəsx oldu). Həqiqətən Allah hər şeyi biləndir....
Tövbə Suresi, 31. Ayet:
Onlar öz alimlərini, rahiblərini və Məryəm oğlu Məsihi (əmrlərinə qeydsiz-şərtsiz itaət etmək
baxımından)
Allahın yerinə tanrılar götürdülər, halbuki onlara yalnız Ondan başqa bir məbud olmayan tək Allaha ibadət etmələri əmr olunmuşdu. O, qoşulan şəriklərdən pak (və uzaq)dır....
Tövbə Suresi, 71. Ayet:
Mömin kişilər və möminə qadınlar bir-birlərinin dost, yardımçı və başçılarıdırlar. (Bir-birlərinə ağıl və şəriət
baxımından)
yaxşı (hesab edilən) iş görməyi əmr edir və (ağıl və şəriət
baxımından)
pis (sayılan) işdən çəkindirirlər, namaz qılır, zəkat verir və Allah və Onun Peyğəmbərinə itaət edirlər. Allahın tezliklə Öz rəhmətinə şamil edəcəyi kəslər onlardır. Həqiqətən Allah yenilməz qüdrət sahibi və (yaradılış, qanunvericilik və cəzalandırmaqda) hikmətlidir....
Hud Suresi, 89. Ayet:
«Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan
baxımından)
sizdən o qədər də uzaq deyildir.»...
Yusif Suresi, 7. Ayet:
Həqiqətən Yusufda (onun özündə ruhunun əzəməti, insani keyfiyyətlərinin kamilliyi və peyğəmbərlik məqamı
baxımından)
və qardaşlarında (onunla qardaşlarının başına gələnlərdə) soruşanlar üçün (ibrət və hidayət) nişanələr(i) vardır....
Yusif Suresi, 8. Ayet:
O zaman (bir-birlərinə) dedilər: «Yusuf və (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini və mallarını qoruyan və onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi və övladları ilə rəftar
baxımından)
açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»...
Yusif Suresi, 77. Ayet:
(Qardaşlar) dedilər: «Əgər o oğurluq edibsə (bu, təccüblü deyil), keçmişdə onun bir qardaşı da oğurluq etmişdi». Belə olan halda Yusuf həmin sözü öz qəlbində gizlətdi və onlara bildirmədi (və öz-özlüyündə) dedi: «Siz səviyyəcə (insanlıq səviyyəsi
baxımından)
daha pissiniz (ki, əxlaqi tənəzzül və həsəd sifətiniz vardır). Allah sizin dediyiniz şeyi daha yaxşı bilir.»...
Rəd Suresi, 23. Ayet:
(Həmin o) əbədi Cənnətlər ki, onların özləri və atalarından, zövcələrindən və övladlarından (əqidə
baxımından)
layiq olanlar (əməlləri naqis olsa da, onlara görə) ora daxil olarlar. Və mələklər hər bir qapıdan onların yanına daxil olarlar....
İbrahim Suresi, 21. Ayet:
Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə
baxımından)
zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç...
İbrahim Suresi, 49. Ayet:
Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı
baxımından)
zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən....
Nəhl Suresi, 70. Ayet:
Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti
baxımından)
ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir....
Nəhl Suresi, 77. Ayet:
Göylərin və yerin qeybi (məxluqların zahiri hissiyyatlarından və fikir üfüqlərindən gizlin qalan şeylər) Allaha məxsusdur. Və Qiyamətin işi (onun bərpa edilməsi Allah yanında asanlıq və sürət
baxımından)
yalnız göz qırpımı kimi, yaxud ondan da az (bir vaxtda)dır. Həqiqətən Allah hər şeyə qadirdir....
İsra Suresi, 21. Ayet:
Bax gör (maddi və mənəvi nemətlər
baxımından)
onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür....
İsra Suresi, 35. Ayet:
Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl
baxımından)
xeyirdir və (cəmiyyətin etimadının qorunması
baxımından)
onun sonu və nəticəsi daha gözəldir....
İsra Suresi, 51. Ayet:
ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək
baxımından)
böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun.»...
İsra Suresi, 60. Ayet:
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən sənin Rəbbin insanları (elm və qüdrət
baxımından)
əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Qur’anda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır....
İsra Suresi, 88. Ayet:
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Qur’anın (kəlmə və məna
baxımından)
bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır).»...
Kəhf Suresi, 35. Ayet:
(Əqidə və əməlinin pisliyi
baxımından)
özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm.»...
Kəhf Suresi, 74. Ayet:
Beləliklə, hər ikisi yola düşdülər. Nəhayət elə ki, yeniyetmə bir oğlanla rastlaşdılar (Xızır görən kimi dərhal) onu öldürdü. Musa dedi: «Heç bir qətl törətmədiyi halda günahsız bir insanı öldürdün?! Doğrudan da (şəriət və ağıl
baxımından)
bəyənilməz bir iş gördün!»...
Kəhf Suresi, 81. Ayet:
Beləliklə, Rəbblərinin onlara paklıqda (ruhunun küfr və itaətsizlikdən pak olması
baxımından)
daha yaxşı və mərhəmət və mehribanlıqda daha yaxın (olan bir övlad) əvəz verməsini istədik....
Məryəm Suresi, 6. Ayet:
(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu (mənəvi kamilliklər
baxımından)
bəyənilən et!...
Məryəm Suresi, 92. Ayet:
Rəhman olan Allaha (nə ağıl, nə də şəriət
baxımından)
övlad götürmək yaraşmaz....
Ənbiya Suresi, 22. Ayet:
Əgər göylərdə və yerdə Allahdan başqa digər tanrılar olsaydı, şübhəsiz, (göylərin və yerin) hər ikisi (yaranmaq və qalmaq
baxımından)
xarab (zay) olardı. (Tədbirli, qüdrətli və müstəqil iradəyə malik bir neçə yaradanın olması yaradılışdan öncə ümumiyyətlə xilqətə mane olardı, belə tanrıların yaradılışdan sonra olması isə məxluqatın qalmasını pozardı.) Buna görə də ərşin sahibi olan (varlıq aləminə mütləq hakim olan) Allah (müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır....
Ənbiya Suresi, 47. Ayet:
Biz Qiyamət günü (əqidə, sifət və əməlləri ölçmək üçün) ədalətli ölçü və tərəzilər qoyacağıq. Beləliklə heç kəsə heç bir şəkildə zülm olunmayacaq və onların haqlarından kəsilməyəcək. Əgər (insanın əməli kiçiklik
baxımından)
xardal dənəsi ağırlığında olsa belə, onu (tərəziyə) gətirəcəyik. Bizim haqq-hesab çəkən olmağımız kifayətdir....
Ənbiya Suresi, 50. Ayet:
Nazil etdiyimiz bu (Qur’an bəşər cəmiyyəti üçün dünya və axirət
baxımından)
çox bərəkətli bir öyüd-nəsihətdir. Belə olan halda siz onu inkar edirsiniz?!...
Həcc Suresi, 17. Ayet:
Şübhəsiz, Allah Qiyamət günü (Muhəmmədə və onun kitabına) iman gətirənləri, yəhudiləri, sabiiləri, xaçpərəstləri, zərdüştiləri və müşrikləri (dinlərinin doğruluğu və ya səhvliyi və kimin mükafata, kimin cəzaya layiq olması
baxımından)
şübhəsiz bir-birindən ayıracaqdır. Həqiqətən Allah hər şeyə şahiddir....
Möminun Suresi, 9. Ayet:
Və o kəslər ki, namazlarını (tam və kamil olması
baxımından)
qoruyurlar....
Möminun Suresi, 45. Ayet:
Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat
baxımından)
aşkar dəlil-sübutla göndərdik....
Möminun Suresi, 71. Ayet:
Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək
baxımından)
pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək
baxımından)
fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gə...
Nur Suresi, 35. Ayet:
Allah göylərin və yerin nurudur (onları nurlandıran, onların əhalisini doğru yola yönəldən və onların işlərini idarə edəndir). Onun nurunun (din və kitabının) məsəli içində çox işıqlı bir çıraq olan çıraqqabı kimidir. Həmin çıraq şüşənin içindədir və o şüşə ulduz kimi parlaq və nurludur. O çıraq (məkan
baxımından)
nə (günəşin əsr çağı saçdığı) şərqə, nə də (sübh çağı saçdığı) qərbə məxsus olmayan (əksinə günəşin həmişə saçdığı bir məkanda olan) çox bərəkətli bir zeytun ağacından (onun yağı ilə) ...
Furqan Suresi, 2. Ayet:
O Allah ki, göylərin və yerin mülkiyyət və hakimiyyəti Ona məxsusdur, Özü üçün övlad götürməmişdir, mülkiyyət və hakimiyyətində heç bir şəriki olmamışdır, hər bir şeyi yaradıb və (onların) hər biri üçün (vücud, əlamətləri, həyatını davam etdirməsi və qarşılıqlı əlaqələr
baxımından)
öz halına münasib ölçü təyin etmişdir....
Şüəra Suresi, 9. Ayet:
Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə
baxımından)
yenilməz qüdrət və (möhlət vermə
baxımından)
mərhəmət sahibidir....
Nəml Suresi, 79. Ayet:
Belə isə, Allaha təvəkkül et. Sən, şübhəsiz (din, kitab və mərifətlər
baxımından)
açıq – aydın haqq yoldasan....
Qəsəs Suresi, 82. Ayet:
Dünən (mal-dövlət və məqam
baxımından)
onun (Qarunun) yerində olmağı arzu edənlər, elə hala düşdülər ki, deyirdilər: «Vay-vay, sən demə Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış! Doğrudan Allah bizə lütf etdi (və bizi Qarunun gününə salmadı), yoxsa bizi də torpağa batırardı. Vay-vay, sən demə kafirlər nicat tapmayacaqlarmış!»...
Ənkəbut Suresi, 41. Ayet:
Allahdan başqa (və Onun müqabilində) özlərinə hami və yardımçı qəbul edən kəslər (etimad etdikləri şeyin süstlüyü və mənfəətsizliyi
baxımından)
özünə yuva qurmuş hörümçəyə bənzərlər. Şübhəsiz, evlərin ən zəifi hörümçək yuvasıdır. Kaş biləydilər....
Loğman Suresi, 28. Ayet:
Sizin hamınızı yaratmaq və (öləndən sonra) diriltmək (ilk məxluqu yaratmağın asanlığı və Qiyamət günü insanları, əməlləri bir-birindən ayırmaq
baxımından)
yalnız bir nəfəri (yaratmaq və diriltmək) kimidir. Çünki Allah (hər şeyi) eşidən və görəndir (hamının danışığını eşidir, hamının xasiyyətini və əməllərini görür. Beləliklə Qiyamətdə Onun heç bir çətinliyi olmayacaqdır)....
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə özlərindən daha çox layiqdir (Peyğəmbərin onların can və mallarından istifadə etmək barədəki istəyi onların öz istəklərindən irəlidir) və onun zövcələri (onların ehtiramının saxlanması və onlarla evliliyin haram olması
baxımından)
onların (möminlərin) anaları (hökmündə)dir. Qohumlar (vərəsəlik məsələsində) bir-birlərinə Allahın kitabında (Lövhi-Məhfuzda, ya Qur’anda) möminlərdən və mühacirlərdən daha layiqdirlər, amma əgər (varis olmayanlara) öz dostlarınıza (mal vəsiyyət etm...
Səba Suresi, 45. Ayet:
Bunlardan əvvəlkilər də (öz peyğəmbərlərini) təkzib etmişdilər, halbuki bunlar (sayları, qüvvələri və ömürlərinin uzunluğu
baxımından)
onlara verdiklərimizin onda birinə belə yetişməmişdilər. Amma onlar da (peyğəmbərlik dəlilləri və kitabın sarsılmazlığı
baxımından)
bunlara verdiklərimizin onda birinə yetişməmişdilər; beləliklə onlar da Mənim peyğəmbərlərimi təkzib etdilər, belə isə (baxsınlar görsünlər ki,) Mənim onlara qarşı rəftarım necə oldu!...
Saffat Suresi, 30. Ayet:
«Bizim sizin üzərinizdə (küfr və iman
baxımından)
heç bir hökmranlığımız yox idi. Əslində siz özünüz tüğyankar bir dəstə idiniz.»...
Sad Suresi, 17. Ayet:
Onların dediklərinə səbr et və Davudu – Bizim (elm, cism və səltənət
baxımından)
güc və qüdrət sahibi olan bəndəmizi yadına sal. Çünki o, (Bizə tərəf) çox qayıdan idi....
Sad Suresi, 52. Ayet:
Yanlarında ərlərindən başqasına göz yummuş və (yaş, gözəllik, nur və kamal
baxımından)
bir-birinə bənzəyən zövcələr vardır....
Zümər Suresi, 23. Ayet:
Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi
baxımından)
bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqa...
Zümər Suresi, 29. Ayet:
Allah (müşrik və təkallahlı şəxs barəsində) məsəl çəkmişdir: Bir neçə pis xasiyyətli və müxtəlif istəkli ağanın şərik olduğu (və hər birinin onu öz göstərişinə tərəf çəkdiyi) bir qul kişi və (verdiyi əmrlərdə mane və şəriki olmayan) bir nəfərin qulu olan bir kişi. Heç bu ikisi (sifətləri və halları
baxımından)
bərabərdir? Şükr və tərif Allaha məxsusdur (və bu məsələnin həqiqət olması gizli deyil), lakin onların çoxu bilmirlər....
Zümər Suresi, 73. Ayet:
Rəbblərindən qorxanlar (isə) dəstə-dəstə cənnətə tərəf aparılarlar. Nəhayət ora çatanda onun qapıları (daxil olmaq üçün onların üzünə) açılar. Onun gözətçiləri onlara deyərlər: «Salam olsun sizə! (Həm cism, həm də ruh
baxımından)
pak oldunuz. Buna görə də əbədi məskunlaşmaq üçün ora daxil olun!»...
Mömin Suresi, 59. Ayet:
Qiyamət günü mütləq gələcəkdir (və əqli və nəqli dəlillər
baxımından)
onun baərsində bir şübhə yoxdur. Lakin insanların çoxu iman gətirmir....
Fussilət Suresi, 10. Ayet:
O, yer üzərində sabit və möhkəm dağlar qoydu və ona xeyir-bərəkət verdi və onun (insan, heyvan, bitki və sairədən ibarət varlıqlarının) azuqələrini (yaradılış təbiətləri ilə) istəyənlər üçün (azuqənin verilməsi
baxımından)
bərabər olan dörd gündə (dörd fəsildə) təyin etdi....
Fussilət Suresi, 54. Ayet:
Bil ki, onlar Rəbbləri ilə görüşəcəkləri barəsində şübhə və tərəddüd içərisindədirlər (ölümdən sonrakı həyata inanmırlar). Bil ki, Allah (elm, qüdrət və rəhmət
baxımından)
hər şeyi əhatə etmişdir....
Şura Suresi, 4. Ayet:
(Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri
baxımından)
uca və böyük Odur....
Şura Suresi, 8. Ayet:
Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl
baxımından)
tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları....
Şura Suresi, 41. Ayet:
Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət
baxımından)
əsla bir yol yoxdur....
Zuxruf Suresi, 32. Ayet:
Məgər sənin Rəbbinin (peyğəmbərlik, hidayət və cəmiyyətin tərbiyəsi kimi) mərhəmətini onlar bölüşdürürlər (ki, istədiklərinə versinlər)?! Dünya həyatında onların məişət vasitələrini aralarında Biz bölüşdürmüşük və (maddi və mənəvi kamilliklər
baxımından)
onların bəzilərini bəzilərindən bir neçə dərəcə üstün etmişik ki, bəziləri digər bəzilərini xidmətə götürsünlər (və nəticədə bəşər cəmiyyətinin daha kamil və layiqli idarə sistemi formalaşsın). Sənin Rəbbinin mərhəməti (peyğəmbərlik, ümumi vilay...
Zuxruf Suresi, 48. Ayet:
Biz onlara nə ayə və möcüzə göstərirdiksə o, (möcüzəlik və iddiaya dəlalət
baxımından)
bənzərindən daha böyük idi. Və onları (qıtlıq, tufan, milçək və sairə) əzab(lar)a düçar etdik ki, bəlkə (haqq yola) qayıdalar....
Zuxruf Suresi, 61. Ayet:
Həqiqətən o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi
baxımından)
Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə (Mənim din və kitabıma) tabe olun ki, doğru yol budur....
Duxan Suresi, 37. Ayet:
(Say və güc
baxımından)
onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər....
Casiyə Suresi, 4. Ayet:
Və həmçinin sizin özünüzün yaradılışınızda və (bütün aləmdə) yaydığı canlılarda (bədənlərinin və ruhlarının fərqliliyi və ruhlarının bədənlərlə əlaqəsi
baxımından)
yəqini olan bir dəstə üçün nişanələr vardır....
Əhqaf Suresi, 26. Ayet:
Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət və övlad
baxımından)
sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi. Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza etdikləri şey onları hər tərəfdən bürüdü....
Məhəmməd Suresi, 9. Ayet:
Bunun səbəbi onların Allahın nazil etdiyini (vəhy, Qur’an və dini) xoşlamamalarıdır. Beləliklə Allah onların əməllərini (dünyadakı təsirləri və axirət mükafatı
baxımından)
puç və batil etdi....
Fəth Suresi, 21. Ayet:
(Allah sizə hələ) əldə etmədiyiniz digər qənimətləri (vəd edib). Şübhəsiz, Allah (vücud, qüdrət və elm
baxımından)
onları əhatə etmişdir. Allah həmişə hər şeyə qadirdir....
Fəth Suresi, 28. Ayet:
(Məntiq və dəlil-sübut ilə və ya davamçılarının dünyaya hakim olmaları
baxımından)
bütün dinlərə qalib etmək üçün Öz peyğəmbərini hidayət (çırağı) və haqq dinlə göndərən Odur. (Bu məsələyə) şahidlik üçün Allah kifayətdir....
Qəmər Suresi, 43. Ayet:
Məgər sizin (Məkkə əhlinin) kafirləriniz (say, sərvət və güc
baxımından)
onlardan daha yaxşı və daha üstündürlər? Yoxsa (səmavi) kitablarda sizin üçün amannamə vardır?...
Qəmər Suresi, 49. Ayet:
Çünki həqiqətən Biz varlıq aləmindəki hər şeyi (zat, nişanələr, kəmiyyət, keyfiyyət və ömür
baxımından)
müəyyən ölçüdə və məhdud çərçivədə yaratmışıq (və əbədi od sizin daimi küfrünüzün aqibətidir)....
Qəmər Suresi, 50. Ayet:
Bizim (əşyaların yaradılışındakı) işimiz (asanlıq və sürət
baxımından)
bir göz qırpımı kimi olan qəti istəkdən başqa bir şey deyildir....
Rəhman Suresi, 20. Ayet:
(Qovuşma yerində) onların ikisinin arasında (geniş bir ərazini əhatə edən) məsafə vardır ki, (təsir
baxımından)
bir-birini üstələmirlər. [Yaxud: Yer üzündə olan şirin suların hamısı dənizin şor suyundan gəlib və bir daha ora qayıdacaqdır. Lakin onlar Allahın qüdrəti ilə bir-birinə təsir göstərmirlər.]...
Vaqiə Suresi, 32. Ayet:
Və (növ, rəng və xüsusiyyətləri
baxımından)
firavan meyvələr....
Vaqiə Suresi, 60. Ayet:
Sizin aranızda ölümü (onu doğuran səbəblər, müddət, tez və gec olması
baxımından)
müəyyənləşdirən Bizik və Biz istək və iradədə əsla məğlub olmuruq....
Hədid Suresi, 3. Ayet:
O, əvvəl və axır (hamıdan əvvəl olan və hamıdan sonra qalan, səbəblər silsiləsinin əvvəli, nəticələrin döndüyü axır və son), (əlamətləri və sifətlərinin təzahürü
baxımından)
aşkar və (zatının həqiqəti
baxımından)
gizlindir. O, hər şeyi biləndir....
Mümtahinə Suresi, 10. Ayet:
Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman
baxımından)
imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizd...
Təğabun Suresi, 3. Ayet:
O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu
baxımından)
gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir....
Talaq Suresi, 1. Ayet:
Ya Peyğəmbər, qadınlara təlaq vermək istədikdə, onlara «iddə» vaxtında təlaq verin (elə bir vaxtda ki, iddəyə başlamaq mümkün olsun, yəni heyzdən pak olduqları və ərləri ilə cinsi əlaqədə olmadıqları vaxt) və iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun; açıq-aşkar çirkin bir əməl etməyincə, (iddə zamanı) onları (yaşadıqları) evdən çıxarmayın və onlar da çıxmasınlar. Bunlar Allahın hüdudları və sərhədləridir. Kim Allahın hüdudlarından kənara çıxsa, həqiqətən, özünə zülm etmiş olar. Sən (ey...
Talaq Suresi, 3. Ayet:
Və ona güman etmədiyi bir yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, O ona kifayət edər; şübhəsiz, Allah Öz əmrini çatdıran və iradəsini həyata keçirəndir; həqiqətən, Allah (varlıq aləmində mahiyyət, kəmiyyət, keyfiyyət, varlıq əlamətləri, ömür müddəti
baxımından)
hər bir şey üçün müəyyən bir ölçü qoymuşdur....
Mülk Suresi, 3. Ayet:
Yeddi göyü təbəqələrlə (bir – birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik
baxımından)
əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?...
Qələm Suresi, 35. Ayet:
Belə isə, məgər Biz təslim olanları (axirət mükafatı
baxımından)
günahkarlarla bərabər tutarıqmı?!...
Mürsəlat Suresi, 23. Ayet:
Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac
baxımından)
ölçdük. Nə gözəl ölçənlərik Biz....
Naziat Suresi, 28. Ayet:
Tavanını ucaltdı və (yaradılışını, zatının mahiyyəti, planetləri və onların düz və dairəvi hərəkətləri
baxımından)
nizama saldı....
İnfitar Suresi, 8. Ayet:
İstədiyi şəkildə (üzvlərin xüsusiyyətləri və bütünlüyü
baxımından)
sənə quruluş verdi....
Bürüc Suresi, 20. Ayet:
(Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət
baxımından)
əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)...
Əla Suresi, 3. Ayet:
Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət
baxımından)
bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi....
Əsr Suresi, 2. Ayet:
Şübhəsiz, insan, (ömrünün azalması, puç olması və nəfsi istəklərinin və Şeytanın ona qalib gəlməsi
baxımından)
ziyan içindədir,...
Ali-İmran Suresi, 59. Ayet:
Şübhəsiz ki, Allah qatında (yaradılış
baxımından)
İsa da Adəm kimidir. Onu torpaqdan yaratdı. Sonra ona “ol” dedi. O da dərhal oldu....
Həcc Suresi, 5. Ayet:
Ey insanlar! Əgər siz ölümdən sonrakı diriliş barəsində bir şübhə içindəsinizsə, (düşünün ki,) əslində biz sizi torpaqdan, sonra azacıq sudan (mənidən), sonra bir ələqədən, sonra da tam şəklə salınmamış bir mudğadan yaratdıq ki, sizə (qüdrətimizi) açıq-aydın bəyan edək. İstədiyimizi müəyyən bir müddətə qədər rəhimlərdə saxlayırıq. Sonra sizi bir uşaq olaraq çıxarır, sonra isə (ağıl və qüvvət
baxımından)
tam yetkinliyə çatmağınız üçün (sizi kamala yetiririk). Aranızdan ölənlər olur. Yenə aranızda...
Vaqiə Suresi, 10. Ayet:
(İman və əməl
baxımından)
önə keçənlər isə (axirətdə də) önə keçənlərdir....