Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 279. Ayet:
Əgər (
belə)
etməsəniz, bilin ki, Allah və Peyğəmbəri tərəfindən sizə qarşı müharibə elan edilmişdir. Əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Siz nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız....
Bəqərə Suresi, 282. Ayet:
Ey iman gətirənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini ...
Maidə Suresi, 116. Ayet:
Allah (axirətdə): “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa peyğəmbər
belə)
deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən....
Taha Suresi, 15. Ayet:
Qiyamət mütləq gələcək! Hər kəs etdiklərinin əvəzini alsın deyə az qalsın onu (Özümdən
belə)
gizlədirəm....
Ənam Suresi, 110. Ayet:
(Möcüzə gəlsə
belə)
daha əvvəl ona iman gətirmədikləri kimi, yenə onların qəlblərini və gözlərini tərsinə çevirərik və onları, öz azğınlıqları içində çaşqın bir vəziyyətdə qoyarıq....
Əraf Suresi, 129. Ayet:
(Musaya iman gətirənlər) dedilər: “Sən bizə peyğəmbər gəlməmişdən əvvəl də, sonra da biz əziyyət çəkdik!” (Musa onlara
belə)
cavab verdi: “Bəlkə də, Rəbbiniz düşməninizi məhv edib sizi yer üzünün varisləri edəcək, sonra isə nə etdiyinizə (özünüzü necə apardığınıza) baxacaq!”...
Əraf Suresi, 138. Ayet:
Biz İsrail oğullarını dənizdən keçirtdik, (sonra) onlar öz bütlərinə tapınan bir tayfaya uğradılar. (İsrail oğulları) dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!” (Musa
belə)
cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!...
Əraf Suresi, 148. Ayet:
(Tur dağına gedən) Musanın ardınca tayfası öz bəzək-düzək şeylərindən (canlıymış kimi) böyürtüsü olan bir buzov heykəli düzəltdilər. Məgər (buzovun) onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədilərmi? (Bununla
belə)
ona (buzova) tapınıb (özlərinə) zülm eləyən oldular....
Bəqərə Suresi, 98. Ayet:
Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (
belə)
kafirlərə düşməndir....
Tövbə Suresi, 94. Ayet:
(Döyüşdən geri dönüb) yanlarına qayıtdığınız zaman onlar sizdən üzr istəyərlər. (Onlara) belə de: “(Əbəs yerə) üzr istəməyin, onsuzda sizə inanmayacağıq. Allah əhvalınızdan bizi xəbərdar etmişdir. (Bundan
belə)
əməlinizi Allah da görəcək, Onun Peyğəmbəri də”. Sonra qeybi və aşkarı bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir!...
Maidə Suresi, 83. Ayet:
Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar (
belə)
deyirlər: “Ey Rəbbimiz! Biz iman gətirdik, bizi (haqqa) şahid olanlarla bir yerə yaz!...
Ali-İmran Suresi, 76. Ayet:
Xeyr (elə deyildir). Hər kəs öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (
belə)
müttəqiləri sevər....
Nisa Suresi, 37. Ayet:
O kəslər ki, özləri xəsislik etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın öz lütfündən bəxş etdiyi nemətləri gizlədirlər (mütləq cəzalarına çatacaqlar). Biz (
belə)
kafirlər üçün alçaldıcı əzab hazırlamışıq!...
Yusif Suresi, 44. Ayet:
Onlar: “(Bu gördüklərin) qarmaqarışıq yuxulardır. Biz (
belə)
yuxuların yozumunu bilmirik!” – deyə cavab verdilər....
Zuxruf Suresi, 52. Ayet:
Yaxud mən (dili dolaşdığı, kəkələdiyi üçün) az qala (sözünü
belə)
aydın deyə bilməyən bir zavallı (aciz) kimsədən daha yaxşı (daha üstün) deyiləmmi?!...
Mümtahinə Suresi, 10. Ayet:
Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır. Onların (kafirlərin həmin qadınlara) xərclədiklərini (mehri) özlərinə qaytarıb verin. Bunların (bu qadınların) mehrlərini özlərinə verdi...
Casiyə Suresi, 34. Ayet:
(Onlara
belə)
deyiləcəkdir: “Siz bu gününüzə qovuşacağınızı (dünyada) unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq (əbədi əzab içində buraxacağıq). Sizin məskəniniz Cəhənnəmdir. Sizə (Allahın əzabından qurtarmağa) kömək edənlər də olmayacaqdır!...
Bəqərə Suresi, 124. Ayet:
İbrahimi Rəbbi kəlmələrlə imtahan etmişdi. Nəhayət (imtahan) tamamlandıqda (Allah
belə)
buyurdu: ‘Şübhəsiz ki, Mən səni insanlara imam təyin edəcəyəm.’ (İbrahim ə.s): ‘Mənim nəslimdən də (imamlar təyin et).’ deyincə, (Allah): ‘Mənim əhdimə (imamlıq və öndərlik rəhmətimə, sənin nəslindən olan) zalımlar nail ola bilməz.’ buyurdu....
Ali-İmran Suresi, 124. Ayet:
O zaman möminlərə (
belə)
deyirdin: ‘Rəbbinizin üç min mələk endirərək sizə kömək etməsi kifayət etməzmi?’...
Ali-İmran Suresi, 136. Ayet:
Onların mükafatları Rəblərindən məğfirət və altlarından çaylar axan, içlərində daimi qalacaqları cənnətlərdir. (
Belə)
əməl edənlərin mükafatları nə gözəl!...
Nisa Suresi, 49. Ayet:
Öz nəfslərini təmizə çıxaranları (islah etdiyini söyləyənləri) görmədinmi? Xeyr (elə deyil). Ancaq Allah dilədiyi kimsənin nəfsini islah edər (təmizə çıxarar). Onlara xurma çəyirdəyinin nazik teli qədər (
belə)
zülm edilməz....
Nisa Suresi, 77. Ayet:
Sən özlərinə: ‘Əllərinizi (savaşdan) çəkin, namazı qılın və zəkatı verin.’ deyilən kəsləri görmədinmi? Halbuki onların üzərinə savaş yazıldığı (fərz qılındığı) zaman onlardan bir qismi (düşmənləri olan) insanlardan Allahdan qorxmuş kimi və ya daha da çox qorxarlar və: ‘Rəbbimiz, nə üçün üzərimizə savaşı fərz qıldın, bizə yaxın bir zamana qədər möhlət versən, olmazdımı?’ dedilər. De ki: ‘Dünya mənfəəti azdır və axirət isə təqva sahibi olan kəslər üçün daha xeyirlidir. Sizə zərrə qədər (xurma çəyi...
Maidə Suresi, 41. Ayet:
Ey Rəsul! Ağızlarıyla iman etdik deyib, qəlbləri iman etməyənlərdən küfrdə yarışanlar səni üzməsin. Yəhudilərdən dinləyənlərin bir qismi sənin yanına gəlməyən başqa bir camaata yalan danışmaq üçün dinləyənlərdir. Kəlmələrin yerlərini sonradan dəyişdirərək: ‘Əgər sizə bu verilsə, o zaman onu alın, əgər (
belə)
verilməzsə, o təqdirdə çəkinin.’ deyərlər. Allah kimin fitnə içində qalmasını dilərsə, artıq sən onun üçün Allahdan gələn bir şeyə əsla mane olacaq deyilsən. Onlar elə kəslərdir ki, Allah on...
Əraf Suresi, 28. Ayet:
Çirkin bir iş etdikləri zaman: ‘Atalarımızdan belə gördük və Allah onu bizə əmr etdi.’ dedilər. (Onlara
belə)
de: ‘Şübhəsiz ki, Allah fuhşu (pisliyi, çirkinliyi) əmr etməz. Allaha qarşı bilmədiyiniz bir şeyimi söyləyirsiniz?’...
Əraf Suresi, 106. Ayet:
(Firon
belə)
dedi: ‘Əgər bir ayə (möcüzə) gətirdinsə, doğru söyləyənlərdənsənsə, onu gətir.’...
Tövbə Suresi, 86. Ayet:
Allaha amənu olmaq (Allaha təslim olmağı diləmək) və Onun Rəsulu ilə birgə cihad etmək üçün bir surə endirildiyi zaman onlardan sərvət sahibləri səndən icazə istədilər. (
Belə)
dedilər: ‘Bizi burax, evdə oturanlarla birlikdə olaq.’...
Hud Suresi, 7. Ayet:
‘Hansınız ən gözəl əməli işləyəcək?’ deyə sizi imtahan etmək üçün səmaları və yer üzünü 6 gündə yaradan Odur. Onun ərşi su üzərində idi. Əgər sən: ‘Şübhəsiz ki, siz ölümdən sonra bəas ediləcəksiniz (dirildiləcəksiniz).’ desən kafir olan kəslər mütləq (
belə)
deyərlər: ‘Bu ancaq açıq-aşkar bir sehrdir.’...
Hud Suresi, 27. Ayet:
O zaman qövmünün inkar edən öndərləri (
belə)
dedi: ‘Biz səni özümüz kimi bir bəşər görürük və bizdən aşağı səviyyədə olan bəsit görüş sahibi (kasıb, zəif, aciz) kəslərdən başqasının da sənə tabe olduğunu və sizin bizdən bir üstünlüyünüzü də görmürük. Əksinə sizləri yalançı zənn edirik.’...
Hud Suresi, 38. Ayet:
O, gəmini düzəldərkən, qövmünün öndərləri hər dəfə onun yanına uğradıqları zaman onunla istehza etdilər. (Nuh (ə.s)
belə)
dedi: ‘Əgər bizimlə istehza edirsinizsə sonra da şübhəsiz ki, biz sizin istehza etdiyiniz kimi sizinlə istehza edəcəyik.’...
Hud Suresi, 43. Ayet:
(Nuhun (ə.s) oğlu
belə)
dedi: ‘Məni sudan qoruyacaq bir dağa sığınacam.’ Nuh (ə.s): ‘Bu gün Allahın əmrindən qoruyan bir qoruyucu yoxdur. (Allahın) rəhmət etdiyi kəslər xaric.’ dedi. İkisinin arasına dalğalar girdi və beləcə o, boğulanlardan oldu....
Hud Suresi, 45. Ayet:
Nuh (ə.s) Rəbbinə səsləndi. Sonra (
belə)
dedi: ‘Rəbbim! Şübhəsiz ki, oğlum mənim ailəmdəndir. Şübhəsiz ki, Sənin vədin haqdır və Sən hökm verənlərin ən yaxşı hökm verənisən.’...
Hud Suresi, 48. Ayet:
(
Belə)
deyildi: ‘Ey Nuh, sənə və səninlə birlikdə olan ümmətlərə Bizdən bir salamatlıq və bərəkətlərlə en! (Bəzi) ümmətlər (olacaq ki), onları mətalandıracağıq (faydalandıracağıq). Sonra onlara Bizdən əlim (ağrılı-acılı) əzab toxunacaq.’...
Hud Suresi, 50. Ayet:
Ad qövmünə onların qardaşı Hud (ə.s) (
belə)
dedi: ‘Ey qövmüm, Allaha qul olun! Sizin Ondan (Allahdan) başqa İlahınız yoxdur. Siz ancaq iftira atanlarsınız (uyduranlarsınız).’...
Hud Suresi, 54. Ayet:
Biz ancaq belə deyərik: ‘Bizim bəzi ilahlarımız, səni bəlaya düçar etdi (çarpdı)’. (Onlara
belə)
dedi: ‘Mən Allahı şahid tuturam. Sizin şirk qoşduğunuz şeylərdən mənim şübhəsiz ki, uzaq olduğuma şahidlik edin!’...
Hud Suresi, 65. Ayet:
Buna baxmayaraq onu kəsdilər. Bunun üzərinə (Saleh (ə.s)
belə)
dedi: ‘Yurdunuzda üç gün daha faydalanın. Bu yalanlanması (təkzib edilməsi) olmayan bir vəddir.’...
Hud Suresi, 80. Ayet:
(Lut (ə.s)
belə)
dedi: ‘Kaş ki sizə qarşı mənim bir qüvvətim olsaydı və ya mən qüvvətli bir tərəfdara (möhkəm bir yerə) sığınsaydım.’...
Hud Suresi, 81. Ayet:
(Rəsullar
belə)
dedilər: ‘Ey Lut! Şübhəsiz ki, biz sənin Rəbbinin rəsullarıyıq (elçiləriyik). Onlar sənə əsla yetişə bilməzlər. Dərhal gecənin bir vaxtında zövcən xaric, ailən ilə gecə çıx get. Sizdən heç kim geri dönüb baxmasın. Çünki, onların başına gələn müsibət onun da başına gələcək. Şübhəsiz ki, onlara vəd edilən vaxt səhər vaxtıdır. Səhər vaxtı yaxın deyilmi?’...
Hud Suresi, 88. Ayet:
(Şuayb
belə)
dedi: ‘Əgər mən Rəbbimdən bir dəlil üzərindəyəmsə və məni özündən gözəl bir ruzilə ruziləndirdisə rəyiniz bumu? Sizi ondan yasaq etdiyim şeydə sizə qarşı çıxmaq istəmirəm. Yalnız gücümün çatdığı qədər islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim ancaq Allah ilədir. Mən Ona təvəkkül etdim və Ona yönəldim.’...
Yusif Suresi, 18. Ayet:
Üzərində saxta qan ləkəsi olan köynəyi gətirdilər. (Atası
belə)
dedi: ‘Xeyr. Sizi nəfsiniz bir işə sövq etmişdir. Artıq bundan sonrası (mənim üzərimə düşən yalnız) gözəl bir səbirdir. Sizin anlatdığınız şeyə qarşı istianə (yardım) istəniləcək olan yalnız Allahdır.’...
Yusif Suresi, 26. Ayet:
(Yusif
belə)
dedi: ‘O mənimlə yaxınlıq etmək istədi.’ Onun (qadının) ailəsindən bir şahid şahidlik etdi. ‘Əgər onun köynəyi öndən cırılmış isə o təqdirdə, o (qadın) doğru söyləmişdir və o (kişi) yalançılardandır.’...
Yusif Suresi, 45. Ayet:
O ikisindən qurtulmuş olan (unutduğunu) xatırladı və (
belə)
dedi: ‘Mən sizə bir müddət sonra onun təvilini (yozumunu) bildirəcəm. Dərhal məni göndərin.’...
Yusif Suresi, 64. Ayet:
(Yaqub (ə.s)
belə)
dedi: ‘Ancaq daha əvvəl onun qardaşını sizə etibar etdiyim kimi onu sizə etibar edə bilərəmmi? Lakin Allah qoruyucuların ən xeyirlisidir və O, rəhmət edənlərin ən çox rəhmət edənidir.’...
Hicr Suresi, 34. Ayet:
(Allahu Təala
belə)
buyurdu: ‘Dərhal oradan çıx! Şübhəsiz ki, sən bu səbəblə qovuldun.’...
Hicr Suresi, 39. Ayet:
(İblis
belə)
dedi: ‘Rəbbim, məni azdırdığına görə onlara mütləq yer üzündə (azğınlığı) gözəl göstərəcəm və mütləq onların hamısını azdıracam.’...
Hicr Suresi, 62. Ayet:
(Lut (ə.s)
belə)
dedi: ‘Şübhəsiz ki, siz tanış olmayan bir qövmsünüz (yad kimsələrsiniz).’...
Kəhf Suresi, 62. Ayet:
(Görüş yerini) keçdikdən sonra (Musa ə.s) gənc yoldaşına (
belə)
dedi: ‘Səhər yeməyimizi gətir. And olsun ki, bu səfərimiz səbəbiylə yorğunluğa məruz qaldıq.’...
Kəhf Suresi, 63. Ayet:
(Gənc
belə)
dedi: ‘Gördünmü, qayaya sığındığımız zaman mən balığı unutdum. Onu deməyi mənə şeytan unutdurdu. O (balıq), əcaib bir şəkildə dənizin içinə doğru öz yolunu tutdu.’...
Kəhf Suresi, 72. Ayet:
(Xızır ə.s
belə)
dedi: ‘Şübhəsiz ki, sən mənimlə birlikdə səbir edə bilməzsən, demədimmi?’...
Kəhf Suresi, 75. Ayet:
(Xızır ə.s
belə)
dedi: ‘Sənə demədimmi ki ‘şübhəsiz ki, sən mənimlə birlikdə səbirli olmağa əsla güc çatdıra bilməzsən.'?’...
Kəhf Suresi, 86. Ayet:
Günəşin batdığı yerə çatdığı zaman, onu palçıqlı bir çeşmədə batarkən gördü. Onun yanında bir qövmə rast gəldi. (Ona
belə)
dedik: ‘Ey Zülqərneyn! Diləsən onlara əzab edərsən, diləsən onlarla gözəl rəftar edərsən.’...
Məryəm Suresi, 8. Ayet:
(Zəkəriyya (ə.s)
belə)
dedi: ‘Rəbbim, mənim necə bir oğlum ola bilər? Mənim qadınım da sonsuz oldu. Mən də qocalığın son həddinə çatdım.’...
Məryəm Suresi, 10. Ayet:
(Zəkəriya ə.s): ‘Rəbbim, mənə bir işarə ver.’ dedi. (Allahu Təala
belə)
dedi: ‘Sənin işarən odur ki, sağlam olduğun halda üç gecə insanlarla danışa bilməyəcəksən.’...
Məryəm Suresi, 18. Ayet:
(Hz. Məryəm
belə)
dedi: ‘Şübhəsiz ki, mən səndən Rəhmana sığınıram, əgər sən təqva sahibisənsə (mənə bir zərərin toxunmaz).’...
Məryəm Suresi, 46. Ayet:
(İbrahimin (ə.s) atası
belə)
dedi: ‘Ey İbrahim! Sən mənim ilahlarıma rəğbət etmirsənmi? Əgər sən (bundan) əl çəkməzsənsə, mütləq səni daşqalaq edəcəm. Uzun müddət məndən uzaqlaş.’...
Taha Suresi, 40. Ayet:
Bacın (səni izləyərək) gedirdi. (Səni saraya götürdükləri zaman onlara
belə)
deyirdi: ‘Sizə onun qayğısına qalacaq (əmizdirib baxacaq) birini göstərimmi? Beləcə səni anana geri qaytardıq. Onun gözü aydın olsun və qəmgin olmasın deyə. Sən birini öldürmüşdün. O zaman da səni kədərdən qurtarmışdıq. Səni sınaqlarla imtahan etdik. Beləcə Mədyən xalqı içində illərlə qaldın. Sonra qədərin gərəyincə (müəyyən edilən zamanda bura) gəldin, ey Musa!’...
Taha Suresi, 49. Ayet:
(Firon
belə)
dedi: ‘Elə isə ikinizin Rəbbi kimdir, ey Musa?’...
Taha Suresi, 117. Ayet:
Bunun üzərinə (Adəmə
belə)
dedik: ‘Ey Adəm! Şübhəsiz ki, bu (şeytan), sən və zövcən üçün düşməndir. (Ehtiyatlı olun ki) sizin ikinizi də cənnətdən çıxartmasın. O zaman şaki (bədbəxt) olarsınız.’...
Taha Suresi, 123. Ayet:
(Allahu Təala
belə)
dedi: ‘İkiniz oradan (aşağı) enin! Hamınız (şeytan və siz) bir-birinizə düşmən olaraq. Bundan sonra Məndən sizə mütləq hidayət gələcək. O zaman kim hidayətimə tabe olsa artıq o, dəlalətdə qalmaz və şaki (bədbəxt) olmaz.’...
Taha Suresi, 125. Ayet:
(Qiyamət günü
belə)
dedi: ‘Rəbbim, məni nə üçün kor olaraq həşr etdin? Halbuki mən (dünyada) görürdüm.’...
Ənbiya Suresi, 4. Ayet:
(O
belə)
dedi: ‘Mənim Rəbbim səmadakı və yerdəki sözü bilər. O, eşidəndir, biləndir.’...
Nəml Suresi, 67. Ayet:
Kafirlər (
belə)
dedilər: ‘Atalarımız və biz torpaq olduqdan sonramı? Həqiqətən biz, mütləq (torpaqdan) çıxarılacağıqmı?’...
Saffat Suresi, 154. Ayet:
Sizə nə olub? Necə (
belə)
hökm verirsiniz?...
Saffat Suresi, 167. Ayet:
Onlar mütləq yalnız (
belə)
deyirdilər....
Zümər Suresi, 50. Ayet:
Onlardan əvvəlkilər də (
belə)
söyləmişdi. Lakin qazandıqları şeylər onlara bir fayda vermədi....
Səff Suresi, 5. Ayet:
Hz. Musa qövmünə belə demişdi: ‘Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün Allahın Rəsuluyam, (
belə)
olduğumu bildiyiniz halda nə üçün mənə əziyyət edirsiniz?’ Artıq onlar (Haqqdan) dönüncə, Allah da onların qəlblərini döndərdi. Allah fasiqlər qövmünü hidayətə ərdirməz....
Əraf Suresi, 22. Ayet:
Beləliklə, (şeytan) onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət (ağaclarının) yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara (
belə)
müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”...
Əraf Suresi, 43. Ayet:
Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların (ayaqları) altından çaylar axacaq. Onlar deyəcəklər: “Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər”. Onlara (
belə)
xitab ediləcəkdir: “Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!”...
Bəqərə Suresi, 127. Ayet:
O zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini qaldırarkən (
belə)
(dua etdilər): “Ey Rəbbimiz! (bunu )bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!...
Yunus Suresi, 5. Ayet:
Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara (
belə)
izah edir....
Maidə Suresi, 27. Ayet:
Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcə-yəm!” (Qardaşı da ona
belə)
demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!...
Maidə Suresi, 67. Ayet:
Ey Elçi! Rəbbindən sənə nazil ediləni təbliğ et! Əgər (
belə)
etməsən, Onun göstərişini (sənə tapşırdığı elçilik vəzifə-sini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyar. Şübhəsiz ki, Allah kafir tayfanı doğru yola yönəltməz....
Ali-İmran Suresi, 156. Ayet:
Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə (
belə)
etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür....
Nisa Suresi, 11. Ayet:
Allah övladlarınız haqqında sizə (
belə)
tövsiyə edir; kişiyə, iki qadının payı qədər (pay) düşür. Əgər (övladların hamısı) ikidən artıq sayda qadındırlarsa, (vəfat edənin) qoyub getdiyi (malın) üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. Əgər (ölənin) övladı varsa, onun valideyn-lərinin hər birinə qoyub getdiyi (malının) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də (ancaq )valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düş...
Nəml Suresi, 92. Ayet:
və Quran oxuyum!” Kim doğru yolda olsa, yalnız özü üçün doğru yolda olmuş olar. (Haqq yoldan) azana isə (
belə)
de: “Mən ancaq xəbərdar edənlərdənəm!”...
Yusif Suresi, 44. Ayet:
Onlar dedilər: “(Bunlar) qarmaqarışıq yuxulardır. Biz (
belə)
yuxuların yozumunu bilmirik”....
Yusif Suresi, 60. Ayet:
Əgər onu yanıma gətirməsəniz, mənim yanımda sizin üçün (bir qab
belə)
ərzaq verilməyəcək, özünüz də mənə yaxınlaşmayın”....
Rəd Suresi, 2. Ayet:
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (
belə)
izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız....
Duxan Suresi, 26. Ayet:
(Ha
belə)
əkinlər, möhtəşəm yerlər...
Qələm Suresi, 26. Ayet:
(Bağı) görəndə isə (
belə)
dedilər: “Deyəsən, biz düz gəlməmişik!...
Əbəsə Suresi, 28. Ayet:
(Ha
belə)
üzüm və yonca,...
Fəcr Suresi, 9. Ayet:
(Ha
belə)
vadidə qayaları yonan Səmud (qövmünə)?...
Haqqə Suresi, 12. Ayet:
Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (
belə)
etdik....
Bəqərə Suresi, 85. Ayet:
(Lakin) yenə elə bir-birinizi öldürən, özünüzdən olan bir dəstəni onlara qarşı bir-birinizə günah və itaətsizlik üzündən kömək etməklə öz yurdlarından (qovub) çıxaran və (bununla
belə)
onlar əsir halında sizin yanınıza gələndə fidyə verərək onları azad edən də elə sizsiniz, halbuki onları (müharibəyə) çıxartmaq sizə (elə əvvəldən) haram idi. Deməli siz kitabın (Tövratın hökmlərinin) bir hissəsinə iman gətirib, digər bir hissəsinə kafir olursunuz?! (Müharibə etmək və qovub-çıxarmağın haram olması...
Nisa Suresi, 101. Ayet:
Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa
belə)
səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər....
Nisa Suresi, 111. Ayet:
Kim bir günah qazansa, əslində (hətta maddi fayda və ləzzətləri olmuş olsa
belə)
öz ziyanına qazanır. Allah həmişə bilən və hikmətlidir....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa
belə)
aralarında bir növ sülh və barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq və gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz və təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır....
Maidə Suresi, 32. Ayet:
Bu səbəbdən (belə bir faciə baş verdiyi üçün) İsrail övladlarına (və tarix boyu olacaq bütün millətlərə
belə)
yazdıq və qərara aldıq ki, kim can qisası (haqqına malik) olmadan və ya yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürsə (ya İslamdan küfrə aparsa), sanki bütün insanları öldürmüşdür (və azdırmışdır və o, günahsızların qatillərinə məxsus Cəhənnəmdə olacaqdır) və kim bir insana həyat bəxş etsə (ölümdən nicat versə, yaxud küfrdən İslama gətirsə), sanki bütün insanları diriltmiş (və hid...
Maidə Suresi, 45. Ayet:
Biz o kitabda onlar üçün (
belə)
qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!...
Ənam Suresi, 35. Ayet:
Əgər onların (sənin dəvətindən) üz döndərmələri sənə çətin və ağırdırsa, yerdə bir dəlik açıb, yaxud göyə (daxil ola bilmək üçün) bir nərdivan axtarıb onlar üçün (yerin və göyün dərinliklərindən başqa) bir nişanə və möcüzə gətirə bilsən (et bunu)! Əgər Allah istəsəydi, onların hamısını (məcbur surətdə, hətta iradə məcburiyyəti ilə olsa
belə)
hidayət yoluna toplayardı (lakin məcburi hidayətin təsiri yoxdur). Odur ki, əsla nadanlardan olma....
Əraf Suresi, 22. Ayet:
Beləliklə, onları aldadaraq hiylə-kələklə (məqamlarından) endirdi. Elə ki, həmin ağacdan daddılar, ayıb yerləri onlara aşkar oldu və onlar həmin Cənnətin ağaclarının yarpaqlarını özlərinə yapışdırmağa başladılar. Rəbbləri onlara (
belə)
nida etdi: «Məgər Mən sizə bu ağacı qadağan etməmişdim və sizə deməmişdimmi ki, həqiqətən Şeytan sizin açıq-aşkar düşməninizdir?!»...
Əraf Suresi, 134. Ayet:
Və onlara (hər dəfə) əzab nazil olanda, (
belə)
deyirdilər: «Ey Musa, səninlə olan əhd-peymanına (nübuvvət, yaxud duanın qəbul olunması əhd-peymanına) xatir bizim üçün Rəbbini çağır ki, əgər bu əzabı (filan müddətədək) bizdən götürsən, sənə mütləq iman gətirəcək və İsrail övladlarını səninlə göndərəcəyik»....
Əraf Suresi, 161. Ayet:
Və (yada sal) o zaman(ı) ki, onlara (
belə)
deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq.» (Bəqərə surəsinin 58-ci ayəsinə mürəciət edin)....
Ənfal Suresi, 23. Ayet:
Əgər Allah onlarda bir xeyir bilsəydi (əgər onların haqqı qəbul edən gözəl batinləri olsaydı), onlara (hətta peyğəmbərlər vasitəsi ilə təbliği təkrar etməklə olsaydı
belə)
mütləq eşitdirərdi. Əgər (indiki halda) onlara eşitdirsə, onlar (elə qəlbən də) dönük olduqları halda mütləq üz döndərərlər....
Tövbə Suresi, 58. Ayet:
Onların bəzisi sədəqələr(in bölünməsi) barəsində sənə irad tuturlar. Əgər ondan onlara verilsə razı qalar və əgər verilməsə (hətta haqları olmasa
belə)
, qəfildən qəzəblənərlər....
Tövbə Suresi, 110. Ayet:
(Küfr və nifaq üzündən) tikdikləri o bina (hətta dağılsa
belə)
həmişə – (onlar ölməyincə və) ürəkləri parça-parça olmayınca onların qəlblərində bir şəkk və tərəddüd və nifaqın artması amilidir. Allah bilən və hikmət sahibidir....
Tövbə Suresi, 126. Ayet:
Məgər hər il (müharibə və ya digər hadisələrlə) bir-iki dəfə imtahan olunduqlarını görmürlər? Amma (bununla
belə)
, nə tövbə edirlər və nə də ibrət alırlar....
Rəd Suresi, 33. Ayet:
Belə isə, məgər hər bir cana hakim olan və onun əməlinə nəzarət edən kəs (cansız bütlər kimidir? Bununla
belə)
onlar Allaha şəriklər qoşublar. De: «Onları (sifətləri ilə) adlandırın (deyin ki, onlar diri, yaradan, eşidən və görəndirlər)! «Doğrudanmı Allaha yer üzündə (səlahiyyətini) tanımadığı bir şeydən xəbər verirsiniz? Yoxsa quru və boş söz deyirsiniz? (Xeyir, şübhəsiz, Allahın heç bir şəriki yoxdur,) əksinə, küfr edən kəslər üçün onların məkr və hiylələri zinətləndirilib və onlar (haqq) yold...
İbrahim Suresi, 4. Ayet:
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa
belə)
yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!...
İbrahim Suresi, 7. Ayet:
Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (
belə)
elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir.»...
İbrahim Suresi, 25. Ayet:
O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (
belə)
məsəllər çəkir ki, bəlkə ibrət götürdülər....
Nəhl Suresi, 4. Ayet:
İnsanı (onun ilk ata–anası istisna olmaqla) nütfədən (valideyinlərin bir-birinə qarışmış dəyərsiz nütfəsindən) yaratdı. Amma (bununla
belə)
o, birdən-birə açıq-aşkar düşmən(ə çevrilmiş)dir (ki, hətta öz yaradanına qarşı çıxır)....
Taha Suresi, 124. Ayet:
Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa
belə)
mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik....
Həcc Suresi, 4. Ayet:
(Allahın əzəli elminə müvafiq olaraq Lövhi-Məhfuzda) onun (Şeytanın) barəsində (
belə)
yazılıb və qərara alınıb ki: «Kim onu (özünə) dost və başçı götürsə şübhəsiz, (Şeytan) onu (səadət yollarından) azdıracaq və şöləli odun əzabına doğru istiqamətləndirəcəkdir.»...
Qəsəs Suresi, 31. Ayet:
Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (
belə)
baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan»....
Ənkəbut Suresi, 64. Ayet:
Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı
belə)
əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!...
Əhzab Suresi, 54. Ayet:
Əgər (Peyğəmbərə əziyyət vermək, yaxud onun zövcələri ilə evlənmək barədə) bir şeyi aşkar etsəniz, yaxud gizlətsəniz (fərqi yoxdur) şübhəsiz Allah həmişə hər bir şeyi (hətta sizin qəlbinizdən keçənləri
belə)
biləndir....
Saffat Suresi, 153. Ayet:
(Hətta övlad götürməsini fərz etsək
belə)
məgər (Allah) qızları oğlanlardan üstün tutmuşdur?!...
Fəth Suresi, 12. Ayet:
(Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (
belə)
pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz....
Nəcm Suresi, 51. Ayet:
Həmçinin (Salehin qövmü) Səmudu! (Onlardan bir nəfəri
belə)
saxlamadı....
Mücadilə Suresi, 17. Ayet:
Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq
belə)
onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar....
Təhrim Suresi, 10. Ayet:
Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməli saleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq
belə)
dəf etmədilər və (ölüm anında) onlara deyildi: «Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: «Daxil olanlarla birgə siz də (əbədi) oda girin!»...
Mülk Suresi, 12. Ayet:
Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda
belə)
qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır....
Qələm Suresi, 21. Ayet:
Səhər çağı (onlar) bir-birlərini (
belə)
səslədilər:...
Ali-İmran Suresi, 140. Ayet:
Əgər siz (Uhudda) bir yara aldınızsa, şübhəsiz, o dəstə də (müşriklər də Bədrdə) bənzər bir yara almışdı. (Yaxşı və pis) günləri insanlar arasında (
belə)
dəyişdiririk. (Bəzən bir topluluğa yaxşı və ya pis günlər göstəririk, bəzən də digərinə.) Allah sizdən iman edənləri ayırd etmək, sizdən şahidlər tutmaq üçün belə edər. Allah zalımları sevməz....
Yunus Suresi, 17. Ayet:
Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini təkzib edəndən daha zalım kim ola bilər? Şübhə yoxdur ki, (
belə)
günahkarlar əsla qurtuluşa nail olmazlar....
Yusif Suresi, 68. Ayet:
Atalarının əmr etdiyi şəkildə (ayrı-ayrı qapılardan) girdikləri zaman (
belə)
bu, Allahdan gələcək heç bir şeyi onlardan uzaqlaşdıracaq deyildi. Sadəcə Yaqub içindəki bir diləyi ortaya qoymuş oldu. Şübhəsiz ki, o, biz ona öyrətdiyimiz üçün bilik sahibidir. Lakin insanların çoxu bilməzlər....
Rəd Suresi, 16. Ayet:
De ki: “Göylərin və yerin Rəbbi kimdir?” “Allahdır”, – de. De ki: “Onu buraxıb özlərinə (
belə)
bir faydası və zərəri olmayan dostlar (ilahlar) tutdunuz?” De ki: “Kor ilə görən bir olarmı? Ya da qaranlıqlarla aydınlıq bir olarmı? Yoxsa Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapıblar və bu yaratma ilə Allahın yaratması onlara görə bir-birinəmi bənzəyib?” De ki: “Hər şeyin yaradıcısı Allahdır. O, birdir, mütləq hakimiyyət sahibidir”....
Kəhf Suresi, 105. Ayet:
Onlar Rəblərinin ayələrini və Ona qovuşacaqlarını inkar edən, beləliklə, əməlləri boşa gedən, o səbəblə də qiyamət günündə əməlləri(ni ölçmək) üçün bir tərəzi (
belə)
qurmayacağımız kimsələrdir....
Qəsəs Suresi, 76. Ayet:
Şübhəsiz, Qarun Musanın qövmündən idi. Onlara qarşı azğınlıq etdi. Biz ona, (sadəcə) açarlarını (
belə)
güclü bir dəstənin çətinliklə daşıyacağı xəzinələr verdik. Qövmü ona belə dedi: “Qürrələnmə! Çünki Allah təkəbbür göstərərək qürrələnənləri sevməz”....
Sad Suresi, 14. Ayet:
Onlar da (
belə)
firqələrdən idi....
Mömin Suresi, 48. Ayet:
Təkəbbür göstərənlər isə belə deyərlər: “Biz hamımız atəşin içindəyik. Şübhəsiz, Allah qullar arasında (
belə)
hökm vermişdir”....
Müzzəmmil Suresi, 18. Ayet:
O gün göy (
belə)
yarılar, Allahın vədi gerçəkləşər....
Bəqərə Suresi, 98. Ayet:
Kim ki, Allaha, Onun mələklərinə, peyğəmbərlərinə və Mikailə düşməndir, Allah da, (
belə)
kafirlərin düşmənidir....
Yusif Suresi, 30. Ayet:
Şəhərdə qadınlar (
belə)
danışdılar: "Şəhər hakiminin qadını cavan oğlanı yolundan çıxarmaq istəyir. O, onun [qadının] ürəyini məhəbbətlə coşdurmuşdur. Biz onu [qadını] açıq-aşkar yolunu azmış görürük"....
Nəhl Suresi, 84. Ayet:
O günü Biz hər millətdən bir şahid göndərəcəyik. Sonra kafirlərə (üzr istəməyə
belə)
icazə verilməyəcək və onlardan üzrxahlıq qəbul edilməyəcəkdir....
Mömin Suresi, 10. Ayet:
Kafirləri (
belə)
səsləyəcəklər 'Siz imana dəvət olunanda küfrünüzdə qaldığınız üçün Allahın qəzəbi bir-birinizə olan kin-küdurətinizdən daha böyükdür!"...
Hədid Suresi, 10. Ayet:
Göylərin və yerin mirası Allahın olduğu halda, sizə nə olub ki, Allah yolunda xərcləmirsiniz? Sizlərdən (Məkkənin) fəthindən əvvəl xərcləyib döyüşənlər (başqalarına) tay deyildirlər. Onlar (fəthdən) sonra xərcləyib döyüşənlərdən daha yüksək məqamdadırlar. (Bununla
belə)
Allah onların hamısına gözəl aqibət, vəd vermişdir. Allah nə etdiklərinizdən xəbərdardır....