Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Mümtahinə Suresi, 12. Ayet:
Ey Peyğəmbər! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların
beyətlərini
qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir....
Mümtahinə Suresi, 12. Ayet:
Ey nəbi! Mömin qadınlar Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, övladlarını öldürməmək, əlləri və ayaqları arasında bir iftira uydurmamaq, maruf bir iş (Allahın əmr və qadağaları) mövzusunda sənə qarşı çıxmamaq üzərə sənə tabe olmaq üçün gəldikləri zaman artıq onların
beyətlərini
qəbul et və onlar üçün Allahdan məğfirət dilə. Şübhəsiz ki, Allah Ğafurdur, Rəhimdir....
Mümtahinə Suresi, 12. Ayet:
Ay nəbi! Onda ki, sənin yanına inanan qadınlar beyət etmək üçün gəldilər, gərək itaət edərək əhd edələr ki, heç vaxt Allah ilə şərik qoşmayacaqlar bir şeyi və oğurluq etməyəcəklər və zina etməyəcəklər və övladlarını öldürməyəcəklər və gəlməyəcəklər böhtan ilə iftira edərək onu əlləri və ayaqları qarşısında və mərifətli işlərdə sənə asi olmayacaqlar.
Beyətlərini
qəbul et və onlar üçün Allahdan bağışlanmaq istə, həqiqətən, Allah Ğəfurdur, Rəhimdir!...
Mümtahinə Suresi, 12. Ayet:
Ey peyğəmbər, möminə qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri, öz qarnı ilə ayaqları arasından çıxan uşağı (başqasının uşağını, yaxud öz haramzada uşağını) iftirayla ərlərinə aid etməyəcəklərini və sənə heç bir yaxşı işdə (vacib əmrdə) itaətsizlik göstərməmək barədə beyət etmək üçün yanına gəldikləri zaman onlarla beyət et (
beyətlərini
qəbul et). Onlar üçün Allahdan bağışlanmaq dilə ki, Allah bağışlayan və mehribandır....
Mümtahinə Suresi, 12. Ayet:
Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şeyi şərik qoşmamaq, oğurluq etməmək, zina etməmək, övladlarını öldürməmək, əlləri ilə ayaqları arasında bir iftira uydurub gətirməmək, heç bir yaxşı işdə sənə qarşı gəlməmək barəsində sənə beyət etmək üçün sənin yanına gəldikləri zaman
beyətlərini
qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir....