Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 159. Ayet:
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər (s.ə.s.) olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət m...
Furqan Suresi, 12. Ayet:
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (kafirlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər. (Cəhənnəmin insanları görməsi məcazi olaraq onunla qarşılaşmaq mənasına gələ bildiyi kimi, həqiqi mənada Allah-Təalanın cəhənnəmə görmə qabiliyyəti verməsi kimi də izah oluna
bilər.)
...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (Təfsirçilərə görə, Qurani-Kərimin Həzrət Peyğəmbərə (s.ə.s.) endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə
bilər.)
...
Əhzab Suresi, 49. Ayet:
Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənsəniz, sonra da toxunmadan (cinsi əlaqədə olmadan) əvvəl onları boşasanız, onlar üçün gözləmə müddəti saymağınıza ehtiyac yoxdur. Ona görə də onlara faydalanacaqları bir şey verin və gözəl bir şəkildə onları sərbəst buraxın! (Cinsi əlaqədə olmadan boşanmış bir qadına dahə əvvəl təyin edilmiş mehrin yarısı verilir və ya bir bəxşiş verilir ki, bunun müəyyən bir miqdarı yoxdur. Bu şəkildə boşanmış bir qadın iddət dövrünü gözləmədən evlənə
bilər.)
...
Ənam Suresi, 83. Ayet:
Bu, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlilimizdir. Biz dilədiyimiz kimsənin dərəcələrini yüksəldərik. Şübhəsiz ki, sənin Rəbbin hikmət sahibidir, hər şeyi biləndir. (Yuxarıdakı ayədə “dəlil” kimi tərcümə edilən “hüccət” sözünü təfsirçilər “Həzrət İbrahimə verilən təfəkkür qabiliyyəti, qavrayış və müqayisə etmə gücü” kimi izah etmişlər. Eyni zamanda ona verilmiş möcüzələr də buna şamil edilə
bilər.)
...
Ənam Suresi, 119. Ayet:
Sizə nə olub ki, üstündə Allahın adı çəkilərək kəsilənlərdən yemirsiniz? Halbuki məcbur qaldığınız vaxt (yeyə biləcəyiniz şeylər) istisna olmaqla, sizə haram etdiklərini O sizin üçün bəyan etmişdir. Həqiqətən, bir çoxları arzularına uyaraq bilmədən (insanları) haqq yoldan azdırarlar. Şübhəsiz ki, Rəbbin həddi aşanları ən yaxşı biləndir. (İnsan yeməyə heç bir şey tapmayıb ölüm təhlükəsi ilə üz-üzə gələrsə, həyatda qalmaq üçün haram olan şeylərdən ölməyəcək qədər yeyə
bilər.)
...
Taha Suresi, 8. Ayet:
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə
bilər.)
...
Təğabun Suresi, 1. Ayet:
(Yer və göylər bir də) göylərdə və yerdə nə varsa hamısı Allahı (dil və hal ilə) zikr edir (onu hər hansı bir nöqsandan və eyibdən pak bilir), nüfuzlu əmr və (bütün varlıq aləmi üzərində) hökmranlıq Ona məxsusdur, həmd-səna yalnız Ona layiqdir. (Hər bir sitayiş Ona qayıdır və həqiqi həmd-sənanı yalnız O Özü edə
bilər.)
O, hər şeyə (mütləq surətdə) qadirdir!...