Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 9. Ayet:
Arxalarında aciz övladlar qoyub gedəcəkləri təqdirdə, (“halları necə olar?” - deyə) qorxanlar, (yetimlərə haqsızlıq etməkdən də) qorxsunlar. Ona görə də, Allahdan çəkinsinlər və doğru söz söyləsinlər! (Yetimlərin qəyyum və himayədarları onlara, öz övladlarına necə davranılmasını istəyirlərsə, yetimlərə də o şəkildə davranmalıdırlar. Çünki öz uşaqları da bir gün yetim qala
bilərlər.)
...
Ənam Suresi, 108. Ayet:
Allahdan başqasına dua edənlərə (sitayiş edənlərə) söyməyin! Yoxsa onlar da, bilmədən düşməncəsinə Allaha söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini cazibəli göstərdik. Sonra onların qayıdışı Rəbbinin hüzurunadır. O (Allah), etdikləri əməlləri onlara xəbər verəcəkdir. (Yuxarıdakı ayədən də aydın olduğu kimi, hər hansı xalqın, yaxud fərdin müqəddəs hesab etdiyi şeylərə söyməmək və onları təhqir etməmək lazımdır. Çünki bu kimi hərəkətlər nəticəsində onlar da buna reaksiya verərək müsəlmanların...