Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İbrahim Suresi, 36. Ayet:
Ey Rəbbim! Həqiqətən, (bütlər) insanlardan bir çoxunu azdırdı. Ona görə də kim mənə tabe olarsa, şübhəsiz ki, o məndəndir. Kim mənə qarşı çıxarsa, əlbəttə, Sən bağışlayansan, rəhmlisən! (Əvvəllər İbrahim peyğəmbər bütpərəstlərin Allah tərəfindən bağışlanmayacaqlarını bilmədiyi üçün onların bağışlanmalarını arzulamışdı. Onların Allah tərəfindən əfv edilməyəcəyini
bildikdən
sonra isə artıq onlar üçün dua etmədi.)...
Ali-İmran Suresi, 19. Ayet:
Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu)
bildikdən
sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir....
Yusif Suresi, 36. Ayet:
Onunla birlikdə iki cavan oğlan da (padşahı zəhərləməyə cəhd göstərməkdə ittiham edilmiş şah sarayının saqisi və aşpazı) zindana atıldı. (Gənclər Yusifin çox gözəl yuxu yozduğunu
bildikdən
sonra) onlardan biri (şərab paylayan) dedi: “Mən (yuxuda) gördüm ki, şərab (üçün üzüm) sıxıram”. Digəri (aşpaz) isə belə dedi: “Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz, həqiqətən, sənin yaxşı adamlardan olduğunu görürük!”...
Qəsəs Suresi, 10. Ayet:
(Oğlunun Fironun əlinə düşdüyünü
bildikdən
sonra) Musanın anasının ürəyi bomboş (sevimli balasının fikrindən başqa hər şeydən xali) olmuşdu. Əgər (Allahın vədinə) inananlardan olsun deyə, ürəyinə səbr (səbat) əta etməsəydik, az qala onu (saraya gətirilmiş körpənin özünkü olduğunu) büruzə verəcəkdi. (Dəhşətindən və ya sevincindən: “Bu uşaq mənimdir!” – deyəcəkdi)....
Bəqərə Suresi, 109. Ayet:
Kitab əhlindən bir çoxu həqiqəti
bildikdən
sonra da, pa-xıllıqları üzündən sizi, siz iman gətirdikdən sonra kafirliyə qaytarmaq istəyərlər. Allah Öz əmri ilə gəlincəyə qədər (onları) bağışlayın və (onlara) baş qoşmayın. Həqiqətən, Allah hər şeyə qadirdir....
Ənam Suresi, 2. Ayet:
Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun dərgahında (Qiyamət günü üçün də )bəlli bir əcəl vardır. (Bunu
bildikdən
) sonra siz yenə də şübhə edirsiniz....
Möminun Suresi, 113. Ayet:
Onlar (axirətin əbədi olmasını
bildikdən
və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş.»...
Nəhl Suresi, 70. Ayet:
Və sizi Allah əmələ gətirdi, sonra da sizi vəfat[#292] etdirəcək; sizə keçmişdə etdiklərinizi və etməniz lazım olduğu halda etmədiklərinizi bir-bir xatırlatdıracaq. İçinizdən bəziləri də,
bildikdən
sonra heç bir şey bilməsin deyə, ömrün ən pis zamanına çatdırılar. Şübhəsiz ki, Allah çox elmli və çox qüdrətlidir....