Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi
bildirilmişdir.)
...
Ali-İmran Suresi, 165. Ayet:
(Bədr döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, p...
İsra Suresi, 57. Ayet:
Onların sitayiş etdikləri (mələklər) də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır. (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zə...
Nur Suresi, 11. Ayet:
Həqiqətən, (Peyğəmbərin xanımına) iftira atanlar sizin içinizdən bir qrupdur. Bunu özünüz üçün pis bir şey hesab etməyin! Əksinə, o sizin üçün xeyirlidir. Onlardan hər biri qazandığı günahın cəzasını çəkəcəkdir. Onlardan günahın böyüyünü yüklənənə gəlincə, onun üçün böyük bir əzab vardır. (Bu ayə və bundan sonrakı doqquz ayənin nazil olma səbəbi bir qrup münafiqin Həzrət Peyğəmbərin xanımı Həzrət Aişəyə iftira atmasıdır. Buna İslam tarixində “ifq” hadisəsi deyilmişdir. Aşağıdakı ayələrdə Həzrət ...
Cin Suresi, 15. Ayet:
Haqq yoldan azanlar isə cəhənnəmin odunlarıdır”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərindən qayıdarkən Bətni-nəhlə deyilən bir yerdə sübh namazını qıldırdığı əsnada cinlərdən bir dəstə onun oxuduğu Quranı eşidib qulaq asmışdılar. Həzrət Peyğəmbər o anda onları görməmiş, daha sonra bu ona yuxarıdakı ayələrlə
bildirilmişdir.)
...