Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 189. Ayet:
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki: “Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Əvvəllər ərəblər həcc ziyarətindən qayıtdıqları zaman evlərinə qapıdan deyil, evin arxasından girər və bunda bir xeyir olduğunu düşünərdilər. Yuxarıdakı ayə bu batil inancın əsassız olduğunu
bildirir.)
...
Ali-İmran Suresi, 97. Ayet:
Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir. (Bu ayə gücü çatan müsəlmanlara həcc ibadətinin fərz olduğunu
bildirir.)
...
Ali-İmran Suresi, 139. Ayet:
Ruhdan düşməyin və kədərlənməyin! Əgər inanırsınızsa, üstün olan sizsiniz! (Bu ayə müsəlmanların Ühüd döyüşündəki məğlubiyyətlərindən sonra onların ümidsizliyə düşməmələri üçün bir xəbərdarlıq mahiyyətində olub, güclü bir imanla gələcəkdə çoxlu zəfərlər əldə edə biləcəklərini
bildirir.)
...
Nisa Suresi, 116. Ayet:
Şübhəsiz ki, Allah, Özünə şərik qoşulmasını əsla bağışlamaz. Bundan başqasını, dilədiyi kimsə üçün bağışlayar. Kim Allaha şərik qoşarsa, həqiqətən, o, (haqdan) uzaq bir zəlalətə düşmüşdür. (Allah-Təala qəlbində zərrə qədər imanla vəfat edən kimsələri belə axirətdə ya müəyyən bir vaxt cəzalandırdıqdan, yaxud günahlarının kəffarəsindən sonra, yaxud da tövbələrini qəbul etdikdən sonra cənnətinə qoyar. Ancaq imansız olaraq küfr və şirk içində ölənləri bağışlamayacağını bu ayədə açıq bir şəkildə bild...
Hucurat Suresi, 4. Ayet:
(Ey Peyğəmbər!) Şübhəsiz ki, otaqların arxa tərəfindən səni çağıranların çoxu bunu dərk etmir. (Təfsirlərdə qeyd olunan bir rəvayətə görə, Üveynə ibn Hisn və Əqrə ibn Habis Təmim oğullarından yetmiş nəfərlik bir heyətlə günorta vaxtı Həzrət Peyğəmbərin yanına gəlmişdilər. Həzrət Peyğəmbər öz evində yatdığı bir əsnada onlar: “Ey Mühəmməd, çölə çıx, yanımıza gəl!” - deyə qışqırmışdılar. Yuxarıdakı ayə belə davranışların doğru olmadığını
bildirir.)
...
Mümtahinə Suresi, 10. Ayet:
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edərək sizin tərəfinizə keçdiklərində dərhal onları sınağa çəkin! Allah onların imanlarını daha yaxşı bilir. Əgər onların həqiqətən, mömin olduqlarını yəqinliklə bilsəniz, onları kafirlərə geri verməyin! Nə bunlar onlara (kafirlərə) halaldır, nə də onlar (kafirlər) bunlara halaldır. Onların (kafirlərin) xərclədiklərini (verdikləri mehrləri) özlərinə qaytarın! Mehrlərini verdiyiniz zaman onlarla evlənməyinizdə sizə heç bir günah yoxdur. Kafir qadınları ni...
Ənam Suresi, 100. Ayet:
Onlar cinləri Allaha şərik qoşdular. Halbuki, onları da Allah yaratmışdır. Heç bir məlumatları olmadan Onun üçün oğullar və qızlar uydurdular. Allah, onların iddia etdiyi sifətlərdən uzaq və ucadır. (Bəzi bütpərəstlər cinləri Allaha şərik qoşur və onlara sitayiş edirdilər. Bundan əlavə, yəhudilər Üzeyr peyğəmbəri, xristianlar isə İsa peyğəmbəri Allahın oğlu hesab edirdilər. Bəzi müşriklər də mələklərin Allahın qızları olduğunu iddia edirdilər. Yuxarıdakı ayədə Allah-Təala bütün bu iddiaların bat...
Cin Suresi, 27. Ayet:
(27-28) Ancak seçtiği resûller başka. (Onlara
bildirir.)
Fakat O, Resûlün önünde ve arkasında gözetleyici (melek)ler yürütür ki resûllerin, Rablerinin vahiylerini tebliğ ettiklerini bilsin. Allah, onların her hâlini kuşatmış ve her şeyi inceden inceye sayıp dökmüştür....
Cin Suresi, 28. Ayet:
(27-28) Ancak seçtiği resûller başka. (Onlara
bildirir.)
Fakat O, Resûlün önünde ve arkasında gözetleyici (melek)ler yürütür ki resûllerin, Rablerinin vahiylerini tebliğ ettiklerini bilsin. Allah, onların her hâlini kuşatmış ve her şeyi inceden inceye sayıp dökmüştür....