Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.): “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Tövbə Suresi, 94. Ayet:
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De: “Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə
bildirmişdir.
Sizin əməlinizi Allah da, Onun Peyğəmbəri də görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”....
Ənfal Suresi, 19. Ayet:
(Ey kafirlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (peyğəmbərə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir. (Məkkəli müşriklər Bədr döyüşündə müsəlmanlardan sayca üstün olduqlarına arxalanaraq qalib gələcəklərini və Mədinəyə girərək müsəlmanları məhv edəcəklər...
Ənam Suresi, 119. Ayet:
Sizə nə olub ki, üstündə Allahın adı çəkilmiş (heyvanların) ətindən yeməyəsiniz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqların artıq O (Allah) müfəssəl şəkildə sizə
bildirmişdir.
Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!...