Maidə Suresi, 116. Ayet: Və (yada sal Qiyamət gününü) o zaman(ı) ki, Allah buyuracaq: «Ey Məryəm oğlu İsa, insanlara sən demisən ki, «məni və mənim anamı Allah yerinə iki tanrı kimi qəbul edin?» Dedi: «(Ey Rəbbim,) Sən (hər bir eyb və nöqsandan) paksan, mənə haqqım olmayan şeyi demək yaraşmaz, əgər demiş olsaydım şübhəsiz, Sən onu bilərdin, Sən mənim nəfsimdə olanı bilirsən, (amma) mən Sənin zatında olanı bilmirəm, həqiqətən Sənsən gizlinləri kamil bilən!»...
Maidə Suresi, 116. Ayet: Və o vaxt Allah demişdi ki: "Ey Məryəm oğlu İsa! İnsanlara ‘Məni və anamı, Allahın altındakılardan iki tanrı qəbul edin’ deyə sənmi dedin?" İsa dedi: "Sən paksan, mənim üçün həqiqət olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər mən onu demiş olsam, Sən bunu mütləq bilərdin. Sən, mənim daxilimdə/qəlbimdə olanı bilirsən, mən isə Sənin zatında olanı bilmərəm. Şübhəsiz ki, məhz Sən görünməyəni, eşidilməyəni, hiss edilməyəni, keçmişi, gələcəyi ən yaxşı bilənsən! ...