Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 255. Ayet:
Allahdan başqa ilah yoxdur! O diridir, bütün məxluqatı idarə edir. O nə mürgüləyər, nə də yuxulayar. Göylərdə və yerdə nə varsa hamısı Onundur. İzni olmadan Onun yanında kim şəfaət edə bilər?! Önlərindəkini (edəcəkləri əməlləri) də, arxalarındakını (etdikləri əməlləri) də O bilir. (Yaradılanlar) Allahın elmindən, Onun dilədiyi qədərindən başqa heç nəyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Onları mühafizə etmək isə Ona çətin deyildir. Ən uca və ən böyük olan da Odur! (İ...
Hud Suresi, 7. Ayet:
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən: “Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, kafirlər mütləq: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər. (Ərş kainatdakı hər şeyi əhatə edən və mahiyyətini
bilmədiyimiz
bir şeydir.)...
Ənam Suresi, 73. Ayet:
Göyləri və yeri haqq olaraq yaradan da Odur. O gün (axirət günü): “Ol!” - deyəcək və (hər şey) dərhal olacaq. Onun sözü haqdır. Surun çalınacağı gün hökmranlıq Onundur. Qeybi və aşkarı biləndir. O, hikmət sahibidir, hər şeydən xəbərdardır. (“Sur” mahiyyətini
bilmədiyimiz
bir şeydir. Suru İsrafil adlı mələk iki dəfə çalacaqdır. Belə ki ,birincisində qiyamət qopacaq və hər şey yox olacaq, ikincisində isə insanlar təkrar diriləcək və haqq-hesab üçün Allahın hüzuruna toplanacaqlar.)...
Fussilət Suresi, 29. Ayet:
Və o kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar etmiş olan o kəslər]: "Ey Rəbbimiz! Bizi doğru yoldan azdıran, bildiyimiz-
bilmədiyimiz
hər kəsi bizə göstər. Onlar ən aşağıdakılardan olsunlar deyə biz onları ayaqlarımızın altında saxlayaq" dedilər....