Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 17. Ayet:
Əgər Allah sənə bir zərər yetirsə, Ondan başqa heç kəs onu dəf edə bilməz. Əgər O sənə bir xeyir yetirsə, (buna da heç kəs mane ola
bilməz).
O, hər şeyə qadirdir....
Yunus Suresi, 37. Ayet:
Bu Quran Allahdan başqasına yalandan aid edilə bilməz. (O ancaq Allahdandır, başqası tərəfindən uydurula
bilməz).
Lakin o özündən əvvəlkiləri (Tövratı və İncili) təsdiq edən kitabı (lövhi-məhfuzdakı hökmləri) ətraflı izah edər. Onun aləmlərin Rəbbi tərəfindən nazil edilməsinə heç bir şübhə yoxdur!...
Yunus Suresi, 66. Ayet:
Bilin ki, göylərdə və yerdə kim (nə) varsa (mələklər, cinlər, insanlar – bütün canlılar, bütün məxluqat) hamısı Allahındır (Allahın quludur). Allahdan başqasına tapınanlar həqiqətdə Allaha qoşduqları şəriklərə tabe olmazlar (çünki əslində heç kəs Allaha şərik olmağa layiq deyildir və ola
bilməz).
Onlar ancaq zənnə uyar və yalandan başqa bir şey deməzlər....
İbrahim Suresi, 17. Ayet:
O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə
bilməz).
Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!...
İsra Suresi, 75. Ayet:
(Belə olacağı təqdirdə) sənə həyatın və ölümün ikiqat əzabını daddırardıq. Sonra Bizə qarşı özünə bir yardım edən də tapa bilməzsən. (Heç kəs səni əzabımızdan qurtara
bilməz).
...
İsra Suresi, 86. Ayet:
Əgər istəsəydik, sənə vəhy etdiyimizi (qəlbindən) çıxardıb aparardıq. Sonra Bizə qarşı özün üçün bir müdafiəçi (vəkil) də tapa bilməzdin. (Əgər Biz Quranı sənə unutdursaq, yenidən heç kəs onu sənin yadına sala
bilməz).
...
Kəhf Suresi, 91. Ayet:
(Zülqərneynin qüdrət və səltənəti, səyahəti) belə idi. Biz hələ onun yanında daha nələr olduğunu da bilirik. (Zülqərneynin qüdrətini, nə qədər əsgərlə səfərə çıxdığını Allahdan başqa heç kəs dəqiq
bilməz).
...
Səba Suresi, 27. Ayet:
De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola
bilməz).
Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!”...
Fussilət Suresi, 42. Ayet:
Nə öncə, nə də sonra batil ona yol tapa bilməz (Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə
bilməz).
O, hikmət sahibi, şükrə (tərifə) layiq olan (bütün işləri bəyənilən Allah) tərəfindən nazil edilmişdir....
Zuxruf Suresi, 54. Ayet:
Beləliklə, (Firon) öz qövmünü yelbeyin (yüngül) yerinə qoydu, onlar da ona itaət etdilər (anlamadılar ki, padşahlıq allahlığa dəlalət etməz və yoxsulluq da peyğəmbərliyə mane ola
bilməz).
Həqiqətən, onlar (Allahın itaətindən çıxmış) fasiq bir qövm idilər!...
Əhzab Suresi, 4. Ayet:
Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır. (Eləcə də iki Allah ola
bilməz).
Allah nə zihar etdiyiniz (arxasını ananızın arxasına oxşadaraq yaxınlıq etmədiyiniz, talağını verdiyiniz) zövcələrinizi sizə doğma ana, nə də oğulluğa götürdüklərinizi sizə doğma oğul etmişdir. (Onlar əslində öz atalarının oğullarıdır). Bunlar sizin dediyiniz boş (mənasız) sözlərdir. Allah doğru deyir və (bəndələrini) doğru yola gətirir!...
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər). Onun övrətləri (möminlərin) analarıdır (heç kəs onlarla evlənə
bilməz).
Qohumlar (bir-birinə vərəsə olmaq baxımından) Allahın Kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar. Amma (qohum olmayan) dostlarınıza (vəsiyyətlə) bir yaxşılıq edə (bir irs qoya) bilərsiniz. Bu (hökm) kitabda (lövhi-məhfuzda) yazılmışdır. (İslamın ilk dövrlərində si...
Ənam Suresi, 17. Ayet:
Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola
bilməz).
Çünki O, hər şeyə qadirdir!...
Məaric Suresi, 39. Ayet:
Xeyr! (Bu ola
bilməz).
Biz onları özlərinin bildiyi şeydən yaratdıq! (İnsan bir qətrə natəmiz nütfədən xəlq edilmişdir. İnsanın etiqadı, imanı olmasa, bu vecsiz maddənin nə dəyərini, nə də qiyməti ola bilər?! Bu və ya digər şəxsin Cənnətə daxil olması üçün başlıca şərt onun Allaha iman gətirib Ona səmimi-qəlbdən itaət etməsidir. Nicat yolu yalnız budur!)...
Müddəssir Suresi, 16. Ayet:
Xeyr (bu ola
bilməz).
Çünki o, ayələrimizə qarşı inadkar oldu....
Əbəsə Suresi, 14. Ayet:
(Qədir-qiyməti) yüksək (şanı uca), tərtəmiz səhifələrdədir (Şeytan onlara toxuna
bilməz).
...
Rəd Suresi, 14. Ayet:
Haqqın dəvəti Onadır (Allahadır). Ondan başqasına dəvət etdikləri (şeylər), onlara bir şeylə cavab verə bilməzlər. Onlar ancaq suyun onun ağızına çatması üçün ovucunu açmış kimsə kimidir. O (su), ona çatacaq deyil. Kafirlərin dəvəti dəlalətdən başqa bir şey deyil. (Su necə onların ağızlarına çata bilmirsə, dəlalətdə olanlar da hidayətə çata
bilməz).
...
Məryəm Suresi, 92. Ayet:
Rəhmana övlad götürmək yaraşmaz (ola
bilməz).
...
Loğman Suresi, 34. Ayet:
Şübhəsiz ki, o saatın (qiyamətin) elmi Allahın dərgahındadır. Yağışı endirir və bətnlərdə olanı bilir. Heç kəs sabah nə qazanacağını bilməz (idrak edə
bilməz).
Heç kəs harada öləcəyini bilməz (idrak edə
bilməz).
Şübhəsiz ki, Allah Alimdir, Xəbirdir (xəbərdar olan)....
Ənam Suresi, 17. Ayet:
Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola
bilməz).
O, hər şeyə qadirdir....
Rəd Suresi, 38. Ayet:
Həqiqətən biz səndən öncə peyğəmbərlər göndərdik və (mələk deyil, bəşər olduqları üçün) onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. (Çünki) hər bir vaxt üçün (hikmətə uyğun olaraq) bir yazı və hökm qərara alınmışdır (deməli Allahdan başqası, hətta peyğəmbər istədiyi vaxt möcüzə gətirə
bilməz).
...
Fussilət Suresi, 42. Ayet:
Ona nə qarşısından, nə də arxasından batil yol tapa bilməz (onun hökm və təlimlərində, həmçinin keçmiş və gələcək barəsindəki xəbərlərində heç bir yanlışlıq ola
bilməz).
O, yaradılış və şəriəti möhkəm, Özü isə bütün cəhətlərdən təriflənmiş (Allah) tərəfindən nazil edilmişdir....