Maidə Suresi, 41. Ayet: Ya Rəsul! Küfr etməyə tələsənlər sizi incitməsin. O kəslər ki, ağızları ilə inandıqlarını söyləyib, qəlbləri ilə inanmayıblar. Yalan uydurmaq, sizə gəlməmiş başqa bir xalqa casusluq etmək üçün qəsdən qulaq asan yəhudilər də. Sözləri kontekstdən çıxarıb dəyişdirirlər: “Sənə bu verilirsə, al, sənə bu verilməyibsə, ehtiyatlı ol!” deyirlər. Allah kimi ixtilaf etmək istəsə, Allaha qarşı heç bir şey edə bilməz. Bu, Allahın qəlblərini təmizləmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada rüsvayçılıq, axi...
Loğman Suresi, 34. Ayet: Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı (doğulacaq uşağın oğlan, yaxud qız, xəstə və ya sağlam, xoşbəxt və ya bədbəxt, yaxşı və ya pis əməl sahibi olacağını) O bilir. Heç kəs səhər nə kəsb edəcəyini (savab, yaxud günah qazanacağını), heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!...
Loğman Suresi, 34. Ayet: Həqiqətən, Qiyamət (qopacağı vaxt) barəsində elm Onun yanındadır (Qiyamətin qopacağı vaxtı yalnız O bilir). Yağışı (göydən) O yağdırır. O, (balası olan canlıların) bətnlər(in)dəkini (balanın bir, ya bir neçə olmasını, gələcək xüsusiyyətlərini, ruhi vəziyyətini, gələcək əməllərini və son mənzilini) bilir. Heç kəs sabah nə qazanacağını (nə elm, əməl və mal-dövlət əldə edəcəyini), harada öləcəyini bilməz. Həqiqətən, Allah (isə bunların hamısını) bilir və hər şeydən xəbərdardır....
Fatir Suresi, 2. Ayet: Allah, insanlara rəhmətdən nəyi açsa, artıq onu heç kim tuta bilməz. Hər nəyi də tutsa, artıq onu heç kim açıb sərbəst buraxa bilməz. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qanun qoyan, fitnənin qarşısını yaxşı alan/elədiyini möhkəm eləyəndir....