Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Kəhf Suresi, 45. Ayet:
Onlar üçün dünya həyatını da misal çək. (Dünya həyatı) göydən endirdiyimiz su kimidir. Beləcə, yerdəki bitkilər onun sayəsində (böyüyüb
bir-birlərinə)
qarışar və sonra da küləyin sovurduğu çör-çöpə çevrilər. Allah hər şeyə qadirdir....
Nuh Suresi, 23. Ayet:
(
Bir-birlərinə)
belə dedilər: ‘Əsla öz ilahlarınızı (bütlərinizi) tərk etməyin. Vəddi, Suvaanı, Yəğusu, Yəuqu və Nəsranı əsla tərk etməyin.’...
Bəqərə Suresi, 76. Ayet:
İman gətirənlərlə görüşdükləri zaman «biz iman gətirdik» deyirlər. Bir-birləri ilə xəlvətə çəkildikdə isə (
bir-birlərinə)
«Allahın (Tövratın ayələrindən elmini) sizə açıqladığını (İslam peyğəmbərinin sifətlərini və onun doğruluğunu bəyan edən ayələri) nə üçün onlara (müsəlmanlara) söyləyirsiniz ki, həmin hökmləri Rəbbinizin yanında sizə qarşı (dəlil) gətirsinlər (və qələbə çalsınlar)? Heç düşünmürsünüz?!» deyirlər....
Maidə Suresi, 53. Ayet:
İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman
bir-birlərinə)
deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar....
Əraf Suresi, 82. Ayet:
Onun qövmünün cavabı yalnız bu oldu ki, (
bir-birlərinə)
dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»...
Əraf Suresi, 109. Ayet:
Fironun qövmünün başçı və böyükləri (
bir-birlərinə)
dedilər: «Şübhəsiz, bu (kişi) çox bilikli bir sehrbazdır....
Yusif Suresi, 8. Ayet:
O zaman (
bir-birlərinə)
dedilər: «Yusuf və (onunla bir anadan olan) qardaşı (Binyamin) atamızın yanında bizdən daha sevimlidir, halbuki, biz güclü (atamızın evini və mallarını qoruyan və onun işlərini idarə edən) bir dəstəyik. Doğrudan da bizim atamız (yaşayış tərzi və övladları ilə rəftar baxımından) açıq-aşkar bir azğınlıq içərisindədir (ləyaqəti az olanı ləyaqəti çox olandan üstün tutur)!»...
İsra Suresi, 47. Ayet:
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (
bir-birlərinə)
«siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik....
Ənbiya Suresi, 64. Ayet:
Belə olan halda onlar (əvvəlcə bir anlıq) özlərinə gəlib ayıldılar və (batində özlərinə və ya
bir-birlərinə)
dedilər: «Doğrudan da siz özünüz zalımsınız (ki, cansız şeylərə ibadət edirsiniz)!»...
Saffat Suresi, 97. Ayet:
(Onlar
bir-birlərinə)
dedilər: Onun üçün (en və uzunu geniş) bir bina tikin və onu od cəhənnəminə atın!...
Əhqaf Suresi, 29. Ayet:
Və (yada sal) o zaman(ı) ki, cinlərdən bir dəstəsini Qur’ana qulaq asmaq üçün sənin yanına göndərdik. Elə ki, onun yanına (oxunduğu yerə) çatdılar, (
bir-birlərinə)
dedilər: «Sakit olun və dinləyin!» Və elə ki, (Qur'an oxunub) sona çatdı, (peyğəmbər kimi) qorxudan olaraq öz qövmlərinin yanına qayıtdılar....
Əhzab Suresi, 6. Ayet:
Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır, onun arvadları isə onların analarıdır. Qohumlar Allahın Kitabına görə varislikdə (
bir-birlərinə)
möminlərdən və hicrət edənlərdən daha yaxındılar. Öz dostlarınıza isə bir yaxşılıq etməyi özünüz bilərsiniz. Bu Kitabda yazılmışdır....