Yunus Suresi, 24. Ayet: Həqiqətən, dünya həyatının məsəli su
kimidir ki, səmadan nazil edirik, ta onun vasitəsi ilə müxtəlif
göyərtilər ərzdən çıxarar – nədən ki, insanlar və heyvanlar
yeyirlər. Ta onda ki, ərz gözəlləşib və zinətlənə və onun əhli
zənn edələr ki, onları becərib-yığmağa qadirdirlər, birdən
Bizim əmrimiz gecə çağı, ya gündüz yetişib və onların
hamısını biçilmiş edər, sanki, dünənki gün orada heç bir şey
yox idi. Belə müfəssəl bəyan edirik ayətlərimizi fikirləşən
qoum üçün....
Maidə Suresi, 110. Ayet: (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş ...
Ənfal Suresi, 63. Ayet: Sən, yer üzündə nə varsa hamısını birdən sərf etsəydin, yenə də onların könüllərini birləşdirə bilməzdin. Amma Allah onların arasını birləşdirdi. Şübhəsiz ki, O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyan, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....