Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 183. Ayet:
Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlkilərə fərz
buyurulduğu
kimi sizə də fərz buyuruldu ki, bəlkə, günahlardan çəkinəsiniz!...
Əraf Suresi, 163. Ayet:
(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq
buyurulduğu
üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik....
Kəhf Suresi, 109. Ayet:
(Ya Rəsulum! Quranda
buyurulduğu
kimi, sizə çox az elm verilmişdir, söyləyən yəhudilərə) de: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”...
Bəqərə Suresi, 183. Ayet:
Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinməniz üçün oruc sizdən əvvəlkilərə fərz
buyurulduğu
kimi, sizə də fərz buyuruldu....
Bəqərə Suresi, 246. Ayet:
Musadan sonra İsrail oğullarından öndə gələnləri görmədinmi (nə etdilər)? Peyğəmbərlərindən birinə: “Bizə bir hökmdar göndər, Allah yolunda savaşaq”, – demişdilər. O: “Savaş sizə vacib
buyurulduğu
zaman savaşmasanız necə?” – demişdi. Onlar: “Yurdumuzdan çıxarılmış, övladlarımızdan uzaqlaşdırılmış olduğumuz halda Allah yolunda niyə savaşmayaq ki?!” – deyə cavab vermişdilər. Ancaq savaş onlara vacib buyurulduqda, onlardan çox azı xaric, üz döndərdilər. Allah zalımları haqqı ilə biləndir....
Maidə Suresi, 4. Ayet:
(Ey Muhamməd!) Səndən, onlara nəyin haram
buyurulduğu
nu soruşurlar. De ki: “Sizə təmiz və gözəl olan şeylər, bir də Allahın sizə verdiyi bacarıqlarla öyrədib əhliləşdirdiyiniz ov heyvanlarının tutduğu (ovlar) halal buyuruldu. Onların sizin üçün tutduqlarından yeyin. Onu (ov etməsi üçün) sərbəst buraxarkən Allahın adını anın (bəsmələ çəkin). Allaha qarşı gəlməkdən çəkinin. Şübhəsiz, Allah tez hesaba çəkəndir”....