Maidə Suresi, 12. Ayet: And olsun ki, Allah İsrail oğullarından möhkəm bir söz almışdı. Onlardan on iki nümayəndə – başçı – seçmişdik. Allah belə demişdi: “Sizinləyəm. And olsun ki, əgər namazı qılar, zəkatı verər və elçilərimə inanar, onları dəstəkləyərsinizsə, (kasıblara ürəklə köməklik göstərərək) Allaha gözəl bir borc verərsinizsə, əlbəttə, sizin pisliklərinizi örtərəm və and olsun, sizi içindən çaylar axan cənnətlərə qoyaram. Ancaq bundan sonra sizdən kim inkar edərsə, mütləq o, doğru yoldan azmışdır”....
Ali-İmran Suresi, 195. Ayet: Belə olduqda, Rəbbi onlara cavab verdi: "Şübhəsiz ki, Mən, sizdən kişi olsun, qadın olsun -hamınız birsiniz- əməl işləyənin əməlini itirmərəm. O səbəblə, hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyət edilənlərin, döyüşənlərin və öldürülənlərin pis əməllərini əlbəttə örtəcəyəm və Allah tərəfindən bir savab olaraq, onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Və savabın gözəli Allah yanındadır."...
Mücadilə Suresi, 22. Ayet: Allaha və axirət gününə inanan bir tayfanın, Allaha və Elçisinə qarşı həddi aşmağa çalışanlara qarşılıqlı məhəbbət göstərdiyini görə bilməzsən. Onlar onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istər qohumları olsun. Onlar elə kəslərdir ki, Allah qəlblərinə imanı yazmışdır və onları Öz tərəfindən olan vəhy ilə qüvvətləndirmişdir. Və Allah onları, əbədi qalmaları üçün, altlarından çaylar axan cənnətlərə daxil edəcək. Allah, onlardan razı olmuşdur, onlar da Ondan ra...