Maidə Suresi, 95. Ayet: Ay o kəslər ki, inanırsınız! Qətlə yetirməyin ovu və siz,
haramdasınız. Kim sizdən qəsdən öldürərsə, ona öldürdüyü
heyvanların misli qədər cəza düşür. Bunlar sizdən iki nəfər adil
şəxsin hökmü ilə hədiyyə olaraq kəbəyə çatmalı, ya kəffarə
olaraq miskinlərə təam verməli, ya bunun bərabərində yiməs
tutmalı –ondan ötrü ki, əməlinin cəzasını dadsın. Allah bağışlar
onu ki, keçmişdə olub. Kim təkrar edərsə, Allah ondan intiqam
alar. Və Allah Əzizdir, intiqam sahibidir!...
Bəqərə Suresi, 286. Ayet: Allah heç bir kəsin boynuna güc və qüvvəsindən artıq vəzifə qoymur. Kim nə xeyir iş görübsə öz xeyrinə, nə pis iş görübsə öz ziyanınadır. (Möminlər deyirlər:) «Ey Rəbbimiz, əgər biz unutsaq, ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, (günahlarımızın cəzası olaraq) ağır vəzifələr yükünü bizdən əvvəlkilərin boynuna qoyduğun kimi bizim (də) boynumuza qoyma! Ey Rəbbimiz, (axirət əzabı kimi) taqətimiz çatmayan şeyləri bizə yükləmə, bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim mövlamızsan,...