Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rum Suresi, 21. Ayet:
Ünsiyyət edəsiniz deyə sizin üçün özünüzdən (öz
cinsinizdən)
zövcələr xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun (varlığının) dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünənlər üçün ibrətlər vardır....
Nəhl Suresi, 72. Ayet:
Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz
cinsinizdən)
zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar (müşriklər) batilə inanıb Allahın nemətini inkarmı edirlər?...
Şura Suresi, 11. Ayet:
Göyləri və yeri yoxdan yaradan (Allah) sizin üçün özünüzdən (öz
cinsinizdən)
zövcələr, heyvanlardan da (erkək və dişi olmaqla özləri üçün) ciftlər yaratmışdır. O sizi bu minvalla çoxaldır. Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!...
Əraf Suresi, 35. Ayet:
(Allahın yaradılışın əvvəlindən dünyanın sonunadək Adəm nəslinə xitabı belədir ki:) «Ey Adəm övladları, özünüzdən (öz
cinsinizdən)
sizə Mənim ayə və nişanələrimi oxuyan peyğəmbərlər gələn zaman (onlara iman gətirin), beləliklə, pərhizkarlıq edən və yaxşı işlə məşğul olan (və öz əqidə və əməllərini islah edən) kəslərə nə bir qorxu var və nə də qəmgin olarlar.»...
Nəhl Suresi, 72. Ayet:
Allah sizin üçün (hurilərdən, qılmanlardan və pərilərdən deyil) özünüzdən (öz
cinsinizdən)
zövcələr yaratdı, zövcələrinizdən sizin üçün oğullar və nəvələr vücuda gətirdi və sizə (ağıl, din, səmavi kitab, ərzaq, geyim və zövcələr kimi) pak (maddi və mənəvi) şeylərdən ruzi verdi. Belə isə batilə (bütlərə və cahiliyyət adət-ənənələrinə) iman gətirir və Allahın nemətinə küfr edirlər?!...
Zümər Suresi, 71. Ayet:
Kafirlər dəstə-dəstə Cəhənnəmə tərəf sürüklənəcəklər. Nəhayət, ora çatanda onun qapıları açılacaq və gözətçiləri (məzəmmətlə) onlara deyəcəklər: «Məgər sizə özünüzdən (öz
cinsinizdən)
Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu günün görüşündən qorxudan peyğəmbərlər gəlməmişdi?» Onlar deyərlər: «Bəli (gəlmişdilər), lakin (biz öz küfr və inadkarlığımıza israr etdik və nəhayət Allahın) əzab vədi kafirlərə qəti oldu.»...