Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 176. Ayet:
Əgər Biz istəsəydik, onlarla (həmin ayələrlə) onu ucaldardıq. Lakin o, dünyaya meyil etdi və öz nəfsinin arzularına uydu. Onun halı bir köpəyin halına bənzəyir; üstünə
cumsan
da ləhləyər, qoyub getsən də ləhləyər. Bu, ayələrimizi yalanlayan qövmün halıdır. Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər....
Əraf Suresi, 176. Ayet:
Əgər Biz istəsəydik, onu (həmin ayələrlə) ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsinin istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə
cumsan
da dilini çıxardıb ləhləyər, cummasan da (Onun üçün heç bir fərqi yoxdur). Bu, ayələrimizi yalan hesab edənlər barəsində çəkilən məsəldir. (Ey Peyğəmbərim!) Bu əhvalatları (yəhudilərə) söylə ki, bəlkə, (lazımınca) düşünsünlər!...
Əraf Suresi, 176. Ayet:
Və əgər Biz istəsəydik, onu o ayələrlə ucaldardıq, amma o, alçaqlığa batıb qaldı və öz istəyinə uydu. Artıq onun vəziyyəti, üstünə
cumsan
da dilini salladıb ləhləyən, boşlasan da dilini salladıb ləhləyən köpəyin vəziyyətinə bənzəyir. Bax bu, ayələrimizi təkzib edən qövmün halıdır. Ona görə də sən, bu hekayəti yaxşı-yaxşı danış ki, onlar da yaxşı-yaxşı fikirləşsinlər....